Karyeranız işgüzar danışıqlardan asılıdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İşgüzar danışıqlarda uğur qazanmaq məsuliyyət, diqqət, işin incəliklərini bilmək, ən əsası gözəl ünsiyyət qurmaq bacarığı tələb edir. İşgüzar danışıq adi bir söhbətə bənzəmir, burada mimika, jest, səs tonu ilə qarşıdakı şəxsi maraqlandırmaq və razı salmaq tələb olunur.Yavaş və sözləri uzada-uzada danışanlar əsəbi və səbirsiz insanları qıcıqlandırır
Psixoloq Jalə Həmidlinin sözlərinə görə, heç kim ona qarşı olan insanlarla iş birliyi qurmaq, ünsiyyətdə olmaq, yaxınlıq etmək, dostluq əlaqələri qurmaq istəmir: "Hamı şüuaraltı olaraq özünə sual verir: Qarşıdakı adam mənim tərəfimdədir, ya yox? Bu səbəbdən əlaqə quran zaman insanlara qarşı rəğbət duyduğunuzu hiss etdirmək əsasdır. Qarşıdakı şəxs bunu duyduqan sonra sizin barədə yaxşı fikirdə olacaq. Bundan da istifadə edərək münasibətlərin xarakterini dəyişmək olar".
Həmidli bildirib ki, hər kəsin özünəməxsus ünsiyyət qurmaq tərzi var. Şəxslər kiminləsə razı olduqlarını mimika, jest, intonasiya ilə bildirirlər. Bu səbəbən də işgüzar münasibətlərdə çətin insanlara onlar haqqında yaxşı düşündüyünüzü göstərməyə çalışın. Onlarla ünsiyyət qurarkən mimika, jest və emosional vəziyyətlərini təqlid edin. Ünsiyyət zamanı səsin tonuna və nitqin sürətinə uyğun gəlməyə çalışın.
Psixoloq məsləhət görür ki, çətin işgüzar görüşdə qarşı tərəfi müşahidə etməyə çalışın. Mimika və jestlərlə onun sizə nə demək istədiyini anlayın. "Ola bilsin ki, şəxsin laqeyd baxışlarını özünüzün mehriban baxışları və səsi ilə dəyişdirə bilərsiz. Öz davranışınıza da fikir verin. İşgüzar görüş zamanı özünüzü necə təqdim etməyiniz çox vacibdir. Ola bilsin ki, davranışınız laqeyd, məsuliyyətsiz və ya qeyri-ciddi görünsün. Bunu anlamaq üçün bir-biri ilə mübahisə edən insanlara baxın. Onlar yaxın olsalar belə, mübahisə edərkən baxış, mimika və jestləri ilə bir-birinə qarşı mənfi münasibətlərini göstərirlər".
İşgüzar danışıq zamanı təsəvvür edin ki, qarşınızdakı simpatiya bəslədiyiniz bir şəxsdir. Bu zaman mimika, jest və səsiniz sərt və ya kobud təəssürat bağışlamayacaq.
Söhbət zamanı jestlər çox önəmlidir. Heç vaxt bir jesti iki dəfə təkrarlamayın. Qarşı tərəf aqressiv davranırsa, buna aqressiya ilə cavab verməyin. Özünüzü ələ almağa və qarşıdakı ilə sakit davranmağa çalışın. Əgər daxili hissləriniz buna imkan vermir və cavabını verib "yerinə otuzdurmaq" istəyirsinizsə, işgüzar görüşün uğursuzluğuna əmin olun. Amma həyatınız məhz bu görüşdən asılıdır. Bu cür davranışı sərgiləməmək üçün psixoloq maraqlı bir üsul təklif edir. Qarşı tərəfə əsəbləşməyiniz, ona cavab verərək dərhal intiqam almaq istəyiniz ona nə qədər önəm veriyinizi göstərir. Amma ona sadəcə iş yoldaşı kimi münasibət bəsləyin. Önəmli saymayın. Önəmli olan işgüzar görüşün nəticəsidir. Əslində əsl intiqamınız onu öz məqsədləriniz naminə istifadə edə bilməyinizdir. Bu üsul qəddar görünsə də, işə yarayır. İnsanın özünə inanını artırır, qarşı tərəfin şəxsiyyətə təsir gücünü azaldır. Bu səbəbən də, özgüvəni yüksək olanlar daha sakit olurlar.
Həmsöhbətimizə görə, bəzən elə olur ki, danışanı dinləmir və ya onunla heç danışmaq istəmirlər. Bu söhbətin mövzusuna görə deyil, danışıq tərzinə görə baş verir. Bəziləri kimsə yüksək səslə danışanda söhbətin məğzini anlaya bilmir. Bəziləri isə çox yavaş danışanları dinləmir. "Yavaş və sözləri uzada-uzada danışanlar, xüsusilə də, əsəbi və səbirsiz insanları qıcıqlandırır. Əsəbi insanlar bu cür danışanların söz və cümlələrini tamamlayaraq onları daha sürətlə danışmağa təhrik edirlər. Bunun əksinə olaraq yavaş danışmağa alışanlar sürətlə danışanı anlamaya və onu əsəbi, isterik şəxs kimi başa düşə bilərlər. Bu amilləri nəzərə alaraq şəxsin danışıq tərzinə uyğun danışmağa çalışın. İşgüzar danışıqlarda bir neçə nəfər iştirak edirsə, məqsədləriniz üçün daha önəmli şəxsi seçin və danışıq tərzinizi ona uyğunlaşdırın".
Psixoloq məsləhət görür ki, işgüzar danışığa getməzdən əvvəl dost-tanışınızla necə ünsiyyət quracağınızı məşq edin. Yaxşı tanıdığınız insan seçin ki, onunla rahat danışasız.
İlk baxışdan kiminsə jest, mimika, səs tonunu təqlid etmək, maksimum qarşıdakına oxşar davranış tərzini sərgiləmək çətin görünür. Amma mütəxəssisərin hazırladığı və sınaqan keçirdiyi məşqlər tez bir zamanda bunu öyrənməyə kömək edəcək. "Bu cür məşqlərdən biri "kölgə" adlanır.
J.Həmidlinin dediyinə görə, qarşı tərəf qiymətləndirilməsini, hörmət gözləyirsə, ona nə qədər önəm verdiyinizi göstərin. Onun səylərini yüksək qiymətləndiryinizi və ona çox minnətdar olduğunuzu bildirin. İşgüzar münasibətlər qurarkən şəxsi hisslərə təzahür etməyə imkan verməyin. İşgüzar danışığa qapını açmaq üçün sizə lazım olan açar kimi baxın.
Ekspress.az
DİGƏR XƏBƏRLƏR
-
Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq
-
İyunun 19-dək bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Sabah dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
XƏBƏR LENTİ
-
“Barselona” Kukurelyanın “Real”a satışından pul qazanacaq
-
Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq
-
Xəzər rayonunda maşın qarətçisi, Sumqayıtda isə velosiped oğrusu tutuldu
-
Nizami Rəmzinin qızı əvvəlki vəziyyətinə qayıtdı: Yenidən narkotikə qurşanıb - VİDEO
-
Netanyahu: "İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək"
-
İyunun 19-dək bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
-
Zabit Nəbizadə oğluna gəlinsiz toy etdi - VİDEO
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Keçmiş "Barselona"lı ulduz Toralın komanda yoldaşı olacaq
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Rusiyada azərbaycanlı fəhlə hündürlükdən yıxılıb öldü
-
"Qarabağ"ın legioneri Kevin Medina komandadan ayrıldı
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
-
Tovuzda çayda çimən 22 yaşlı gənc batdı
-
Soyuducu və sobaları elektrik uzadıcısına qoşmayın - Xəbərdarlıq
-
Türkiyəli fenomen Afrikada uşaqları sevindirdi – VİDEO
-
Sabah dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
-
Xalq artistinin gözlənilməz "qonağı" gülüş doğurdu - VİDEO
-
Gürcüstan 94 xaricini deportasiya etdi: Arasında azərbaycanlılar da var
-
İstanbulda şagird imtahana təcili yardım maşını ilə aparıldı - VİDEO
-
Çində 6.3 gücündə zəlzələ oldu





