Palçıqlı küçənin "qaragünlü" sakinləri: "Dərdimizi kimə deyək?" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu dəfə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, "A" massivində yaşayan bir qrup sakin üzləşdikləri dözülməz vəziyyətlə bağlı virtualaz.org saytına müraciət edərək kömək istəyiblər.Payız-qış mövsümü başlayan kimi bu il də Bakının müxtəlif ətraf qəsəbələrindən şikayətlərin ardı-arası kəsilmir
Belə ki, həmin ərazidə yaşayanlar uzun illərdir məhəllədaxili yolların payız-qış aylarında əsl bataqlığa çevrilməsindən əzab çəkirlər.
Şikayətçilərin bildirdiyinə görə, həmin yaşayış massivi 20 ildən çoxdur salınıb, məhəllədaxili yollar isə son vaxtlara qədər sakinlərin öz aralarında topladıqları vəsait hesabına daş-çınqılla döşənərək nisbətən də olsa işlək vəziyyətdə saxlanılırdı.
Lakin 2013-cü ildə "Azərsu" tərəfindən qəsəbədə yeni su xətlərinin çəkilməsi zamanı yolları qazıb altını-üstünə çevirdilər. Məhəllədaxili yollar əsl keçilməz bataqlığa çevrildi.
Sakinlərin müxtəlif instansiyalara şikayətlərindən sonra ötən ilin sonlarında Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Departamenti tərəfindən "A" massivində məhəllədaxili yolların bir hissəsinə asfalt döşənsə də işlər yarımçıq qaldı. O vaxt işlərin yarımçıq qoyulmasına etiraz edən sakinlər aksiya da keçirmişdilər. Əraziyə gələn Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov onlara vəd vermişdi ki, tezliklə digər yollar da asfaltlanacaq.
Lakin bütün yay ayları ərzində heç bir iş görülməyib və indi yağışların başlaması bu yaşayış massivinin sakinlərinin günlərini sözün əsl mənasında qara edib. Çünki indi onlar evlərindən çıxanda ancaq qara rəngi - dizə çıxan qara palçığı və bataqlığa çevrilən yolları görürlər.
Sakinlər deyirlər ki, problemlə bağlı dəfələrlə Suraxanı Rayon İcra Hakimiyyətində qəbulda olublar. İcra hakimiyyətindən hər dəfə deyiblər ki, məsələ barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumatlandırılıb və vəsait ayrılsa, qalan məhəllədaxili yollara da asfalt çəkiləcək. O cümlədən sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktubla müraciət ediblər.
Onların məktubuna göndərilən cavabda deyilib ki, Bakı şəhərinin digər ətraf qəsəbələri kimi Bülbülə qəsəbəsində də bütün məhəllədaxili yolların abadlaşdırılması "Bakı və ətraf qəsəbələrin inkişafına dair" III Dövlət Proqramına daxil edilib.
Ancaq bu proqramın nəticələrini Suraxanı rayonunda, ən azından S.Əliyev küçəsində görənlər yoxdur. Onlar bu qışı da bataqlıqda keçirmək məcburiyyətində qalacaqlarını görüb yenidən dərdlərinə çarə axtarmağa çalışırlar. Çünki ərazidəki yeganə məktəb 1-1.5 kilometr aralıdadır, azyaşlılar hər gün dizə qədər çıxan palçıqda məktəbə həmin yolu piyada gedib-qayıtmalıdır və belə vəziyyətdə valideynlərin hər gün onların palçığa, çirkaba batan paltarlarını yumaqdan başqa yolu qalmır.
Sözügedən massiv həm də paytaxtın baş prospektinin - Heydər Əliyev prospektinin kənarında, hasarların o tayında yerləşir. Sakinlər deyirlər ki, qarşıdan Bakı Avropa Oyunları gəlir, şəhərə gələn minlərlə xarici qonaq həmin prospektdən keçəcək.
"O zaman prospektin kənarında yayda toz-torpaq bürüyən, qışda bataqlığa çevrilən məhəllədaxili yolların, küçələrin olması kimə gərəkdir? Doğrudanmı ümumi uzunluğu 2-3 km olan bu ensiz yolları abadlaşdırmaq belə böyük vəsait tələb edir? Asfalta vəsait yoxdursa, heç olmasa "Azərsu"nun podratçı şirkətlərinin keyfiyyətsiz işinin nəticəsi olaraq dağıdılan bu yollara çınqıl döşəməyə də imkan yoxdur? Biz bilmirik dərdimizi indi kimə deyək" - deyə sakinlər sual edirlər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.



DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





