Babək kafir olub, yoxsa dindar!?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Babəkin nə kafir, nə də dindar olması haqda əlimizdə obyektiv faktlar yoxdur. Baxmayaraq ki, Babək barədə kifayət qədər mənbələr var. Babək barədə gələn bir neçə mənbəni araşdırsam da, onun kafir olması barədə tutarlı, məntiqli dəlil tapa bilmədim. Düzdür, Babək barədə gələn mənbələrdə qeyd edilir ki, Babək kafir olub. Lakin həmin mənbələrin sahibləri demək olar ki, hamısı qərəzli abbasilər tarixçiləri idi. Babək də işğalçı abbasilərə qarşı vuruşduğu üçün həmin xilafətin tarixçiləri tərəfindən kafir kimi qələmə verilməli idi. (Necə ki Osmanlı dövründə Səfəvilər, hazırkı dövrdə Səudiyyə Ərəbistanı düşünür ki, indiki İran və Azərbaycan , İraqın bir hissəsi şiə olduqları üçün kafirdir.) Abbasi mənbələri yazır ki, Babək İslam işğalına qarşı vuruşub. Əslində, Babəkə qədər 150 ildən çox idi ki, Azərbaycanda İslam qəbul edilmişdi. Cənubi və Şimali Azərbaycanda Əhli-beyt məsumlarının, nümayəndələrinin qəbirləri bunu sübut edir ki, o vaxtı Əhli-beyt (ə) düşmənləri olan abbasilər tərəfindən incidilən Peyğəmbər (s) nəsli indiki İran və Azərbaycan ərazisinə pənah gətirirmişlər. İmam Museyi Kazimin (ə) övladları, o cümlədən Babək dövründə Bakıya pənah gətirmiş Həkimə xanım (Bibiheybət), Gəncə və Bərdədəki imamzadələr onu göstərir ki, Babək dövründə Azərbaycan İslamı qəbul edibmiş.
Nizamimülk "Siyasətnamə" əsərində abbasi tarixçilərinə istinadən qeyd edir ki, Möhtəsim Babəki məhv etməsəydi, halal harama qarışmışdı. Lakin Nizamimülk əsərində Möhtəsimin bir məclisdə şərab içib, sonra 3 ayrı qapıdan 3 otağa girməsi və sonradan özünün dediyi kimi, 3 qızın - Rum İmperatoru, Mazyar və Babəkin qızlarının bəkarətini pozması və bunu qonağına deməsi onu göstərir ki, mənbələr bizə Möhtəsimin kim olması haqda əl yeri qoyublar. İstənilən tədqiqatçı sual verə bilər ki, Möhtəsim özü pis işlərdən çıxırdısa, o Babəklə hansı halal-haram müharibəsi apara bilərdi.
İkincisi, mənbələrə görə, Babək 200 000 - 1 000 000 sayında ərəb işğalçısı qırıb. Yaxşı, sərkərdə Babəkin ətrafında bir molyona yaxın kafir var idi? Axı qeyd etdik ki, Azərbaycan ərazisi həmin dövrdə bir əsrdən çox idi ki, İslami qəbul etmişdi.
Üçüncüsü, Babək abbasilərin 5 böyük ordusunu məhv etmişdi. Tarixçilər bildirir ki, həmin orduların hər biri dünyanı tutmağa qadir idi. Bəs necə olur ki, "pozğun əqidəli" Babək (əlbəttə, bəzi tarixçilər Babəki və ətrafındakıları pozğun adlandırır) həmin möhtəşəm orduya qarşı nizamlı bir ordu qura bilir?
Sonda isə qeyd edək ki, sözügedən məsələ barədə gələn mənbələrin hamısı qərəzli abbasi tarixçiləri olduğu üçün Babək barədə fikirlər ziddiyyətlidir. Necə deyərlər, tarixi iqtidarlar yazır. Abbasilər dövləti də 500 il hakimiyyətdə olduqları üçün təbiidir ki, öz düşmənlərini kafir kimi qələmə verməlidirlər.
DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye





