Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Bilik Fondu ukraynalı həmkarları ilə dostlaşdı - FOTO
28 Oktyabr 2014 16:10
Baxış: 1 316
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu Kiyevdə Ukrayna Bilik Cəmiyyətinin icraçı direktoru professor Kuşereç Vasil İvanoviç və cəmiyyətin elmi katibi, əməkdar jurnalist Vasilaşko Vasil Fyodoroviçlə görüşüb. Fondunun İnformasiya təminatı sektorundan Milli.Az-a daxil olan məlumatda deyilir ki, Bilik Fondunun fəaliyyəti barədə məlumat verən C.Musaoğlu bildirib ki, təmsil etdiyi qurum ölkədaxili layihələrlə yanaşı, xarici əlaqələrə də böyük üstünlük verir. Qlobollaşan dünyanın tələbinə uyğun olaraq, elmdə, mədəniyyətdə, incəsənətdə ortaq nöqtənin tapılması vacibdir. Müxtəlif xalqların soy kökündən ayrılmadan yaxınlaşması, bir-biri ilə işgüzar münasibət qurması bir çox problemlərin həllinə yardım edər. Təbii ki, bunun üçün ilk növbədə hər ölkə daxildə mənəvi mühitin formalaşmasına nail olmalı, yeraltı və yerüstü sərvətlərdən əldə olunan gəliri insan kapitalının inkişafına yönəltməlidir.
Bilik Fondunun təmsilçisi Azərbaycanın məhz belə dövlətlərdən olduğunu xatırladaraq qeyd edib ki, Prezident İlham Əliyev əhalinin maariflənməsi, biliklənməsi, nəticədə intellektual cəmiyyətin qurulması üçün gərək olan bütün addımları atır. Bilik Fondunun yaradılması da məhz bunun təzahürüdür.
C.Musaoğlu Ukrayna Bilik Cəmiyyətini Azərbaycanın Bilik Fondu ilə əməkdaşlığa dəvət edib. Ukrayna Bilik Cəmiyyətinin icraçı direktoru Vasil İvanoviç əməkdaşlıq təklifindən məmnun olduğunu bildirib. O, deyib ki, Azərbaycanla Ukrayna daim dostluq-qardaşlıq şəraitində yaşayıblar. Bundan sonrakı əlaqələrin daha da genişlənməsi üçün qarşlıqlı layihələr həyata keçirməyə ehtiyac var. V.İvanoviç rəhbərlik etdiyi cəmiyyətin gördüyü işlərdən danışıb.
Məlum olub ki, Ukrayna Bilik Cəmiyyəti ianələr əsasında fəaliyyət göstərir və bu cür maliyyələşmə böyük layihələrə imza atmağa imkan vermir. Buna baxmayaraq, qurum Ukrayna cəmiyyətinin inkişafına xidmət edən maraqlı layihələr həyata keçirir. Cəmiyyətin elmi katibi, Vasil Fyodoroviç də öz növbəsində görüşdən olduqca razı qaldığını söyləyib. Azərbaycan barədə geniş məlumata malik olduğunu deyən V.Fyodoroviç Bakının gözəl şəhərlərdən olduğunu vurğulayıb. Sonda tərəflər bir-birinə xatirə hədiyyələri, kitablar veriblər.
Xatırladaq ki, Bilik Fondu Praqada "Azərbaycanın geologiya elmi Çexiyada" adlı sərgi keçirməyə hazırlaşır. Dekabrın əvvəlində keçiriləcəyi planlaşdırılan sərgidə Azərbaycana aid geoloji minerallar, suxurlar, xəritələr, kitablar nümayiş olunacaq. Sərgidə Azərbaycanı tanınmış geoloqlar təmsil edəcək. Fond Türkiyə ilə əlaqələrə daha böyük önəm verir. 8-16 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində 33-cü Beynəlxalq Kitab Yarmarkası keçiriləcək. Xarici nəşriyyatların, maarifləndirmə işi ilə məşğul olan təşkilatların və fondların iştirak edəcəyi Yarmarkaya Bilik Fondunun nümayəndəsi də qatılacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
BDYPİ sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat açıqlandı
XƏBƏR LENTİ
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etdi
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb
-
Sara Xəlifə ölüm cəzasına məhkum edildi
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
Selen Öztürk yeni serialla ekranlara qayıdır
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
-
"Fənərbağça" uduzdu, azarkeş öldü