Qaz dərdi çəkən ailələrə cavab: "Qazınızı özünüz çəkin"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Abşeron rayonu, Masazır kəndində 200 ailədən ibarət yaşayış massivinin sakinləri Milli.Az-a yazdıqları məktubla qaz harayı çəkiblər:Qarşıdan soyuq fəslin gəlməsi yayda unudulan qaz problemini yenidən yada salır. Yeni yaşayış massivində özlərinə yuva quran insanlar orada əzab çəkirlər. Əzab isə soyuq havalarda evlərini qaz olmadan qızdıra bilməmələridir
"Akim Abbasov küçəsi, döngə 4 ünvanındakı massivdə yaşayanların əksəriyyəti yeni ailə quran gənc ailələrdir. Bəzi səlahiyyətli orqanlar əhalinin haqlı tələb və istəklərinə biganə yanaşaraq, onları haqsız olaraq əziyyətə salırlar. Böyük çətinliklər bahasına özünə ev-eşik quran insanların hüquqları pozulur, hətta açıq şəkildə vətəndaşa qarşı "bu mənim işim deyil" kimi sözlər deyilərək özbaşınalıqlar etməkdən belə çəkinmirlər. Hər bir işi özümüz şəxsi vəsaitimiz hesabına ala-yarımçıq görürük. Yaşadığımız ərazidə öz imkanlarımızla işıq, su, yol çəkdirsək də, 100-dən çox ailənin istifadəsi üçün qaz çəkilişi kimi çətin, məsuliyyətli və qorxulu işin öhdəsindən gəlmək iqtidarında deyildik.
Dəfələrlə "Azəriqaz"ın Abşeron rayon Qaz İstismar İdarəsinə şifahi və yazılı şəkildə müraciətlər etmişik. İdarədən aldığımız cavablar isə belə olub: "Biz qaz çəkmirik! Gedin, tenderə müraciət edin". Qeyri-rəsmi formada isə 250 manat sayğac üçün, 10-20 manat "siqnalizasiya" qurğusu üçün olmaqla 100-150 metr məsafədən istehlakçının şəxsi hesabına qaz çəkilişinə razılıq verilir. Amma bu pulu nə üçün verməliyik, deyən yoxdur? Bəzi abonentlər qaz çəkilişi ilə bağlı dövlət rüsumlarını ödəsələr belə, 2-3 ildir qaz xəttinə qoşula bilməyiblər".
Şikayətçilər yazırlar ki, qaz xətlərinin çəkilməsini, istismarını, satışını nizamlayan qanunvericilik aktlarını bir daha dərindən araşdırıblar, lakin heç bir yerdə "xətlər və sayğac istehlakçının şəxsi vəsaiti heabına çəkilməlidir" sözünə rast gəlməyiblər.
"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda (30.06.1998-ci il № 513-IQ) istehlakçı və qaz paylayıcısı arasında bütün detallar açıq aydın göstərilib: ""Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında (12.05.2011-ci il № 80) isə göstərilir "4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir."
"Azəriqaz" İstehsalat Birliyinin Qaz Təsərrüfatı İstismarı Şöbəsinin rəisi Vaqif Namazov Milli.Az-a açıqlamasında bildirdi ki, Masazır qəsəbəsi qazlaşdırılıb. Qazlaşdırılmamış ərazi yeni yaşayış massivləridir. Şöbə rəisinin sözlərinə görə, yeni yaşayış massivlərinin qazlaşdırılması vətəndaşların öz vəsaitləri hesabına aparılmalıdır: "Qazın çəkilməsi üçün ayrı-ayrı vətəndaşlar bizə müraciət edir və biz isə onları podratçılarla əlaqələndiririk. "Azəriqaz" qazlaşmaya qarışmır. 40 podratçı şirkət var və onların əlaqə nömrələrini qaz idarələrinə veririk. İnsanlar həmin podratçılara vəsait ödəyib qaz çəkdirə bilər. Əgər bir podratçıdan narazıdırsa, digəri ilə razılaşa bilər".
V.Namazov insanların qaz çəkdirə bilməməsi ilə bağlı narazılığına aydınlıq gətirdi: ""Azəriqaz"ın öz xətlərini təmir etməyə işçisi çatışmır. Əvvəllər qazı "Azəriqaz" pulsuz çəkirdi. Son zamanlar isə vəsaitlə bağlı problem var. Bu iş üçün podratçılar var. Ona görə də insanlar düşünür ki, qaz pulsuz çəkilməlidir. Ancaq belə deyil".
Gülər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye





