Azərbaycan mədəniyyətinə ağır itki üz verdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın tanınmış yazıçısı Cəmil Əlibəyov uzun sürən xəstəlikdən sonra ötən gecə vəfat edib.Tanınmış yazıçısı uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib
Bu barədə aznews.az-a ULUS FİLM prodüser mərkəzinin direktoru, mərhumun qardaşı oğlu Gəray Əlibəyov məlumat verib.
Onun sözlərinə görə, yazıçı ilə vida mərasimi bu gün saat 12:00-də Təzə Pir Məscidində keçiriləcək.
Qeyd edək ki, Cəmil Əlibəyov 1927-ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində dünyaya gəlib.
1944-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində yeni açılmış şərqşünaslıq şöbəsinə (İran bölməsi) daxil olub. O, 1949-cu ildə yaradıcılıq sınaq qaydası ilə "Azərbaycan gəncləri" qəzetinə işə götürülüb.
1970-ci ildə C.Əlibəyov daha məsul işə - dövlət vəzifəsinə irəli çəkilib. Azərbaycan Respublikası Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini təyin olunub, 1974-cü ildən isə "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etməyə başlayıb. Bu müddətdə istehsal olunan filmlər say və keyfiyyətcə yüksək qiymətləndirilib, ümumittifaq, beynəlxalq və respublika mükafatlarına layiq görülüb: "Dədə Qorqud", "Babək", "Dərviş Parisi partladır", "Tütək səsi", "İstintaq", "Ad günü", "Qayınana", "Papaq" filmləri qızıl fonda daxil edilib. C.Əlibəyov 1984-1988-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor və direktor, 1988-1990-cı illərdə "Kommunist" ("Xalq qəzeti") qəzetində baş redaktor işləyib. 1990-cı ildən sonra "Yazıçı" nəşriyyatında baş redaktor vəzifəsinə keçirilib, sonralar "Novruz", "Vahid" qəzetlərində baş redaktor, "Elm və həyat" nəşriyyatında təsisçi-direktor vəzifəsində çalışıb.
C.Əlibəyov bədii yaradıcılığa "Azərbaycan gəncləri"ndə işləyərkən başlayıb. Azərbaycan jurnalistlər, yazıçılar və kinematoqrafçılar ittifaqlarının üzvü olub. SSRİ-də yayılmış "Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "Dözümlü məhəbbət" romanlarının, "Qayaların göz yaşı" povestinin (bunlar Moskvada "Molodaya qvardiya" və "Sovetski pisatel" nəşriyyatlarında rus dilinə çevrilərək nəşr edilib) müəllifidir.
Azərbaycanda həmin romnlarla yanaşı "Dünyanın o biri ucu", "İlk məhəbbət" romanları və "Özümü axtarıram", "Analar..", "Anam Arazım mənim" və digər povestləri çap olunub. Bir neçə pyesin, senarinin, publisist kitabın müəllifidir.
"Gülüstanda qətl" pyesi Azərbayacan Milli Akademik Dram Teatrında tamaşaya qoyulmuşdu. Ümumiyyətlə, 40-dan çox bədii əsərin müəllifidir. C.Əlibəyov qələm və foto aparatı ilə dörd qitənin ölkələrini səyahət edib, ABŞ-dan, Türkiyədən, Rusiyadan (Sibirdən), Avstriyadan, İrandan və b. ölkələrdən yazdığı səfər oçerkləri maraqla qarşılanmışdır. C. Əlibəyov yüksək hökumət mükafatlarına - orden, medal, fərmanlara layiq görülüb.
Milli.Az
Böyütmək üçün şəklə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq
-
İyunun 19-dək bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Sabah dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
XƏBƏR LENTİ
-
Aysel: "4 gün ağrıkəsicilər içdim, çox ağrılı keçirdim"
-
“Barselona” Kukurelyanın “Real”a satışından pul qazanacaq
-
Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq
-
Xəzər rayonunda maşın qarətçisi, Sumqayıtda isə velosiped oğrusu tutuldu
-
Nizami Rəmzinin qızı əvvəlki vəziyyətinə qayıtdı: Yenidən narkotikə qurşanıb - VİDEO
-
Netanyahu: "İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək"
-
İyunun 19-dək bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
-
Zabit Nəbizadə oğluna gəlinsiz toy etdi - VİDEO
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Keçmiş "Barselona"lı ulduz Toralın komanda yoldaşı olacaq
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Rusiyada azərbaycanlı fəhlə hündürlükdən yıxılıb öldü
-
"Qarabağ"ın legioneri Kevin Medina komandadan ayrıldı
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
-
Tovuzda çayda çimən 22 yaşlı gənc batdı
-
Soyuducu və sobaları elektrik uzadıcısına qoşmayın - Xəbərdarlıq
-
Türkiyəli fenomen Afrikada uşaqları sevindirdi – VİDEO
-
Sabah dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
-
Xalq artistinin gözlənilməz "qonağı" gülüş doğurdu - VİDEO
-
Gürcüstan 94 xaricini deportasiya etdi: Arasında azərbaycanlılar da var
-
İstanbulda şagird imtahana təcili yardım maşını ilə aparıldı - VİDEO





