Bu gün Qədir-Xum bayramıdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu günün müəyyən bəyənilən əməlləri var. Həmin günə aid əməllər:Qədir-Xum bayramı qəməri təqvimi ilə zilhiccə ayının 18-nə təsadüf edir
1. Bayram gününün qüslünü almaq;
2. Oruc tutmaq (bu günün orucu 60 ilin günahının kəffarəsinə bərabərdir; bəzi hədislərə görə, bu gün oruc tutan şəxsin savabı ömrü boyu tutduğu orucun savabına, və həmçinin 100 həcc və 100 ümrə ziyarətinə bərabərdir);
3. Həzrət Əlini (ə) ziyarət etmək üçün məşhur olan "Əmin Allah" ziyarətnaməsini oxumaq;
4. Zöhrdən qabaq 2 rükətli namaz qılmaq. Yaxşıdır ki, birincü rükətdə "Həmd"dən sonra "Qədr" surəsi, ikinci rükətdə "Həmd"dən sonra "İxlas" surəsi oxunsun. Yaxşıdır ki, bu namaz günorta azanına yaxın vaxtda qılınsın.
Namazı qurtardıqdan sonra səcdəyə getmək və səcdədə 100 dəfə Allaha şükür etmək. Sonra bu duanı oxumaq: ("Məfatihül-cinan" kitabının tərcüməsinin 569-cu səhifəsindəki dua). Duanı bitirəndən sonra yenə səcdəyə getmək və 100 dəfə "Əlhəmdulilləh" və 100 dəfə də "Şükran lilləh" demək lazımdır.
Hər kim bu əməli yerinə yetirərsə, sanki Qədir-Xum günündə Peyğəmbərin (s) yanında olmuş və o kəsin savabını qazanmışdır ki, Həzrətə vilayət beyəti etmişdir.
5. İkirükətli namaz qılmaq. Hər rükətdə "Həmd"dən sonra 10 dəfə "İxlas" surəsi, 10 dəfə "Ayətül-kürsi", 10 dəfə "Qədr" surəsini oxumaq, namazdan sonra bu duanı demək: "Rabbənə innənə səmi'nə munadiən əd-dua bitəvlihi". Hədislərdə qeyd olunur ki, bu namazın 100 min həcc və 100 min ümrə savabı var, eləcə də, dünya və axirət hacətlərinin Allah tərəfindən asanlıqla qəbul edilməsinə səbəb olur və insana salamatlıq nəsib olur;
6. "Nüdbə" duasını oxumaq.
7. Möminlər bir-biri ilə görüşən zaman desinlər: "Əlhəmdu lillahil-ləzi cəələna minəl mutəməssikin, bivilayəti Əmiril-mu'mininə vəl əimməti ələyhimus səlam".
Sonra de: "Əlhəmdulilləhil-ləzi əkrəmənə bihəzəl-yəvm, və cəələnə minəl-mufinə biəhdihi iləynə, və misəqihilləzi vəsəqanə bihi min viləyəti vuləti əmrih, vəl-quvvəmi biqistih, və ləm yəc'əlnə minəl-cəhidin, vəl-mukəzzibinə biyəvmid-din". ("Məfatihül-cinan" kitabının tərcüməsinin 575-ci səhifəsində verilib).
8. Bu zikri 100 dəfə demək: "Əlhəmdulilləhil-ləzi cə'ələ kəmələ dinihi və təməmə ni'mətih, biviləyəti Əmiril-mu'mininə Əliyyibni Əbi Talibin ələyhis-sələm". ("Məfatihül-cinan" kitabının tərcüməsinin 576-cı səhifəsində verilib).
9. Qardaşlıq peymanı bağlamaq. Öz sağ əlini mömin qardaşının sağ əlinin üstünə qoyub belə desin: "Vəxaytukə filləhi və safəytukə filləh, və safəhtukə filləhi və 'ahədtullahə və mələikətəh, və kutubəhu və rusuləhu və ənbiyaəh, vəl-əimmətəl-mə'suminə ələyhimus-sələm, 'alə ənni in kuntu min əhlil-cənnəti vəş-şəfə'əh, və uzinə li biən ədxuləl-cənnəh, ləədxuluhə ilə və əntə məi". Bunu dedikdən sonra mömin qardaşın desin: "Qabiltu". Sonra desin:"Əsqəttu ənkə cəmi'ə huquqil-uxuvvəh, mə xaləş-şəfə'ətə vəd-du'aə vəz-ziyərəh". ("Məfatihül-cinan" kitabının tərcüməsinin 577-ci səhifəsində verilib).
10. Sileyi-rəhm etmək - qohum-əqrəbaya baş çəkmək;
11. Yeni libas geyinmək;
12. Möminlərlə bu günün yad edilməsi ilə bağlı yığışmaq;
13. Məsumlara (ə) salavat göndərmək.
Bu günlə bağlı digər əməllər də var ki, müfəssəl kitablarda göstərilmişdir.
Qeyd edək ki, zülhiccə ayının 18-nə keçən gecə xüsusi namazın qılınması tövsiyə edilir. Bu namaz 12 rükətdən ibarətdir. Bütün 12 rükət namazın hamısı dalbadal qılınır və sonda bir salam deyilir. Namazdan sonra insan dua edərək Allahdan hacətlərini istəyir.
Bəli, Qədir-Xum - dinin kamilləşmə bayramı, mübarək dinimizin Allah-Təala tərəfindən bəyənildiyi bir tarixdir.
Allahım! Bizləri Qədir-Xumu dərk edənlərdən və yaşadanlardan qərar ver! Amin!
Deyerler.org
DİGƏR XƏBƏRLƏR
-
Bu resepti bilənlər artıq dondurma almır
-
Mərkəzi yoldakı keçidin eskalatorları işləmir - VİDEO
-
Vurulan gəmidə sağ qalan azərbaycanlı danışdı
-
Bakıda yanacaqdoldurma məntəqəsində ÖLÜM
-
Gəmidə həlak olan azərbaycanlının qardaşı: "Ağır xəbəri dostu mənə çatdırdı" - YENİLƏNİB
-
Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir
XƏBƏR LENTİ
-
Bu resepti bilənlər artıq dondurma almır
-
Kilosu 10 manata olan kartof - Batat hansı xəstəliklərdə faydalıdır?
-
Cistka trendinə aldanmayın: Prosedurun riskləri də az deyil
-
Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər
-
Ozan Akbaba həyat yoldaşı ilə - FOTO
-
Mərkəzi yoldakı keçidin eskalatorları işləmir - VİDEO
-
Yazılan mesajlar yoxa çıxacaq - “WhatsApp”dan YENİ FUNKSİYA
-
Nigar Camal tələbəlik illərinə qayıtdı – FOTO
-
Günün qoroskopu: Köhnə borcları bağlamaq zamanıdır
-
Azərbaycan millisi Maltaya məğlub olub - YENİLƏNİB
-
Test nəticəsi müsbət çıxdı, serialdan qovulacaq?
-
Yamal İspaniya çempionatının ən yaxşı futbolçusu seçildi
-
Vurulan gəmidə sağ qalan azərbaycanlı danışdı
-
Millimiz dünya çempionatının 1/4 finalında
-
Bakıda yanacaqdoldurma məntəqəsində ÖLÜM
-
"Stresə düşdüm, ağladım"
-
“Sonuncu dəfə danışanda dedi ki...” - Azovda həlak olan Rəcəbin atası
-
Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
-
Zelenski: Rusiya yenidən müharibəni seçdi
-
Türkiyə gəmisinə hücum - ölən və yaralananlar var
-
Bürcünə görə səni ən yaxşı əks etdirən şəhər məlum oldu
-
Putin: Rusiya İrana heç bir silah tədarük etməyib
-
Sadıq Sadıqov vəfat edib
-
Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib





