Azərbaycanda oktyabr ayının hava proqnozu açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim norması daxilində tərəddüd edəcəyi, birinci ongünlükdə müsbət anomaliyalar üstünlük təşkil etsədə, üçüncü ongünlükdə temperaturların iqlim normasından bir qədər aşağı olacağı gözlənilir.Azərbaycan ərazisində oktyabr ayına olan hava proqnozu açıqlanıb
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi dağlıq və dağətəyi ərazilərdə və Lənkəran-Astara zonasında iqlim normasından bir qədər çox olacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr 11-16 dərəcə isti təşkil edəcək, lakin üçüncü ongünlüyün bəzi günlərində temperaturun iqlim normasından bir qədər aşağı olacağı gözlənilir.
Gündüzlər 18-23 dərəcə isti, birinci ongünlüyün bəzi günlərində temperaturun 25-27 dərəcəyədək yüksələcəyi, üçüncü ongünlüyün bəzi günlərdə 12-16 dərəcə isti təşkil edəcəyi gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-23 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 12-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr ayın birinci yarısında 5-10 dərəcə, bəzi günlərdə 15 dərəcəyədək yüksələcəyi, üçüncü ongünlükdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcəyi gözlənilir.
Gündüzlər 20-25 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 28 dərəcəyədək isti Olsa da, ücüncü ongünlükdə 11-16 dərəcəyədək isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-32 mm) olacağı , bəzi yerlərdə isə normadan çox olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 5-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, lakin bəzi günlərdə normadan bir qədər yüksək olacağı ehtimalı var. Gecələr 1-6 dərəcə şaxta, bəzi günlərdə 10 dərəcəyək isti, üçüncü ongünlükdə temperaturun normadan aşağı olacağı, hətta bəzi günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Gündüzlər 13-18 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 20-24 dərəcə isti olsa da, ücüncü ongünlükdə 5-10 dərəcə isti təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-48 mm) olacağı , bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 13-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr 11-16 dərəcə isti, üçüncü ongünlükdə 2-7 dərəcə isti təşkil edəcək.
Gündüzlər 18-23 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində temperaturun 28 dərəcəyək yüksələcəyi, üçüncü yarısında 13-18 dərəcə isti təşkil edəcəyi gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-61 mm) olacağı , bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıəq temperaturunun 10-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr 7-12 dərəcə isti , bəzi günlərdə temperatur temperaturun 15 dərəcəyədək yüksələcək, üçüncü ongünlüyün sonunda 0-4 dərəcəyədək şaxta təşkil edəcəyi gözlənilir.
Gündüzlər 11-16 dərəcə isti, ayın birinci yarısında 18-23 dərəcə, bəzi günlərdə temperatur 25 dərəcəyədək yüksələcək, üçüncü ongünlükdə isə 5-10 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-126 mm) olacağı , bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr 11-16 dərəcə isti, bəzi günlərdə 19 dərəcəyədək isti, üçüncü ongünlükdə 9-14 dərəcə, bəzi günlərdə isə 17 dərəcəyədək isti təşkil edəcək.
Gündüzlər 18-23 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 25-30 dərəcə,
üçüncü ongünlükdə bəzi günlərdə 10-15 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-51 mm), bəzi yerlərdə isə bir qədər normadan çox olacağı gözlənilir.
Masallı,Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 10-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 10-15 dərəcə isti, bəzi günlərdə 18 dərəcəyədək, üçüncü ongunlükdə isə 5-10 dərəcə isti, dağlıq ərazilərdə 0-5 dərəcə şaxta təşkil edəcəyi gözlənilir.
Gündüzlər 17-22 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 27 dərəcəyədək isti,üçüncü ongünlükdə bəzi günlərdə 10-15 dərəcəyədək isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 96-274 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
"Vahid məktəbli forması sağlam təhsil mühitinin yaradılmasına xidmət edə bilər "
-
Sabah Culfada işıq olmayacaq
-
Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
-
Meteohəssas insanların diqqətinə
XƏBƏR LENTİ
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - (Video)
-
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - (Video)
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var
-
“Mançester Siti” “Liverpul”u darmadağın etdi - (Video)





