Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Toya yazdırdığımız nəmər də azalacaq?
17 Sentyabr 2014 14:46
Baxış: 3 289
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər birimiz ay ərazində bir neçə toya çağırılırıq. "O iş yoldaşımdır", "bu qrup yoldaşım olub", "mənim toyuma gəlib, gərək borcunu qaytarım", "sabah üz-üzə gələcəyik", "getməsəm, ayıb olar" və s. kimi fikirlər hər evdə ay ərzində ən azı 3-4 dəfə səslənir. Verilən dəvətnamələrə sevinmək əvəzinə "qara-qara" düşünməyə başalayırıq. Nəticə etibarilə aldığımız maaşın çox hissəsi "restoran mafiyası"nın güdazına gedir. Toylara yazdırdığımız nəmərin məclis sahibinə "xeyir"i bundan ibarət olur ki, yığılan pullar hesabına şadlıq evinə borcunu ödəyə bilir. Vəssalam.
Azərbaycandakı şadlıq evlərində hökm sürən israfçılığın qarşısının alınması üçün müəyyən addımlar atılır, qulaq batıran səs-akustika məsələsi tənzimlənməkdədir. Bu məsələnin, heç şübhəsiz, parlamentin payız sessiyasında ciddi müzakirə mövzusu olacağı da istisna deyil. Bu, necə deyərlər, məsələnin bir tərəfi.
Digər tərəf ondan ibarətdir ki, fikirləşmək olar, əgər toy sahibinin xəci azalacaqsa, deməli, toya salınacaq nəməri də azalda biləcəyik. Məsələ burasındadır ki, orta statistik azərbaycanlı toya gedərkən 1 nəfər üçün 50 manat nəmər yazılır. Ən azı. Çünki bəzən getdiyimiz toyun menyüsünü görəndə məbləği artırmaq məcburiyyətində qaldığmız vaxtlar da olur. Restorandakı menyünün tənzimlənəcəyi təqdirdə toy xərclərinin aşağı salınması birbaşa nəmərə də təsir edəcək. Heç olmasa aldığımız dəvətnamələrə sevinə biləcəyik.
Modern.az-a daxil olan məlumata görə, restoranlarda kiçik toy və nişan mərasimlərinin keçirilməsi üçün müraciətlərdən imtina gündəmə gəlib. Yeri gəlmişkən, kimi dindirirsən, böyük əksəriyyət sünnət toyunun təmtəraqlı keçirilməsinin qəti əleyhinə olduğunu vurğulayır. Amma...
Əmması budur ki, il ərzində dəfələrlə toya çağırılan, aparıb həmin məclislərə nəmər yazdıran kiçik yaşlı uşağın valideyni əvəzini sünnət etməklə çıxmağa çalışır. Fikirləşir ki, "mənim uşağım balacadır, o, böyüyənədək toyuna getdiklərim o vaxta qədər sağ qala-qalmaya...".
Burada həqiqət var. Onda çıxış yolu nədədir? Çıxış yolunun ilk addımı isə toy xərclərinin aşağı salınmasıdır. Belə olan halda qonaqlar süfrəyə uyğun olaraq nəməri az yazdıracaq, toy sahibi də sabah başqasının toyuna çağırılanda "pul dərdi" çəkməyəcək.
Əgər sadaladığımız problemlər mərhələli şəkildə öz həllini tapacaqsa, ən azı verilən dəvətnamələrə görə "bu çox da lazım idi mənə" deyilməyəcək. Dəvətnaməni aldıqdan sonra ürəklə "Mübarəkdi!", "Allah xoşbəxt etsin!" deyə biləcəyik.
Ümid edirik ki, bu yazı "yaralar"a "məlhəm" olacaq. Əgər yuxarıda bəhs etdiyimiz problem yaxşıya doğru həll olunacaqsa, hər biriniz aldığınız maaşı ora-bura bölüşdürmədən rahatca xərcləyə biləcəksiniz. Elə mən də...
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Gündə 5 litr kola içir, 19 saat işləyir - (Video)
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu