Hər gün səhər Bakı Avtovozalından Şamaxinkaya gedən hissədə uzun tıxac formalaşır. Burada yolun dar olması, avtomobillərin sayı və sərnişinlər nəqliyyatı iflic edir.
Milli.Az xəbər verir ki, Day.Az saytına açıqlama verən "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib ki, "Şamaxinka"dakı yolun vəziyyətindən xəbərdardırlar.
"Bu yaxınlarda paytaxt yollarının monitorinqini həyata keçirdik. Həmin ərazidə bu yaxınlarda yerüstü piyada keçidi tikiləcək. Biz özümüz də bu məsələdə maraqlıyıq. Dayanacağa çatmaq üçün sərnişinlər yolun hərəkət hissəsindən keçmək məcburiyyətində qalırlar. Bu da təhlükəsiz deyil. Bu məsələ bizim qurumun gündəliyindədir", - o əlavə edib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.







