Allahın varlığının dəlilləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oxuduğumuz ayədə "yerlər və göylər"in yaradılışı və bunların mükəmməl şəkildə işləyən qanunları Allahın varlığının dəlilləri olaraq göstərilmişdir. Quranın bir çox ayəsində Rəbbimiz varlığına dair bu kainatdan dəlillər gətirmişdir. Məsələn:"Sizi torpaqdan yaratması, sonra da sizin (hərənizin) bir insan olub yer üzündə yayılmağınız Onun varlığının dəlillərindəndir." (ər-Rum, 30/20)
"Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? Göyə (baxmırlar ki) necə Ucaldılmışdır? Dağlara (baxmırlar ki) necə dikəldilmişdir? Və yerə (baxmırlar ki) necə döşədilmişdir?" (əl-Ğaşiyə, 88/17-20)
"Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun varlığının dəlillərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır! Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun varlığının dəlillərindəndir. Şübhəsiz ki, bunda bilənlər üçün nişanələr vardır! Gecə yatıb dincəlməyiniz, gündüz isə çalışıb nemətlərindən ruzi axtarmağınız da Onun varlığının dəlillərindəndir. Həqiqətən, (öyüd-nəsihət) eşidənlər üçün bunda ibrətlər vardır! Sizə həm qorxu, həm də ümid verən ildırımı göstərməsi, göydən yağmur endirib öləndən sonra (onunla) torpağı diriltməsi də Onun varlığının dəlillərindəndir. Şübhəsiz ki, bunda ağılla düşünən bir qövm üçün ibrətlər vardır." (ər-Rum, 30/21-24)
Bütün bu ayələr Allah-Təalanın yarlığına dair bizi qane edəcək dəlillər barəsində düşünməyimizi istəyir. Buna görə də biz bu kainata və kainatda var olan bənzərsiz nizam-intizama baxaraq Uca Allahın varlığına və birliyinə dəlillər gətirməliyik. Əks halda imanımız təqliddən daha üst səviyyəyə keçə bilməz. Rastlaşdığımız hər dəlil Rəbbimizi yaxşı tanımağımıza və Ona daha səmimiyyətlə, hörmət və sevgi ilə gözəl qulluq etməyimizə səbəb olacaqdır.
İndi isə Uca Yaradanımızın Qurani-Kərimdə öz varlığına dəlil olaraq göstərdiyi təbiət dəlillərinə, sonra da kainatda onun varlıq və birliyinə dəlalət edən digər bəzi əqli dəlillərə nəzər salaq.
Çünki bizə Allahı ən yaxşı şəkildə tanıdan yenə Uca Allahın özüdür. Bu baxımdan Qurani-Kərimə üz tutur və onun dediklərini dinləyirik: "Allah hər şeyin yaradıcısıdır." (əz-Zuxruf, 39/62). Allah-Təalanm varlığına ən böyük dəlilimiz Quranın özüdür. Belə ki, Quran cümlələrdən təşkil olunmuşdur. Quranın cümlələri isə "ayə və ayələr" olaraq adılandınlır. Belə adlandırılmasının səbəbi "ayə" kəlməsinin ərəb dilində "bir şeyə dəlalət edən işarə və əlamət" mənasına gəlməsidir. Bu cümlələrin hər biri Allahın varlığına dəlalət edir. Çünki Allah-Təala Qurani-Kərimin oxşarını yazmaq, hazırlamaq üçün neçə əsrdir inkar edənlərə qarşı meydan oxuyur. Bəşəriyyət bu meydan oxumağa qarşı boyun əyməkdən başqa heç bir şey edə bilməmişdir. Elə isə Quran bir möcüzə olaraq Allahın varlığının və Peyğəmbəri Muhəmmədin (s.ə.s.) haqq Peyğəmbər olduğunun ən böyük dəlilidir.
İkinci dəlilimiz də kainatın özüdür. Kainata baxan hər hansı bir şəxs bu aləmdə yer alan hər bir parçanın, daha doğrusu həcmi olan hər bir şeyin eyni zamanda bir möcüzə olduğunu və insanın öz gördüklərinin oxşarını meydana gətirməkdən aciz qaldığını görür. Belə ki, bu məxluqatın hər biri məhz varlıqları ilə bir möcüzədir.
Quran cümlələri "ayələr" adlandırılmışdır. Bu kainatda var olan məxluqatın da hər biri ayrı-ayrı möcüzə olduğuna görə Qurani-Kərim bu məxluqatdan bir çoxunu "ayələr" adlandırmışdır. Çünki kainat, göylər, yer üzü və buralarda mövcud olan bütün varlıqlar, yəni bütün "ayələr" qüdrətli bir yaradıcının varlığına dəlalət edən əlamətlərdir. Belə ki, ayələrdə belə buyurulur:
"Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, Allahın göydən yağmur yağdıraraq quruyan yer üzünü yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfinə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində düşünən kəslər üçün əlamətlər vardır". (əl-Bəqərə, 2/164)
Ağlını, məntiqini və mühakimə gücünü düzgün istifadə edən, göyləri, ulduzları, yeri, bitkiləri, heyvanları, xülasə, bütün kosmoloji dəlilləri düşünən insan bütün bunları yaradan, onları idarə edən bir Uca varlığın olduğunu da başa düşər.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sabahdan bu zolaqlara girənlər cərimə olunacaq
-
Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışı keçirilib
-
Ölkədə maaşlarla bağlı MÜHÜM XƏBƏR
-
Fövqəladə hallar statistikası açıqlandı: Partlayışlar artır, yanğınlar azalır
-
"E-Kredit" BOKT-un lisenziyası ləğv EDİLDİ
-
Sevda anidən yerə sərildi - Ayağı QIRILDI - FOTOlar
-
Kiyevdə matəm elan edildi
-
Saxta “cərimə ödənişi” saytları ilə bağlı XƏBƏRDARLIQ
-
Şahbaz Şərif Azərbaycanın ədliyyə naziri ilə görüşdü
-
Sulu salfetkalar niyə günün altında qalsa belə QURUMUR?
-
WUF13 Festivalı başa çatdı
-
Əməkdar artist: "Hər oradan keçəndə AĞLAYIRAM..."
-
Hava kəskin DƏYİŞİR: Yağış qara keçəcək - XƏBƏRDARLIQ
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
-
Asif Məmmədova görə klub 10 min manat CƏRİMƏLƏNDİ
-
“Telefonumdakı görüntülər ortaya çıxsa, şou-biznes bir-birinə dəyər, aləm QARIŞAR”
-
Maaşlarla bağlı ŞAD XƏBƏR: Əlavələr EDİLƏCƏK - QƏRAR
-
Arvadı Devid Bekhemə toyuqlar hədiyyə etdi - VİDEO
-
Bu yolda yeni işıqforlar quraşdırıldı
-
Gəncə sakinləri indi “Yango” tətbiqində ictimai nəqliyyat marşrutlarını planlaşdıra bilərlər
-
AFFA "Zirə"ni cərimələdi
-
Paytaxtın mərkəzində baş verən dəhşətli qəzanın VİDEOsu
-
Qazaxıstanda Ərdoğana dövlət ordeni verildi





