"Mədə niyyətli" məmurların ümidinə qalan mədəniyyət ocaqları... - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Lənkəranda mədəniyyət mərkəzləri, kinoteatrlar, tarixi abidələr arxivə qovuşub. Cənub bölgəsinin mirvarisi sayılan bu şəhərdə mədəniyyət ocaqları bərbad gündədir, baxımsızlıqdan acınacaqlı kökə düşüb.Lənkəranda "Spartak" və "Nizami" kinoteatrları, tarixi abidələr, qədim hamam bərbad gündədir; yerli icra hakimiyyəti isə "düzələcək" deyir...
Çox təəssüflər olsun ki, müstəqillikdən sonra tarixi abidələrə qarşı bir laqeydlik nümayiş etdirilib. Ona görə də Lənkəranda tarixi mərkəzlər orta əsrlərdən qalmış binalara oxşayır, elə bil heç zaman "əl gəzdirilməyib".
Şəhər əhalisini də narahat edən bu problemin ömrü getdikcə uzanır və dəyişmir. Nəyə görəsə aidiyyəti qurumlar da tarixi abidələri rekonstruksiya etmək niyyətində görünmürlər. Bizimlə söhbət edən yerli sakin Murad Ağayev inanmır ki, yaxın gələcəkdə Lənkəranda "Nizami" və "Spartak" kinoteatrları təmir olunub, istifadəyə veriləcək. Onun sözlərinə görə, hər iki kinoteatr gah çayxana, gah bilyard salonu, gah da başqa məqsədlər üçün iaşə obyekti kimi fəaliyyət göstərib. Bir müddət sonra "Spartak" artıq özəlləşdirilərək şəxsi mülkə çevrilsə də yenə istifadəsiz qalıb. M.Ağayev təklif edir ki, rayon icra hakimiyyəti hər iki kinoteatrın yenidən istifadəyə verilməsi üçün plan nəzərdə tutsun.
Əslində "Nizami" kinoteatrı rekonstruksiya olunmasını gözləyir. Bu mədəniyyət mərkəzinin Lənkəran Rayon İcra Hakimiyyəti tərəfindən Regionların Dövlət Proqramı əsasında yenidən bərpası nəzərdə tutulsa da, o zamandan bəri planın icrası gecikir. Bunun səbəbi heç kəsə açıqlanmayıb. Bilinmir ki, kinoteatr nə zaman bərpa olunacaq. Məlum olan reallıq ondan ibarətdir ki, vaxtilə lənkəranlıların axışdığı "Nizami" kinoteatrı indi dramatik günlərini yaşayır.
Lənkəranda ilk kinoteatr 1926-cı ildə fəaliyyətə başlayıb. İlk səssiz kinofilm də "Spartak" adlanan həmin kinoteatrda 1927-ci ildə nümayiş etdirilib. Şəhər sakinləri yaranmış bu problemlərə görə aidiyyəti qurumları qınayırlar. Onların sözlərinə görə, sovet vaxtı bu kinoteatrlarda anşlaq olardı. Amma bu mədəniyyət ocaqlarının binaları indi qapısı qıfıllıdır, binaları uçuq-sökük.
"Lənkəranda həmişə teatr, kinoteatr, ziyalılar evi, mədəniyyət evi olub. İndi belə bir ziyalı şəhərin mədəniyyət mərkəzlərinin gününə baxın. Adam xəcalət çəkir. Mən bu şəhərdə böyümüşəm, 82 yaşım var. O günləri yada salıram və indi görürəm ki, Lənkəranda mədəniyyət mərkəzləri baxımsız qalıb", - deyə şəhər ağsaqqalı Nürəddin kişi gileylənir.
Lənkəranda problemi araşdırarkən onu da öyrənirik ki, Mədəniyyət Nazirliyinin yerli əhəmiyyət daşıyan memarlıq abidəsi də acınacaqlı haldadır. 19-cu əsrə aid bu qədim hamamın binası müharibədən çıxmış yerə oxşayır. İllərdir baxımsız vəziyyətdə olan tarixi hamamın qapısına kilid vurulsa da, dam örtüyü, divarları uçub-tökülüb. Rayon sakinlərini isə qeyd edirlər ki, bina qar və yağış yağdığı zaman tədricən uçur. Uçuq-sökük binanın üzərinə isə böyük hərflərlə Mədəniyyət Nazirliyi yerli əhəmiyyətli memarlıq abidəsinin dövlət tərəfindən qorunduğu yazılan lövhə vurulub.
"Kiçik bazar" məhəlləsində yerləşən bu qədim hamama nə zaman sahib çıxılacağı aydın deyil. Görünən budur ki, qabaqdan gələn qışda yağacaq qar hamamı yerlə-yeksan edəcək, tarixin yaddaşlarına həkk olunacaq. Bundan başqa, rayon uşaq xəstəxanasının köhnə binası bank və restoran kimi istifadə olunur. Halbuki yerli camaat da danışır ki, sözügedən inzibati binanın tarixiliyi var və qorunub saxlanmalıdır. Di gəl ki, tarixi bina özəlləşdirilib, kommersiya məqsədi ilə istifadə edilir.
Ümumiyyətlə, Lənkəranda tarixi abidələr çoxdur. Yuxarı Nüvədi kəndində qədim Əbirlər qülləsi, Şıxakəran kəndində Şeyx Zahid türbəsi, şəhərdə Kiçik Qala məscidi, Güldəstə minarəsi, Hacı Mirzə hamamı, Xan Evi kimi abidələr var.
Bəlləbur qalasının xarabalarını da qeyd etmək lazımdır. Bu qalanın Babək Xürrəminin yerləşdiyi qala olduğu söylənir. O cümlədən Xan Evinin rekonstruksiya olunmasını da deməliyik. Hazırda muzeydə təmir işləri davam edir.
Onu da deyək ki, Lənkəranda mədəniyyət ocaqlarının baxımsız vəziyyətdə olması ilə bağlı xəbər hazırlayan axar.az-a rəsmi açıqlama verilib. Lənkəran Rayon İcra Hakimiyyətindən redaksiyanın elektron ünvanına daxil olan məktubda bildirilib ki, son vaxtlar şəhərdə mədəniyyət mərkəzlərinin və tarixi abidələrin əsaslı təmiri işləri xeyli sürətlənib, mədəniyyət müəssisələrinin tikintisi və yenidən qurulması 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına salınıb: "Tarixi abidə olan "Dairəvi qala"dan sonra Mirəhməd xanın evi olmuş "Xan sarayı"nın və 600 nəfər tamaşaçı tutan Qəni Vəliyev adına şəhər Mədəniyyət Mərkəzinin əsaslı təmirinə başlanılıb. Hər iki obyektin əsaslı təmiri məsələsi icra başçısının şəhər ziyalıları ilə ilk görüşündə ictimaiyyətin nümayəndələri tərəfindən qaldırılıb. Artıq bu gün bu obyeklərdə son tamamlama işləri gedir".
Cavab məktubunda qaldırılan problemlərlə bağlı yazılır: "Şəhərdə "Nizami", "Spartak" kinoteatrları və şəhərin "Kiçik Bazar" məhəlləsindəki hamam məsələsi ilə bağlı bildiririk ki, hər iki kino-teatr istifadəyə yararsız vəziyyətə düşdüyündən, hələ keçən əsrin 90-cı illərinin əvvəllərindən fəaliyyətini dayandırıb. Yuxarıda qeyd olunduğu kimi, mədəniyyət obyektlərinin yenidən qurulmasına Dövlət Proqramı üzrə başlanılıb. Növbəti illərdə Mədəniyyət və Turizm Nazirliyinin bərpa idarəsi tərəfindən adları qeyd olunan yerli əhəmiyyətli tarixi abidələr olan "Nizami" kino-teatrı və hamamın əsaslı təmiri işlərinə başlanılması nəzərdə tutulub".
"Yeni Müsavat"
Böyütmək üçün şəkillərə klikləyin.




DİGƏR XƏBƏRLƏR
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
-
Qışda avtomobilinizi bu 10 təhlükədən qoruyun
XƏBƏR LENTİ
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
"Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar





