Azərbaycanda ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçiminin nəticələrinin ilkin statistikası acıqlanıb.
Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssiələrinə ixtisas seçimi dünən başa çatıb. İxtisas seçimində iştirak edən 17 632 gəncin ilkin yerləşdirməsi aparılıb. Yaxın saatlarda ixtisas seçiminin nəticələri açıqlanacaq və internetdə yerləşdiriləcək. İlkin statistik məlumatlara əsasən, ixtisas seçimində iştirak edənlərin 8795-i orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə qəbul planı 99,94% dolub və cəmi 4 plan yeri boş qalıb.
M.Abbaszadə qeyd edib ki, qalan boş yerlər xüsusi qabiliyyət tələb edən ixtisaslardır: "Bunların arasında elə ixtisaslar var ki, biz onların əvvəlcədən dola bilməyəcəyini görürdük. Məsələn, musiqi müəllimliyinə sənəd verənlərin ilkin musiqi təhsili olmalı idi, fiziki tərbiyə müəllimliyinə sənəd verənlərin sağlamlıq haqqında arayışı olmalı idi. Belə yerlər üzrə sənəd verənlərin sayı plan yerləri ilə müqayisədə azdır".
Komissiya sədri əlavə edib ki, orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul planı 66,29% dolub. Ümumilikdə isə ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul planı 91,52% dolub: "Abituriyentlərə müraciət edirəm ki, bu gün nəticələri əldə edəcəklər. Gələn həftənin bazar ertəsi günündən qəbul olanların qeydiyyatı aparılacaq. Qeydiyyat başa çatandan sonra boş qalan yerlər elan olunacaq. Bazar ertəsi qəbul olanların siyahısı jurnalda çıxacaq. Orada keçid balları elan olunacaq".
TQDK sədri bildirib ki, bəzi orta ixtisas təhsili müəssisələrində 9 illik təhsil bazasından qəbul planı 100 faiz dolub. Bakıda olan kolleclərin əksəriyyəti - Azərbaycan Maliyyə-İqtisad Kolleci, Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kolleci, Bakı Qida Sənayesi Kolleci, Bakı Dövlət Sosial-İqtisadiyyat Kolleciidə qəbul planı 100 faiz dolub. Azərbaycan Dəniz Balıq Səneyesi Kolleci, Bakı Dövlət Rabitə-nəqliyyat Kolleci, Milli Konservatoriyanın nəzdində Musiqi Kolleci, Bakı Texniki Kollecində də qəbul planı 100 faiz dolub. Yalnız Rəssamlıq Akedemiyasının kollecində qəbul planı 83 faiz dolub və Bakı Humanitar Kollecinin musiqi müəllimliyi ixtisasında boş yerlər qalıb. Bölgələrə gəldikdə, Gəncə Musiqi Kollecinin qəbul planı 99 faiz, Qazax Dövlət Sənaye Kollecinin qəbul planı 95 faiz, Sumqayıt Dövlət Texniki Kollecinin qəbul planı 100 faiz, Sumqayıt Musiqi Kollecinin qəbul planı 98,85 faiz, Quba Dövlət İqtisadi Kollecinin qəbul planı 100 faiz, Şəki Pedaqoji Kollecində qəbul planı 55,55 faiz, Şamaxı Humanitar Kollecinin qəbul planı 79 faiz dolub.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
9 illik bazadan kolleclərə ixtisas seçiminin nəticələrinin ilkin statistikası açıqlandı
11 İyul 2014 13:33
Baxış: 13 924

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılıb öldü
-
Dəriniz yağlıdırsa, bu qidalardan uzaq durun
-
İlham Əliyev Britaniya Kralını təbrik edib
-
"Zirə" 2 futbolçusunu göndərdi - FOTO
-
İsrailin öldürülən komandirlərinin sayı açıqlandı
-
Yeniyetmə dənizdə boğuldu
-
"Ona nəsə olsa, yaşaya bilmərəm"
-
Spaletti bu klubu çalışdıracaq
-
"Döymələrim görünməyən yerlərdədir"
-
Bakı Ağır Cinayətlər Məhkəməsində yeni HAKİM
-
ABŞ İsraili dayandıracaq?
-
Raketlərin altında oynaya-oynaya toy etdilər - VİDEO
-
“3-cü arvadıyam, heç cür boşana bilmirəm”
-
Dubaydakı göydələndə güclü YANĞIN - FOTO
-
"Tehran yandırılacaq"
-
Xamenei onu Aerokosmik Qüvvələrinə yeni komandan təyin etdi - FOTO
-
Nüşabə Musayevanın elə geyimdə VİDEOsu yayıldı ki...
-
Tehran yenə pis vuruldu: həmin dəhşətin VİDEOsu
-
Köçəryan Paşinyandan 15 min dollar tələb edir
-
Mərhum meyxanaçının məzarından kədərli paylaşım
-
İran İsraili hədələdi
-
Birinci sinfə qəbul olanların sayı açıqlandı
-
Tehran sakinləri küçələrə axışdı - VİDEO
-
TƏCİLİ: AZAL bu aviareysləri ləğv etdi