Ölkə

Bakı Ağır Cinayətlər Məhkəməsində yeni HAKİM

14 İyun 2025 17:34
Baxış: 617
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmədə hakimlərin sayının artırılmasına qərar verilib.

Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynli bu məqsədlə Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam olunub. H. Hüseynli daha əvvəl Xəzər Rayon Məhkəməsində spiker hakim vəzifəsində də çalışıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə hakim yaş həddi ilə əlaqədar yaxın zamanlarda təqaüdə göndəriləcək, ikisi isə bir müddət əvvəl vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.