Şou-biznes

"Aya 30 min qazanıramsa, həyatımdakı kişi 60 min manat xərcləməlidir" - FOTOlar

14 İyun 2025 15:27
Baxış: 1 535
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Foto model və müğənni Müjgan Ayxan açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, aylıq qazancıdan danışan ifaçı həyatındakı bəyin maddi vəziyyətinin necə ola arzunu dilə gətirib.

"Ayda üç məclisim olur. 5 mindən edir, 15 min. Digər on beş mini də açılış və restoran reklamlarından qazanıram. Mən özüm halal 30 minimi qazana bilirəmsə, həyatımdakı kişi ayda 50-60 min manat xərcləməlidir. Qazancımı açıqlayanda məni qınayıb, ağızlarına gələnləri yazanlar oldu. Hər zaman demişəm ki, bəy məndən hər şeydə artıq olmalıdır. Həyatımda 60 min xərcləyən bəy olsaydı, yaxşı olardı.

Kişinin sevdiyi şəxsə pul xərcləmək borcudur. Dayandırsa, ona "sağ ol " demək lazımdır. Bəy qadına pul xərcləməli və gözəl baxmalıdır. Hazırda gözəl görünürəmsə və kişi məni bəyənirsə, deməli, yanında da olanda eyni görünməliyəm. Baxım üçün pul lazımdır. Kişini də borcudur, bunu etməlidir. Başıma gəlməyib, ancaq xərcləməsə, ayrılaram". 

Musa
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.