Ölkə

TƏCİLİ: AZAL bu aviareysləri ləğv etdi

14 İyun 2025 15:39
Baxış: 1 546
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 14, 15 və 16 iyun 2025-ci il tarixlərinə planlaşdırılan aşağıdakı reysləri ləğv edilib.

Milli.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Ləğv edilən reyslər:

14 iyun 2025-ci il:
* Bakı - Tel-Əviv - Bakı (J2 331/332)
* Bakı - Nyu-Dehli - Bakı (J2 057/058)
* Bakı - İslamabad - Bakı (J2 143/144)
* Bakı - Ər-Riyad - Bakı (J2 8203/8204)
* Bakı - Tehran - Bakı (J2 8017/8018)⁠

15 iyun 2025-ci il:
* Bakı - Tel-Əviv - Bakı (J2 021/022 və J2 321/322)

16 iyun 2025-ci il:
* Bakı - Tel-Əviv - Bakı (J2 021/022 və J2 321/322)
* Bakı - Tehran - Bakı (J2 8017/8018)

Qeyd edək ki, Bakı - Təbriz - Bakı marşrutu üzrə reyslər iyun ayının sonunadək ləğv edilib.

AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə suallar yarandığı halda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.