Dünya

ABŞ İsraili dayandıracaq?

14 İyun 2025 17:28
Baxış: 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp iyunun 12-də İsrail baş naziri Benyamin Netanyahuya bildirib ki, Vaşinqton İsrailə mane olmayacaq, lakin İrana qarşı hücum əməliyyatlarında da kömək etməyəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti amerikalı rəsmilərə istinadən məlumat verib.

"Tramp və Netanyahu cümə axşamı yenidən danışanda, İsrail lideri Trampa bildirib ki, bu, (ABŞ prezidenti tərəfindən - red.) İranla sövdələşmə üçün ayrılan 60 günlük müddətin son günüdür. Netanyahu bildirib ki, Təl-Əviv artıq gözləyə bilməz, İsrail özünü müdafiə etməli və Trampın özü tərəfindən müəyyən edilmiş müddətlərə riayət olunmasını təmin etməlidir. Tramp cavab verib ki, Vaşinqton buna mane olmayacaq, lakin vurğulayıb ki, ABŞ ordusu heç bir hücum əməliyyatında kömək də etməyəcək", - nəşr bildirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.