Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ordubadda yayın gəlişini də bayram edərmişlər
2 İyul 2014 15:39
0 Şərh
Baxış: 1 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təqvimə uyğun olaraq xalqımız qış və yaz fəsillərini mərasim (çillə) və bayramla (Novruz) qarşılayır. Nədənsə, yay və payız fəsillərinin qarşılanması üçün bir mərasim, yaxud bayram keçirilməyir. Son dövrün araşdırmalarından və toplanmış etnoqrafik materiallardan məlum olur ki, keçmişdə Naxçıvan Muxtar Respublikasının Ordubad bölgəsində yayın gəlişi "Susəpən" adlı mərasimlə qeyd edilərmiş.
Bu el şənliyi iyun ayının 21-də - astronomiya təqvimi ilə yazın sona çatdığı, yayın girdiyi gün Ordubad bölgəsindəki Gilançay vadisinin yuxarı hissəsində keçirilərmiş. Mərasimə ətraf kəndlərin sakinləri də qoşularmış. "Susəpən" səhər erkəndən Gəmiqaya yaxınlığındakı Bibiqətər və Qara pirlərini ziyarətlə başlayarmış. Ziyarət üçün əvvəlcədən hər cür hazırlıq işləri görülərmiş. Səcdəgahlara gedərkən yol boyu insanlar bir-birilərinin üzərinə su çiləyərmişlər. Pirlər ziyarət edildikdən sonra camaat Gəmiqaya abidəsinə üz tutarmış. El şənlikləri burda başlanarmış. Xüsusi bayram yeməkləri hazırlanar, yallı gedilər, at yarışları və digər oyunlar keçirilərmiş. Küsülülər məclisə gətirilərək barışdırılarmış. Növbəti gün - ayın 22-si insanlar Gəmiqaya ətrafına yığışıb Günəşi qarşılayarmışlar. Beləcə, mərasim iki gün qeyd edilərmiş. İkinci günün əvvəlkinə nisbətən daha təmtəraqlı olması və adamların çoxluğu ilə seçilərmiş. Mərasimdə iştirak edənlər Günəş doğmamış qayaların üzərindəki şehi üzlərinə sürtərmişlər. Sonra "Gözəllər" adlanan çeşmədən su götürər, onu növbəti ilin həmin vaxtına qədər saxlayar, ondan bərəkət və sağlamlıq vasitəsi kimi istifadə edərmişlər. Özü də buradan hər gün deyil, məhz həmin gün götürülən suyun sehrinə-hikmətinə inanılarmış. Mərasim başa çatanda camaat yenidən biri-birinin üzərinə su çiləyə-çiləyə geri dönər, bununla da tədbir bitmiş hesab olunarmış.
Məlumdur ki, su ilə təmizlənmə, suçiləmə, suyatapınma kimi el adətləri Naxçıvanda novruzqabağı axır çərşənbənin səhəri günü həyata keçirilir. Bu da islamdan öncə xalqımızın suya tapınması, suya həyat mənbəyi kimi baxması ilə əlaqədardır.
Mərasimdə Gəmiqayanın dörd tərəfində qurbanlar kəsilər və qohumlara, qonşulara, kimsəsizlərə paylanarmış. Dörd tərəfə qurban kəsib paylamaq adətinə "Bilqamıs" dastanında da rast gəlinir. Bəhs olunan mərasimlə bağlı digər türk xalqlarının da adət-ənənələrində oxşarlıq mövcuddur. Çuvaşlarda buna bənzəyən "Tarla qurbanı" adlı mərasim vardır. Mərasim zamanı insanlar yayın başlaması münasibətilə su kənarlarına toplaşıb göyə qurban verərdilər. Mayya mədəniyyətinin daşıyıcıları da müasir təqvimlə iyun ayının 22-nə təsadüf edən qurbanvermə mərasimi keçirərdilər.
Maraqlıdır ki, Naxçıvanın başqa heç bir yerində yayın girməsi ilə bağlı mərasim keçirilməyib. "Susəpən" mərasimi haqqında ilk dəfə məlumat verən AMEA-nın müxbir üzvi Hacı Qadir Qədirzadənin fikrincə, bu mərasimin Nuh peyğəmbərlə bağlılığı vardır, ancaq o, astronomik təqvimlə də səsləşir. Mərasimin "Susəpən" adlandırılması, burada icra edilən adət və ayinlər bayramın genetik cəhətdən Azərbaycan türklərinə aidliyindən xəbər verir.
"Azərbaycan" qəzeti

DİGƏR XƏBƏRLƏR
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
XƏBƏR LENTİ
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi