Azərbaycanda banklar sosial kartların buraxılışına son dərəcə aşağı maraq göstərirlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Nazir deyib: "Bu səbəbdən sosial yardımların verildiyi sosial kartların dəyişdirilməsi üzrə tenderin vaxtı dəyişdirildi. Komissiyadan mənə verilən məlumata görə, təəssüf ki, "Kapital Bank"dan başqa heç bir bank tenderdə iştirak üçün ərizə verməyib".
S.Müslümovun sözlərinə görə, yaxın vaxtlarda bu məsələ həll ediləcək.
Nazir əlavə edib: "Həmçinin qeyd edim ki, kartların dəyişdirilməsi istənilən halda, bankların marağının səviyyəsindən və maraq göstərən bankların sayından asılı olmayaraq həyata keçiriləcək".
Hazırda ünvanlı sosial yardım (ÜSY) alanlar üçün plastik kartlar Azərbaycan Beynəlxalq Bankı (ABB) və "Kapital Bank" tərəfindən buraxılır. Onlar həmçinin pensiya kartları buraxırlar.
Bütün banklar ünvanlı sosial yardım alanlar üçün plastik kartların yenilənməsi üçün yeni tenderdə iştirak etməyə buraxılır.
Ünvanlı sosial yardım alanlar üçün plastik kartların yenilənməsinə dair qərar ÜSY-nin təyin olunması və ödənişi ilə bağlı mənfi halların aradan qaldırılması və bu sahədə şəffaflığın artırılması məqsədi ilə qəbul edilib.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Nazirdən sosial kartlar barədə açıqlama
17 İyun 2014 13:40
Baxış: 4 227

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Safurə dekoltesi ilə diqqət çəkdi - FOTO
-
Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edə bilər
-
Stalin hər zaman bunu yeyirdi
-
Aysunla Renkadan çılğın RƏQS - VİDEO
-
Bu vitamin insanı daha gənc göstərir
-
Nura geyimi ilə diqqət çəkdi
-
Bu içki qaraciyəri piylənmədən qoruyur
-
Demet Akalının VİLLASI gündəm oldu - VİDEO
-
Universitetlərdə ən aşağı keçid balı hansı ixtisaslardadır? - VİDEO
-
"Şərhləri oxuyub ağlayırdım"
-
Günün qoroskopu: Özünü və yaxınlarını unutma
-
Bakıda falçı 74 min manatı necə alıb? - “7 yumurtaya 200 manat verdim” - FOTO
-
Paşinyan: Kilsəni xalqımıza qaytarmalıyıq
-
"O vaxt Gürcüstanda etdirmişəm, ondan Azərbaycanda üç adam etdirmişdi"
-
Azərbaycanda daşınan evlərə tələbat artdı - bazar qiymətləri alt-üst olur - VİDEO
-
Məşhur türkiyəli aktyorun inanılmaz sərvəti...
-
Dolların kursu dəyişəcək? - ekspert açıqladı
-
Yoldaşlıq görüşü sonrası kütləvi dava - VİDEO
-
Kəsim məntəqələrindən ürəkbulandıran görüntülər - VİDEO
-
Ronaldo bu klubun təklifindən imtina etdi
-
Prezidentliyinə namizəd çıxışı zamanı güllələndi
-
Spaletti istefaya göndərildi
-
Ən uğurlu insanlar bu tarixlərdə doğulur
-
Dişlərini düzgün fırçalamayan uşaqların valideynlərinə həbs cəzası