Cəmiyyət

YARAT Müasir İncəsənət Məkanı "Sağlam ol və YARAT" adlı qaçış yarışında iştirak etməyə dəvət edir - FOTO

12 İyun 2014 11:59
Baxış: 1 028
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

YARAT Müasir İncəsənət Məkanı Sizi "Sağlam ol və YARAT" adlı qaçış yarışında iştirak etməyə dəvət edir. Qaçış yarışı 14 iyun 2014-cü il tarixində saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaqdır.
 

Qaçış yarışının əsas məqsədi Azərbaycan gəncliyində sağlam həyat tərzi təşviq etməkdir.
 

Qaçış yarışı 1000 metr məsafədə baş tutacaq və 3 yaş qrupu üzrə keçiriləcəkdir. 14 - 17, 17 - 20, 20 - və yuxarı yaş qrupları arasında keçirləcək yarışda qaliblər üçün simvolik mükafatlar da nəzərdə tutulmuşdur:
 

1 - ci yer - 150 AZN

2 - ci yer 100 - AZN

3 - cü yer - 50 AZN
 

Tədbirdə məşhur DJ Pançonun musiqisi səslənəcəkdir.
 

Tədbirin rəsmi partnyorları "ASAN xidmət", Azərbaycan Respublikası Peyntbol Federasiyası və Azərbaycan Atletika Federasiyasıdır.
 

İştirakçılar üçün zəruri məlumat:
 

Qaçış yarışında iştirak etmək üçün aşağıda qeyd olunan şərtlərə riayət olunmalıdır:

1. İştirakçıların qeydiyyatı 14 iyun saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda "iştirakçıların qeydiyyatı" köşkündə həyata keçiriləcək.

Qaçış yarışında iştirak etmək istəyənlər [email protected] elektron poçtu və ya 012 505 14 14 telefon nömrəsi vasitəsi ilə 13 iyun saat 18:00-dək yarışmada iştirakları barədə təşkilat komitəsinə məlumat verməlidirlər. Məlumatda qeyd edilməlidir: iştirakçının adı, soyadı, atasının adı, təvəllüdü, telefon nömrəsi və elektron poçtu.

İştirakçılar qeydiyyat günü "iştirakçıların qeydiyyat köşkü"nə şəxsiyyət vəsiqələri ilə yaxınlaşmalıdırlar.

2. Qaçış yarışı 14 iyun 2014-cü il saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Hər yaş qrupu arasında 10 dəqiqə vaxt amplitudası ilə start veriləcək.

3. Qaçış yarışmasında iştirak edəcək şəxslərin özləri ilə idman ləvazimatları (forması, şort, idman şalvarı, mayka, idman ayaqqabısı) götürmələri zəruridir.


Ətraflı məlümat üçün:

YARAT Müasir incəsənət məkanı

www.yarat.az

[email protected]

T.: +99412 437 3970

T./F.: +99412 505 1414
 
Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.