Cəmiyyət

"Təmizlik imandandır!" hədisi: gerçəklik və nəzəriyyə

10 İyun 2014 21:14
0 Şərh     Baxış: 4 438
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bir müsəlman olaraq fəxr ilə Həzrət Məhəmməd peyğəmbərdən (s) belə bir hədis dilə gətiririk: "Təmizlik imandandır!" Bu rəvayətə görə, imanın praktik göstəricilərindən biri məhz insanın özü, geyimi, evi və yaşadığı mühitinin təmizliyi nəzərdə tutulur.

İslam dinində insanın fərdi və ictimai təmizlik və gigiyenasına aid çoxlu sayda qaydalar mövcuddur. Müsəlman təmiz, pak olmalıdır. Qurani-Kərimdə buyurulur: "Allah... təmiz, pak olanları sevər!" (Bəqərə, 222).

Amma təəssüflər olsun ki, təmizliklə bağlı bu müddəalar əsas etibarilə nəzəri xarakter daşıyır. Praktik həyatda əksər müsəlman toplumları təmizlik məsələsində ciddi problemlər yaşamaqdadır. Hər halda, qeyri-müsəlman Avropa və ya Amerika ilə müqayisədə bu problem daha qabarıq nəzərə çarpır. Müsəlman toplumları "təmizlik imandandır!" iddiası ilə çıxış edir, onlar isə səssis-səmirsiz, iddia-filan etmədən bu təmizliyi gerçəkləşdirirlər.

Həyətimizdəki aşıb-daşan "zibil yeşikləri" və onun ətrafını, küçələrimizi-səkilərimizi, bazarlarımızı, hətta şəhərkənarı çimərliklərimizi, yaxud tüstüləyib ötən maşınların keçdiyi yol kənarında açıqda satışa düzülən meyvə-tərəvəzləri gözümüz önünə gətirək. Bunlar gündəlik həyatımızda hər birimizin gördüyümüz gerçəkliklərdir. O "zibil yeşiklərinin" kənarına zibilləri atan da bizik, günlərlə onları təmizləməyənlər də! Küçələrin kənarında meyvə-tərəvəzi satışa çıxaranlar da bizik, onları alıb yeyənlər də. Əlimizdəki tullantını küçədə yerə atanlar da bizik, onun üstən tapdalayıb keçənlər də. Bir sözlə, bütün bunları edən də bizik, sakincə müşahidə edən də!

Bəs "təmizlik imandandır!" hədisi? Günümüzdə hələ ki, bu hədisin gerçəkləşmə meydanı Qərb ölkələridir. Hədisi xatırlatdıqda, bizlərin deyil, onların daha imanlı olması, "Allah... təmiz, pak olanları sevər!" ayəsini xatırlatdıqda da Allahın bizi deyil, onları sevdiyi anlaşılır. Bəs görəsən inandıqlarımızı, iman və iddia etdiklərimizi həyata keçirməyin vaxtı nə zaman yetişəcək? Və bunu gerçəkləşdirmək bizim özümüzdən asılıdırsa, biz kimi və ya nəyi gözləyirik?..

İslam.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.