Cəmiyyət

Magistraturaya aparılan ixtisas seçiminin nəticələri açıqlandı

5 İyun 2014 15:47
5 Şərh     Baxış: 6 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin nəticələri elan olunub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, bakalavrlar nəticələrlə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların siyahısını iyunun 5-də saat 15:30-dan etibarən Komissiyanın internet saytında yerləşdirilib.

Qəbul olunanların siyahısı iyunun 6-da "Magistr" jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisas seçimində iştirak edən 7274 bakalavrdan 5126 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub.

Qəbul olanlardan 3431 nəfəri ali təhsil müəssisələrinin builki, 1695-i isə əvvəlki illərin məzunudur. Qəbul olanların 2101-i oğlan, 3025-i isə qızdır. Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar 2014-cü il iyunun 25-dən iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. 2014-cü ilin məzunları digər sənədlərlə birlikdə, ali təhsil müəssisəsini bitirmək haqqında arayış da təqdim etməlidirlər. Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.