Cəmiyyət

Bakıdan İstanbula sürətli qatarla da getmək olacaq

5 İyun 2014 13:13
4 Şərh     Baxış: 13 739
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakı-Gürcüstan-Türkiyə marşrutu üçün 30 ədəd sərnişin vaqonunun alınması nəzərdən keçirilir. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov bildirib.

"Bu marşrutun açılışı 2015-ci il üçün nəzərdə tutulur. İlkin olaraq bu istiqamətdə iki qatar hərəkət edəcək. Sonradan isə lokomotiv də qoşulacaq. Həmin marşrutun açılması istiqamətində hazırlıq işləri görülür. 4 ədəd elektrik yarımstansiyası tikilib. Digər enerji obyektlərinin tikintisi davam etdirilir. Bakı-Tbilisi-İstanbul qatarının sürəti saatda 120-140 km olacaq", - o əlavə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.