Bu gün 1 İyun - Ümumdünya Uşaqlar Günüdür. Bu təqvimdə Milli.Az axar.az-a istinadən uşaqlarımızla bağlı mühüm bir siyahını təqdim edir.
Bu siyahını "samizdat nağıllar" da adlandırmaq olar. Çünki həmin nağılların məzmunu və rəvayəti övladlarımızın psixoloji ovqatına mənfi təsir edə bilər.
Gəlin siyahı ilə tanış olaq:
Qarğa ilə Tülkü
Bu nağılı çoxumuz bilirik. Qarğa bir pendir tapar və ağaca qonaraq onu yeməyə başlayar. Tülkü isə hiyləgərlik edərək qarğanı aldadıb pendiri ondan oğurlayıb yeyir. Uşaqlara aldatmağın, oğurluğun pis bir şey olduğunu öyrətsək də, bu nağıl bunun gülməli və maraqlı bir şey olduğuna inandıracaq. Beyni inkişafda olan uşağın bu hekayədən aldığı dərs isə birini aldadaraq və yalan söyləyərək əlində nə varsa ala bilməkdir.
Avqust Böcəyi ilə Qarışqa
Bu nağıl uşaqların ağıllarını başlarından alan, onları qarışqa düşməni edən, yardımlaşmanın, bir-birinə dəstək olmanın pis bir şey olduğunu aşılayan bir hekayədir. Burada uşaqlarımıza çalışqanlığı, əməksevərliyi ilə nümunə göstərdiyimiz qarışqaların bir böcəyi işləmədiyi üçün ölümə tərk etmələrindən danışılır.
Qarışqaların necə zəhmətkeş bir heyvan olduğunu danışdığımız uşaqlar dediklərimizə deyil, bu nağıla daha çox inanacaq. Bu isə onda heyvanlara nifrət oyatmaqla yanaşı, həm də zəhmət çəkməyən insanın ölümə məhkum olduğuna inandıracaq. Bunu öyrənən uşaq yardımlaşmanı, çətin vəziyyətdə olanlara əl uzatmağı öyrənməyəcək. Nağıl kapitalist nizamı təlqin edən bir nağıldır. Sən də çalış sənin də qarnın doysun, yoxsa ölərsən!
Rapunzel
Nağllın elə əvvəlindən Rapunzelin atası cadugər bağçasından iki dəstə kahı götürdüyü üçün bunun qarşılığında körpə qızını cadugərə verir. Psixoloqlar deyirlər ki, ana və atanın iki dəstə kahı üçün övladından imtina etməsini uşağa izah etmək mümkün deyil. Bu onda təbii olaraq valideynə qarşı inamsızlıq yaradır. Nağılda cadugər qızı aldıqdan sonra bir qalaya həbs edir və saçlarını da illərlə kəsmir. Psixoloqlar deyir ki, uşaqların qaranlıqdan, tək qalmaqdan qorxmasına səbəb olacaq bu nağılın heç bir xeyirli tərəfi yoxdur.
Hansel ilə Qretel
Bu nağılın ümumiyyətlə uşaqlara öyrətdiyi müsbət keyfiyyətlərə malik bir şey yoxdur. Bəlkə də uşaqlar üçün qadağan edilməli bir nağıldır. Zalım ögey analar, qəddar atalar, adamyeyən cadugərlər bu nağılın əsas qəhrəmanlarıdır. Ögey ananın qəddarlığını haradasa başa düşmək olar. Bəs atanın öz övladlarını meşəyə atmasını uşağa necə izah etmək olar? Və ya tort və şirniyyatlarla böyüyən, olduqca kök olan Qreteli yeməyə çalışan cadugərin bir uşaq nağılında nə işi var? Uşağın o kiçik beyninə adamyeyənlik fikrini hələ uşaq yaşda salmağın hansı müsbət təsiri ola bilər ki?
Qırmızıpapaq qız
Ana sözü dinləməmək, nənə ilə qurd arasındakı fərqi anlamayacaq qədər axmaq olmaq, heyvanlara əziyyət vermək - hamısı bu nağılda var. Çoxumuzun əzbər bildiyi bu nağıldan çıxarılası bir dərs yoxdur. Nənəsi ilə canavarı ayıra bilməyən bir nəvənin sonra həmin canavarı meşəbəylərinin köməyi ilə öldürməsi uşağı eyvanları öldürməyin normal bir şey olduğuna inandırır. Psixoloqların fikrincə, belə nağıllar sonradan uşağın asosial psixopata çevrilməsinə səbəb olur.
Çirkin ördək balası
"... Son doğan bala digərlərinə heç bənzəmirdi ... çox çirkin idi". Xüsusilə evin sonbeşiyinə, sizcə, bu nağıl necə təsir edər? Bütün ferma, eləcə də ördəyin anası onu qəbul etmir və tək buraxır. Hətta onu yanlarına belə gəlməyə qoymurlar. Uşaqlara xarici gözəlliyin hər şeydən daha önəmli olduğu göstərən bu nağıl elə kiçik yaşlarından onlarda kifir olanların çıxdaş edilməli olduğunu göstərir. Bunun qorxusunu yaşadır ona. Nağılın sonunda çirkin ördək balası böyüyüb çox gözəl və cəlbedici olması da hər şeyin xarici gözəllikdən asılı olduğunu göstərir. Psixoloqların fikrincə, bu nağıl uşaqlarda, xüsusilə evin ən kiçiklərində, görünüşünə görə nisbətən fərlənən uşaqlarda "çirkinlik sindromu" yaradır.
Kibritçi qız
Bu nağıl qədər qəddar və kədərli ikinci uşaq nağılı bəlkə də hələ yazılmayıb. Soyuqda isinmək üçün balaca qızcığaz hər yandırdığı kibrit çöpü ilə sanki nağılı oxuyanın da ruhu yanır. Nağılın sonunda soyuqdan donmuş kibritçi qızın cəsədi isə ümumiyyətlə nağıl aləmində görülməmiş qəddarlıqdır. Sonunda acı, kədər, iztirab, ölüm olan bir uşaq nağılı ola bilərmi heç? Belə nağıllar uşaqları mənən zədələməkdən başqa bir işə yaramır.
Tülkü ilə Leylək
Türk qonaqpərvərliyi deyilən bir şey varsa, bu hekayə uşaqlarımıza bunun tam əksini təlqin edir. Evə gələn qonaq yemək yeməsin deyə hər cür hoqqabazlıq etməyi hansı valideyn uşağına öyrədir? Təbii ki, heç kəs. Ancaq bu nağıl uşaqlara qonağa qarşı hörmətsizliyi öyrədir. Nağılda Tülkü evinə qonaq gələn Leyləyə onun dimdiyinə uyğun olmayan dayaz qabda yemək verir. Növbəti gün isə Leylək onun evinə qonaq gələn Tülküyə uzun darboğaz qabda yemək təqdim edir. Uşağqlarımızın bu nağldan nə öyrənməsini gözləyirik ki? Evə gələn qonağı mümkün olduğunca evə ac yollamağımı?
Bəs sizcə, bu nağıllar bu qədərmi təhlükəlidir? Yoxsa nağılın mənası və təsiri onun təqdimatından asılır? Uşaqlarınızın ən sevdiyi nağıllar hansılardır? Şərhlərinizi gözləyirik.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Uşaqlar üçün təhlükəli nağıllar... - MÜZAKİRƏ
1 İyun 2014 18:55
1 Şərh
Baxış: 6 896

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Vəfa çətin anlar yaşadı, köməyə mühafizəçilər gəldi - VİDEO
-
Suriya bu əraziyə xüsusi təyinatlılar göndərəcək
-
Arif Əzizov vəfat etdi
-
Türkiyədə daha bir zəlzələ oldu
-
Tramp Azərbaycan və Ermənistanın sülh sazişindən DANIŞDI
-
Məşhur serial yayımdan qaldırıldı
-
Tezliklə sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR
-
Xatirə çimərlikdən FOTOlarını yaydı
-
“Kartofla zarafat etmək olmaz!” - Lukaşenko əsəbiləşdi - VİDEO
-
Bunları çayla qəti yemək olmaz!
-
Azərbaycanın ən çox qazanan 10 müğənnisi - İlk sırada ODUR
-
Hansı tarixlərdə doğulan insanlar dahi olurlar? – günlər AÇIQLANDI
-
Birdən səhnədən yoxa çıxan 5 məşhur ulduz
-
Əlixan Rəcəbovun xanımı ilə romantik anları - FOTOlar
-
Əşrəf Hakimi bu top modellə eşq yaşayır - FOTOlar
-
Heç kim bu yaşının olduğuna inanmır - FOTOlar
-
“Dedim ki, bu da özünü kişi hesab edir?”
-
Bu il 3-cü qrupda bəzi ixtisaslara qəbul balları arta bilər - VİDEO
-
Antalyada zəlzələ oldu
-
Lalə Məmmədovanın evi - VİDEO
-
Günün qoroskopu: Yazın, danışın, paylaşın
-
İlham Əliyevin Xocalı sakininin evində səmimi söhbəti - VİDEO
-
Faciəvi şəkildə ölən Kənanın FOTOsu
-
Bu binanın sakinləri qorxu içində yaşayırlar - VİDEO