Cəmiyyət

Tovuz rayonu üçün böyük təhlükə

28 May 2014 18:25
0 Şərh     Baxış: 1 767
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tovuzlular səviyyəsi qalxan Kür çayının kəndləri su altında qoyacağından narahatdırlar

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, son günlər Tovuza yağan güclü leysan yağışlar Kür çayının səviyyəsinin də qalxamasına səbəb olub. Kənd sakinləri bildirirlər ki, bir neçə gündür su çayın sahilə yaxın ərazilərinə də çatıb.

Kürdə iri ağac kötükləri də gözə dəyir ki, bu da çaya birləşən qolların dağlardan axıb gələn sel suları ilə birləşdiyini göstərir. Tovuzun Kür çayına yaxın Hunanlar və Əlimərdanlı kəndlərinin sakinlərinin sözlərinə görə, suyun səviyyəsi qalxdıqda daha çox əkin sahələri və biçənəklər məhv ola bilər. Lakin vəziyyət elə də təhlükəli həddə çatmayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.