Cəmiyyət

Sərhəddə ermənilərə göz dağı - VİDEO

22 May 2014 15:48
1 Şərh     Baxış: 911
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənilərin təxribatlarına baxmayaraq, Tərtərin Qapanlı kəndi yenidən qurulur. Kənd sakini Daşqın Əliyev deyir ki, magistral yoldan Qapanlıya kimi olan yola çınqıl döşənib, asflatlanmaya hazırlanır.

Milli.Az El TV-yə istinadən xəbər verir ki, Qapanlı sakinlərini narahat edən təsərrüfat suyu problemi də aradan qaldırılır. Kəndin içməli su ilə təmin olunması üçün də müvafiq işlər görülür. Hazırda Qapanlının əsas yollarında gecə işıqlandırma sistemləri qurulur. İşə məsul olan Akif Qəmbərov bildirir ki, işıqlandırma sisteminin qurulması yaxın günlər ərzində yekunlaşdırılacaq.

Xatırladaq ki, Qapanlı Tərtər rayonunun təmas xəttinə ən yaxın kəndidir. Kənddəki evlərlə ermənilərin nəzarət postu arasında 700-800 metr məsafə var.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.