Son zamanlar yerli sosial şəbəkələrdə bəzi şəxslər Mehdi inancı ilə bağlı şübhələr yayır, daha doğrusu, bu inancı kökündən rədd etməyə çalışırlar.
İlk öncə onu deyək ki, Mehdi inancı yalnız şiə məzhəbinə deyil, bütünlükdə İslam dininə aid olan bir məsələdir. Hətta təkcə müsəlmanlar deyil, sair dinlərin ardıcılları da dünyanın sonuna yaxın, zülm ərşə dayanacağı zaman bir nəfərin zühur edərək, ilahi ədaləti bərpa edəcəyinə inanırlar. Mehdi inancı fərqli formalarda həm yəhudilik və xristianlıqda, həm də zərdüştilik və manilikdə mövcuddur. Hətta babilik adlı azğın cərəyanın banisi də bir vaxtlar özünü mehdi adlandırmışdı. Tarix mehdilik iddiasında olan və bunu öz siyasi məqsədləri üçün alətə çevirən çox adama şahid olub. Bu, onu göstərir ki, hətta batil və sapıq əqidə sahibləri belə, bir xilaskarın mövcudluğunu qəbul etmiş, özlərində həmin xilaskarı tapmağa çalışmışlar.
Mehdi inancındakı fərqlər Mehdinin şəxsiyyəti problemi ilə bağlıdır. Məsələn, xristianlar Həzrət İsa Məsihin (ə) ikinci gəlişinə, şər təzahürü olan anti-məsihlə mübarizəsinə və qələbəsinə inanırlar. İslamın əhli-sünnə məzhəbi baxımından, Mehdi Həzrət Fatimənin (ə) nəslindən, İmam Həsənin (ə) soyundandır və dünyanın sonuna yaxın doğulacaq, normal ömür yaşayaraq zühur edəcək. Şiələr isə o həzrəti XI imam Həzsən Əsgərinin (ə) oğlu olaraq qəbul edir, qeyb halında diri olduğuna inanırlar.
Mehdi inancına qarşı səlib yürüşü elan edənlərin arqumentləri o qədər əsassız və zəifdir ki, onlara elə öz səviyyələrində cavab verməyi qərara aldıq. Mehdinin gəlişini inkar edənlərin əsas sözü budur: "Mehdi niyə zühur etməlidir ki? Məgər o, Həzrət Mühəmməd Peyğəmbərin (s) bacarmadığı bir işi edəcək? Məgər Mehdi son peyğəmbərdən daha bacarıqlı və daha üstündür?"
Əvvəla, mehdi inancını qəbul edən heç kim onu peyğəmbər hesab etmir. İkincisi, əgər bu məntiqlə düşünsək, peyğəmbərlərin göndərilməsinə də ehtiyac olmaz. Əgər insanları hidayət edən Allahdırsa, niyə onlara peyğəmbərlər göndərib? Peyğəmbərlər Allahın edə bilmədiyi, bacarmadığı nəyi ediblər? Məgər Allah insanlara peyğəmbərlər göndərmədən onları doğru yola çəkə bilməzmi? Əgər peyğəmbərlərin vəzifəsi yalnız vəhyi təbliğ etməkdirsə, Allah hər xalq üçün səmadan bir kitab atıb deyə bilməzdimi ki, özünüz oxuyun? Yaxud hər kəsin şüuruna həmin səmavi kitabın mətnini həkk edə bilməzdimi? Deməli, burada müəyyən şərait və qanunauyğunluq daxilində həyata keçirilən missiyadan söhbət gedir. Allah hər bir hadisəni və prosesi müəyyən qanun-qaydaların, şərtlərin, hazırlıq və nəticələrin vasitəsilə həyata keçirir. Həzrət Mehdinin (ə) də öz şəraiti, öz missiyası və öz metodları olacaq.
İnkarçıların irəli sürdüyü ikinci irad budur ki, Mehdinin (ə) qeybdə olmasının ümmətə nə faydası var ki? İmam qeybdədirsə, gözlərdən gizlidirsə, ümmət ondan necə bəhrələnə bilər? Bu iddianın da cavabını çox sadə şəkildə vermək olar. Əgər söhbət məsum şəxsin bütün problemləri aradan qaldırmasından gedirsə, 13 məsum tam aşkar şəkildə fəaliyyət göstərdikləri halda məgər zülmün və şərin kökünü bütövlükdə kəsə bildilərmi? Əgər şərait uyğun deyilsə, maneələr həddən artıq çoxdursa, tam müsbət nəticəni gözləmək olarmı? Yox, əgər söhbət ümmətlə məsumun rabitəsinin məhdudluğundan gedirsə, bu halda da qəbul etməliyik ki, qalan 13 məsumun ümmətlə əlaqəsi heç də maneəsiz olmamışdır. Onların əksəriyyəti ciddi nəzarət altında, hətta həbsdə yaşamışlar. İmamlar kənar məntəqələrdə yaşayan tərəfdarları ilə bir qayda olaraq öz nümayəndələri və naibləri vasitəsi ilə əlaqə saxlayırdılar. Qeybət dövründə də İmam Mehdinin (ə) naibləri müctəhidlərdir. Bunun sübutu isə o həzrətin özünün: "Qarşınıza çıxan hadisələr zamanı hədislərimizi söyləyən rəvayətçilərə müraciət edin", - kəlamıdır. Bu mübarək kəlamda Quran ayələri və məsumların hədisləri əsasında hökm verən müctəhidlər nəzərdə tutulur.
Sonda qeyd edirik ki, mehdəviyyət mövzusunda çaşqınlığa düşmüş şəxslər daha başqa iddialar da irəli sürürlər ki, onların da əsası zəif, rəddi asandır.
İslam.az    
    
    
    
    
    Cəmiyyət
    
        
                VTB-də yüksək depozit faizleri daha çox qazandırır
                
        
    
        
    
    
    
    
    
    
        
    
    
    
    
    
    
        
            
        
        
            
            
        
    
    
    
        
                
        
            
        
            
        
        
            
        
    
    
    
        
    
    
    
            
    
    
    
        
    
    
Mehdi barədə bəzi şübhələrə primitiv cavablar
13 Aprel 2015 18:58
    
                    3 Şərh    
                Baxış: 2 882    
    
            
        
                VTB-də yüksək depozit faizleri daha çox qazandırır
                
        
    
        
    
    
    
    
    DİGƏR XƏBƏRLƏR
- 
                
                    
                    Məktəblərdə payız tətilinin vaxtı açıqlandı
                
             - 
                
                    
                    19 yaşlı 3 uşaq anası xərçəngdən öldü - VİDEO
                
             - 
                
                    
                    Parada görə avtobusların hərəkətində dəyişiklik edildi - SİYAHI
                
             - 
                
                    
                    Toy günü oğlan evinin döşəməsi ÇÖKDÜ - VİDEO
                
             - 
                
                    
                    “Smart-kart” tipli qaz sayğacları niyə dəyişdirilir? - AÇIQLAMA
                
             - 
                
                    
                    Saleh Novruzi və komandasına hökm oxundu - 9 il şərti cəza - FOTO
                
             
XƏBƏR LENTİ
- 
                
                    
                    50 yaşlı kişi xaricdən gəlib 17 yaşlı qızı qaçırdı - FOTO
                
             - 
                
                    
                    Pərvinin külli miqdarda pulu OĞURLANDI
                
             - 
                
                    
                    Serdar Kılıçdan erməni nazir müavininə bahalı hədiyyə
                
             - 
                
                    
                    ABŞ-nin keçmiş vitse-prezidenti öldü
                
             - 
                
                    
                    Dövlətə xəyanətdə təqsirləndirilənin işi başladı - Bakı Hərbi Məhkəməsində
                
             - 
                
                    
                    Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilib - FOTO
                
             - 
                
                    
                    Səudiyyə Ərəbistanı Krallığının Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
                
             - 
                
                    
                    Bir ekosistemindən ticarət sənayesinin inkişafı üçün daha bir addım
                
             - 
                
                    
                    Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib
                
             - 
                
                    
                    Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Özbəkistana səfərə dəvət edib
                
             - 
                
                    
                    Sağlamlıqla sınağa çəkilən məşhurlar – SİYAHI
                
             - 
                
                    
                    Pakistan dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
                
             - 
                
                    
                    Somali sahillərində İran gəmisi ələ keçirildi
                
             - 
                
                    
                    Şavkat Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
                
             - 
                
                    
                    Məktəblərdə payız tətilinin vaxtı açıqlandı
                
             - 
                
                    
                    Azərbaycanda “Məhkəmə Ekspertizası” informasiya sistemi yaradılıb
                
             - 
                
                    
                    Bu şəxslər işdən çıxarıla bilər
                
             - 
                
                    
                    Prezident Pakistanda "ASAN xidmət" təcrübəsinin tətbiqi ilə bağlı Sazişi təsdiqləyib
                
             - 
                
                    
                    Azərbaycanla BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi təsdiqlənib
                
             - 
                
                    
                    Hərbi təyyarə qəzaya uğradı - Heyətdən xəbər yoxdur...
                
             - 
                
                    
                    19 yaşlı 3 uşaq anası xərçəngdən öldü - VİDEO
                
             - 
                
                    
                    “Yanlış səslənən fikirlər cavabsız qalmamalıdır” - Nazirdən deputata irad
                
             - 
                
                    
                    Ertem Şener Bakıya gəldi - FOTO
                
             - 
                
                    
                    Bu məktəbin bufetində qadağan olunmuş məhsullar satılır
                
             
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        




