Cəmiyyət

Qanunsuz işləyən mollaları çətin günlər gözləyir

9 Aprel 2015 22:58
0 Şərh     Baxış: 1 378
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qəbiristanlıqlarla qanunsuz fəaliyyət göstərən mollalara qarşı mübarizə gücləndiriləcək. Bundan başqa yeni qəbiristanlıqların salınması da gündəmdədir.

Məlumata görə, yeniliklərin təfərrüatlarını "Xəzər" TV-yə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açıqlayıb.

Reportajda bildirilir: "Özünə molla deyir, ancaq fəaliyyət göstərməsi üçün heç bir sənədi olmamağı bir yana, hətta kameraya da əl atmaqdan çəkinmir.

Molla kimi fəaliyyət göstərən başqa biri isə belə səbəblər səsləndirir. Heç bir dini təhsili olmayan, hətta oxuduqları da yanlış olan bu insanlara qarşı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi mübarizə tədbirlərini gücləndirəcək. Komitənin sədri Mübariz Qurbanlı vətəndaşların da tələbkar olmasının vacibliyinə diqqət çəkir".

Komitə sədri yeni yaradılacaq qəbiristanlıqlardan da danışıb. Bəs qəbiristanlıqlarla bağlı yeni qanun qəbul ediləndən sonra köhnə qəbirlərin aqibəti necə olacaq?

M.Qurbanlı deyib ki, qəbiristanlıqlarla bağlı yeni qaydalar hökumətə təqdim edilib və müvafiq rəylər alınıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.