Azərbaycanda ali məktəblərin ödənişli ixtisaslarında təhsil alan bəzi tələbələr üçün yeni imkanlar yaradılacaq.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanda aztəminatlı ailələrin dövlət ali məktəblərinin ödənişli ixtisaslarında təhsil alan övladlarına təhsil haqlarını ödəyə bilmələri üçün təhsil qrantları və kreditləri veriləcək.
Bunda məqsəd aztəminatlı ailələrdən olan tələbələrin təhsil almaq imkanlarını artırmaq və stimullaşdırmaqdır.
Artıq Təhsil Nazirliyi tərəfindən təhsil qrantları və kreditlərinin verilməsi mexanizminin hazırlanmasına başlanılıb.
Təhsil qrant və kreditlərinin verilməsi üçün tələbələrin təhsildə göstərdikləri akademik nailiyyətlər əsas götürüləcək. Bu imkandan istifadə etmək istəyən tələbə ən yüksək akademik göstəriclərə malik olmalıdır. Təhsil qrant və kreditlərinin tələbələrə II kursdan verilməsi planlaşdırılır.
Təhsil Nazirliyi bu yeniliyi növbəti akademik ildən başlayaraq pilot şəkildə öz imkanları hesabına həyata keçirməyi nəzərdə tutur. Layihə uğurlu olduğu halda bununla bağlı müvafiq dövlət proqramı hazırlanacaq.
Təhsil qrant və kreditlərinin verilməsi mexanizmi hazır olduqdan sonra bu barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.
Qeyd edək ki, hazırda Azərbaycanda 51 ali məktəb var ki, onların da 36-sı dövlət, 15-i özəl təhsil müəssisəsidir.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ödənişli təhsil alan tələbələrə şad xəbər
22 Aprel 2014 10:29
0 Şərh
Baxış: 4 207

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Səssizliyin içində həqiqəti eşidə biləcəksiniz
-
Sahibkarların NƏZƏRİNƏ: Cərimələnə bilərsiz
-
Bakıda şirkət işçisi keçmiş arvadını hoteldə güllələdi
-
Elçiliyə gələn bəyin hərəkətləri QINANDI - VİDEO
-
Elgünün ölümündən əvvəl son VİDEOsu
-
Azərbaycanda ağlasığmaz ELANLAR: 3 manata ər tapırlar
XƏBƏR LENTİ
-
Yeməkdən dərhal sonra yarım stəkan için - Dəyişimə inanmayacaqsınız
-
"Europa Clipper" Marsı görüntülədi – Qəribə görüntü alimləri təəccübləndirdi
-
370 milyon illik möcüzə: Amfibiyalar yoxa çıxmaq təhlükəsi ilə üz-üzə
-
Əsnəyərkən niyə "ağlayırıq"? - Maraqlı səbəblər və elmi izah
-
Yuxunuzu ərşə çəkin: Çox yatmağın ZƏRƏRLƏRİ
-
Çin maşınlarının mühərriklərində yaranan ciddi PROBLEMLƏR
-
Bu saqqız virusları yox edəcək
-
Soğan doğrayarkən ağlamamaq mümkündür
-
Faydalı kimi təqdim edilən 4 zərərli MƏHSUL
-
Rusiyada bəzi ekzotik heyvanların evdə saxlanması qadağan edildi
-
Arzulanan qadın olmağın yolları
-
“Gərək “voopşe”, “tak çto”, “znaçit” sözlərini də lüğətə salaq”
-
Vanqanın 2025-ci ilə dair ən dəhşətli proqnozlarından biri gerçəkləşə bilər
-
Günün qoroskopu: Səssizliyin içində həqiqəti eşidə biləcəksiniz
-
“Qarabağ”a Juninyo ilə bağlı xoş xəbər
-
Qənirə Paşayevanın büstü hazırlandı - FOTO
-
Neymar karyerasını harada başa vuracaq?
-
Elgünün dayısı: "Xahiş edirəm belə halların qarşısı alınsın"
-
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
-
Tramp Zelenskini alverçi adlandırdı
-
Mingəçevirdə ağır qəza - Yaralılar var
-
İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı
-
Finlandiyada helikopterlər toqquşdu - ölənlər var
-
Arda Gülərin "Qalatasaray"a cavabı gündəm oldu