"Azərbaycanda təyyarələrin və vertolyotların texniki vəziyyətinin uçuşdan qabaq küylərin analizi əsasında monitorinqi sistemi yaradılır.
İxtiranın əsasında uçuşdan qabaq texniki vəziyyəti analiz etməyə və mümkün ola biləcək qəzaları aşkar etməyə imkan verən bu sistem təyyarə qəzalarının proqnozunu verməklə onların qarşısını almağa kömək edəcək".
Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev məlumat verib.
Onun sözlərinə görə, institutun yeni texnologiyaları qəzaların gizli sistemini aşkar etməyə imkan verir: "Hazırda ölkədə təyyarələrdə qəzaların gizli sistemini aşkar etməyə imkan verən sistem hazırda yoxdur. Əgər olsaydı, yerdə bu barədə məlumat əldə edilərdi və səmada qəza olmazdı. Hələlik yeni ixtiranın eksperimenti təyyarələrdə edilib, amma bunu böyük həcmdə etmək imkanı olmayıb. Amma kompressor stansiyalarında bunlar təcrübədən keçirilib. Kompressor stansiyası da öz qəzasına görə təhlükəli bir obyektdir. Artıq Heydər Əliyev adına Neft Emalı Zavodunun 5 nömrəli sexində kompressorda bu sistem quraşdırılıb. Sistem hər bir qəzanın gizli dövrünü 10-15 saat öncədən göstərir və o təmir edilir. Bununla da həmin obyekt qəzasız idarə olunur. Görülən işlər göstərir ki, gələcəkdə təyyarələrdə, vertolyotlarda, hətta hərbi texnikada, tanklarda bu texnologiyanı tətbiq edərək yaxşı nəticələr almaq mümkündür".
T.Əliyev qeyd edib ki, Milli Aviasiya Akademiyası ilə təyyarələrdə belə bir eksperimenti aparmaq planlaşdırılır. Akademiyanın rektoru Arif Paşayevin bu sahəni yaxşı bilən fiziklərdən olduğunu deyən institut direktoru əlavə edib ki, o da bu işə böyük əhəmiyyət verir. Onun sözlərinə görə, orada hələlik bir seysmo-akustik stansiya yaradılır və orada bu texnologiya yoxlanacaq: "Başqa stansiyaların da orada yaradılması planlaşdırılır. Bu da gələcəkdə həm aviasiya, həm də başqa hərbi texnikada istifadə edilməsi üçün çox ciddi məsələdir".
Qeyd edək ki, yeni sistemə əsasən təyyarələrin uçuşlarından qabaq onların əvvəldən müəyyən edilmiş hissələrində vericilər yerləşdirilir və onlardan alınan siqnalların yüksək tezlikli spektrləri analiz olunaraq mikrodefektləri aşkar etməyə imkan verir. Bu da təyyarədə mümkün ola biləcək qəzaları müəyyənləşdirir.
Milli.Az
Cəmiyyət
Azərbaycanda təyyarə, vertolyot və hərbi texnikada qəzanın baş verə biləcəyini əvvəldən müəyyən etmək mümkün olacaq
3 Aprel 2014 14:58
0 Şərh
Baxış: 824
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Ağır fiziki işi unudun
- Uşaq evindən qaçıb küçədə yaşayan uşaq: "Bizi döyürlər, quru çörək verirlər" - VİDEO
- Günün qoroskopu: Sizinlə maraqlanan insan var
- Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
- Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib - FOTO
- İflic AXCP-də son cəhd: Əli Kərimlinin istefası istənilir
XƏBƏR LENTİ
- 66 yaşlı Şeron Stoun çimərlik geyimində - VİDEO
- 42 yaşlı Priyanka "yandırıb-yaxdı" - FOTO
- “YouTube”da reklamlar daha da artacaq
- Bakıda məktəb heç bir səbəb göstərilmədən BAĞLANIR? - AÇIQLAMA
- Payızda geyinə biləcəyiniz dəbli jaketlər - FOTOlar
- İrəvan Bakı və Tiflisdən daha təhlükəsizmiş – Numbeo
- Bryanska kütləvi PUA hücumu: Rusiya HHM-lər işə düşdü
- ABŞ Ukraynaya 375 milyon dollarlıq yardım ayırır
- Qarabağda qarşılaşdığımız mənzərə dəhşətlidir - Bianki
- Xalq artisti dəniz kənarında belə görüntüləndi - VİDEO
- BMT-dən İsrail və Livana çağırış!
- İsraildən açıqlama: İstənilən ssenariyə hazırıq!
- Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - Xəbərdarlıq
- Elza AYB-yə çağırıldı: Anar xəbərdarlıq etdi
- Günün qoroskopu: Ağır fiziki işi unudun
- Polis rəisi hakimi öz otağında qətlə yetirdi
- Biləsuvarda GES-in tikintisinə 100 milyon dollar ayrılacaq
- Qazaxıstan Azərbaycana bu məhsulun tədarükünü artırmaq istəyir
- Bakıda 16 mərtəbəli binada yanğın: sakinlər təcili təxliyə edildi - FOTO
- Ağdamdakı zavod ildə 510 min cüt ayaqqabı istehsal edəcək - FOTOlar
- Uşağın başına bit düşüb? - Təbii yolla xilas üsulu açıqlandı
- Azərbaycanda abortla bağlı dəhşətli statistika: Əksəriyyəti gəncdir
- Ağdam Sənaye Parkında ölkədə ilk dəfə elektromobillərin şarj cihazları istehsal olunacaq - FOTOlar
- İordaniya əsrlərdir insanları qorxuda saxlayan təhlükəli xəstəlikdən xilas olan ilk ölkə oldu