Sürücülərin yol nişanları "allergiyası"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avtomobil idarə edən hər bir sürücü yol nişanlarını əzbər bilməlidir. Hətta bəzi nişanları tanımaq mütləqdir. Xüsusən böyük şəhərlərdə, məsələn, elə paytaxtımızda bəzən yol nişanları çox olduğundan səriştəsiz sürücülər çaş-baş qalırlar. Amma elə rayonlarımızda bəzən sürücülər yol nişanları ilə işləmək istəmirlər. Ya mənasını bilmirlər, ya da əhəmiyyət vermirlər. Milli.Az Kanal S-ə istinadən Şəkidə bu cür vəziyyətlərin yaşandığı yollardan xəbər verəcək.
Salman Mümtaz küçəsi, Qoxmuq körpüsü ilə Heydər Əliyev prospektinin kəsişməsi Şəkidə sürücüləri çaş-baş qoyan yollardandır. Əlbəttə, yol hərəkəti qaydlarından az-çox anlayışı olanlarlar üçün yox. Çünki dairəvi yolda hərəkət qaydası bəllidir. Xüsusən də dairəvi yol nişanı olduğu halda, yol dairədə hərəkət edən sürücüyə verilməlidir. Ancaq bəzi sürücülər dairəyə girdikdən sonra Salman Mümtaz və Qoxmuq körpüsü istiqamətindən gələn avtomobilləri irəli buraxırlar. Əlbəttə, sürücülərin adət etdiyi "sağdan gələni buraxmaq" qaydası dairəvi yol nişanı olan yollarda öz mahiyyətini itirir. Sürücülərin səriştəsizliyi isə elə çəkiliş zamanı da özünü göstərdi.
Şəkinin Məmməd Əmin Rəsulzadə küçəsi ilə Axundov Prospektinin kəsişdiyi ərazidə də bu cür problem yaşanır. Belə ki, Məmməd Əmin Rəsulzadə küçəsi tərəfdən Azadlıq meydanına giriş qadağandır. Burada yolun hər iki tərəfində istiqamətin məcburi düzünə və girişin qadağan olmasını göstərən nişanlar da var. Ancaq buna baxmayaraq, bəzi sürücülər bu nişanları yenə görməzdən gəlir. Analoji hal Şəki Polis Şöbəsinin qarşısında da yaşanır. İdarənin qarşısından keçən yolun hər bir başına "giriş qadağandır" nişanı qoyulmasına baxmayaraq əksər sürücülər buna fikir vermirlər. Görünür, nişanlara riayət etmədən avtomobil idarə etmək sürücülər üçün daha əlverişlidir. Ancaq unutmaq lazım deyil ki, bu nişanları məhz sizin və piyadaların təhlükəsizliyi üçün qoyublar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu resepti bilənlər artıq dondurma almır
-
Mərkəzi yoldakı keçidin eskalatorları işləmir - VİDEO
-
Vurulan gəmidə sağ qalan azərbaycanlı danışdı
-
Bakıda yanacaqdoldurma məntəqəsində ÖLÜM
-
Gəmidə həlak olan azərbaycanlının qardaşı: "Ağır xəbəri dostu mənə çatdırdı" - YENİLƏNİB
-
Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir
XƏBƏR LENTİ
-
Bu resepti bilənlər artıq dondurma almır
-
Kilosu 10 manata olan kartof - Batat hansı xəstəliklərdə faydalıdır?
-
Cistka trendinə aldanmayın: Prosedurun riskləri də az deyil
-
Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər
-
Ozan Akbaba həyat yoldaşı ilə - FOTO
-
Mərkəzi yoldakı keçidin eskalatorları işləmir - VİDEO
-
Yazılan mesajlar yoxa çıxacaq - “WhatsApp”dan YENİ FUNKSİYA
-
Nigar Camal tələbəlik illərinə qayıtdı – FOTO
-
Günün qoroskopu: Köhnə borcları bağlamaq zamanıdır
-
Azərbaycan millisi Maltaya məğlub olub - YENİLƏNİB
-
Test nəticəsi müsbət çıxdı, serialdan qovulacaq?
-
Yamal İspaniya çempionatının ən yaxşı futbolçusu seçildi
-
Vurulan gəmidə sağ qalan azərbaycanlı danışdı
-
Millimiz dünya çempionatının 1/4 finalında
-
Bakıda yanacaqdoldurma məntəqəsində ÖLÜM
-
"Stresə düşdüm, ağladım"
-
“Sonuncu dəfə danışanda dedi ki...” - Azovda həlak olan Rəcəbin atası
-
Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
-
Zelenski: Rusiya yenidən müharibəni seçdi
-
Türkiyə gəmisinə hücum - ölən və yaralananlar var
-
Bürcünə görə səni ən yaxşı əks etdirən şəhər məlum oldu
-
Putin: Rusiya İrana heç bir silah tədarük etməyib
-
Sadıq Sadıqov vəfat edib
-
Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib





