İnsanlar istifadə etmədiyi bir xidmətə görə ödəniş etməyə etiraz edir. Milli.Az-a müraciət edən oxucu yazır ki, istifadə etmədiyi işıq, qaz, su və sair xidmətə pul ödəmir, amma illərlə danışmadığı telefon üçün hər ay pul xərcləmək məcburiyyətindədir:
"Biz Rusiyada yaşayırıq, amma Bakıda evimiz var. İl ərzində bir dəfə Bakıya gəlirik. Hər dəfə gələndə isə abunə haqqını ödəmədiyimizə görə nömrəmizin başqasına verildiyinin şahidi oluruq. Abunə haqqını ödəmədiyimizə görə nömrəmiz başqasına verilir. Axı danışmadığım telefona görə niyə pul ödəməliyəm? Necə etməliyik ki, evdə olmayanda, danışmayanda telefon haqqı ödəməyək?"
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev Milli.Az-a açıqlamasında bildirdi ki, Azərbaycanda limitsiz və vaxtlı olmaqla iki ödəniş sistemi var.
Direktor müavininin sözlərinə görə, vaxtlı ödəniş sistemində mobil istiqamətlərə, rayon və şəhərlərə zəng edilən zaman istifadəyə görə tətbiq olunur və pul ödənilir. Aylıq abunə haqqı isə limitsiz tətbiq olunur.
"Əvvəllər bir neçə dəfə təklif verdik ki, limitsiz ödəniş də vaxtlı ödənişə keçsin. Abonent danışdığı hər dəqiqəyə görə ödəniş etsin. Bu, böyük narazılıq yaratdı. Abonentlər ev telefonu ilə iki ödəniş sistemi edir. Lokal şəbəkədə bir ay ərzində limitsiz danışıq üçün 2 manat 50 qəpik, şəhərlərarası danışıq üçün ödənişin dəqiqəsi 5, beynəlxalq danışıq üçün isə 32 qəpikdir. Bu, beynləqxlaq standartır. Biz, sadəcə, qiyməti təyin edirik. Rusiyada aylıq abunə haqqı bizim pula çevirəndə 16 manatdır, bizdə 2 manat 50 qəpikdir. Elə adam var illərlə evinə gəlmir, ayda pulunu ödəyir".
Direktor müavini deyir ki, kim telefon haqqını aylıq vermək istəmirsə, ödənişin vaxta görə edilməsi üçün məktubla müraciət etsin: "Bundan sonra ödənişi vaxta görə etsin. Vaxta görə ödəniş sistemini isə Tarif Şurası tətbiq edir. Lokal şəbəkədə bir aylıq 5 və ya 100 dəqiqədə danışmaq olar, heç danışmamaq da".
X.Kişiyev abonentlərin nəzərinə çatdırdı ki, telefon rabitə istifadəsi qaydalarına görə 3 ay telefon haqqı ödənilməzsə, telefon müqaviləsinə xitam verilir.
Anar Məmmədov
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Aylıq telefon xərcindən necə azad olmaq olar?
7 Fevral 2014 01:30
4 Şərh
Baxış: 9 573

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyə Superliqasında heyəti ən bahalı olan klubların siyahısı
-
Xosrov azadlığa buraxıldı - VİDEO
-
Mərhum əməkdar artistin qızı - Nənəm və xalam razı olmadılar ki... - VİDEO
-
Türkiyə millisi 10 nəfərlə Gürcüstana qalib gəldi
-
Tanınmış aparıcı efirə qayıtdı - FOTO
-
“Hacı xanım” məhlədə hamını şantaj edir” - Video
-
Rusiya Federal Vergi Xidməti Hüseyn Həsənovla bağlı qərar verdi
-
Türkan Şoray şəxsi həyatı ilə bağlı şok faktı öz kitabında etiraf etdi - "Mən də..."
-
Əfqanıstanda güclü zəlzələ oldu
-
"Hyundai"inin işçiləri tətil etdi - İş saatları azaldılsın
-
Vəfa Şərifovanı təhqir edən qadın məhkum olundu
-
5 min nəfərlik kənd uzun illərdir susuz qalıb
-
Rəşad Xalq artisti olan xalası və qızı ilə - FOTOlar
-
Bu yeməyi soyuducuda 5 gün saxlamaq olar - Açıqlama
-
Rusiya qəzaya uğrayan təyyarəyə görə kompensasiya ÖDƏYİB
-
Putindən Peskova: "Tənbəl" işləmək istəmir
-
Qızılı görün necə gizlədib qaçmaq istəyirdi
-
Madat Babayan xüsusi qəddarlığı ilə seçilən Ermənistan silahlı qüvvələrinin bəzi hərbçilərinin adlarını açıqlayıb - məhkəmə -FOTO
-
Bakıda toy yasa döndü - oğlan faciəvi şəkildə öldü
-
Baləlinin Rəşad Dağlı ilə həbsxanadan görüntüsü yayıldı - FOTO
-
Neymara bir milyon dollarlıq miras qoydu - FOTO
-
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB
-
Sabah bu ərazilərdə qaz kəsiləcək - YENİLƏNİB
-
Damla üzünə həsrət qaldığı oğluna qovuşdu -