Qadınların zorakılığa məruz qalması ilə bağlı məsələ daim cəmiyyətin müzakirə mövzusu olub. Yaxın zamanlarda Azərbaycan parlamentində də bu yöndə qanunun qəbul olunacağı gözlənilir. Ancaq unutmaq lazım deyil ki, qadınlar da az aşın duzu deyillər. Milli.az-ın cəmiyyətin tanınmış xanımları arasında apardığı sorğu kimlərin kişilərə zor tətbiq etdiyini üzə çıxardı.
Zəminə Əliqızı peşəkar karateçidi
Yəqin ki, bu yazını oxuyandan sonra hər kəs Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızıya yaxınlaşmağa tərəddüd edəcək. Allah, Allah, bu xanımın canında nələr varmış?! Peşəkar karateci! Zəminə xanım məhz bu üstünlüyündən yararlanaraq bir nəfəri xurd-xəşil edib. Amma sonradan məlum olub ki, həmin şəxsin heç bir günahı yoxmuş. Hadisə barədə Zəminə xanımın dilindən oxuyaq: "Tələb vaxtı dərsdən çıxıb evə gedərkən çantamı oğurlayıb qaçdılar. Bu hadisədən sonra yaman qorxmuşdum. Bundan sonra gördüm ki, özümü müdafiə etmək üçün nəsə etməliyəm. Qonşumuz olan bir oğlan mənə idmanla məşğul olmağı məsləhət gördü. Beləcə karate bölümünə yazıldım və Süleyman müəllimin tələbəsi oldum.
Üstündən 2 il keçəndən sonra kimsə məni arxadan itələdi və elə bildim ki, yenə də çantmaı oğurlayırlar. İstər-istəməz karate fəndlərindən birini işə saldım və həmin adam 2-3 metr məsafəyə uçdu. Amma sonra aydınlaşdı ki, heç o yazığın günahı yoxmuş, onu da kimsə itələyib və özünü saxlaya bilməyərək mənə toxunub".
Zəminə xanım hesab edir ki, qadın zorakılıqlarının azalması insanların təhsilinin səviyyəsinin artmasından birbaşa aslıdır: "Sizi əmin edirəm, Azərbaycan qadınlarının təhsilə və savada yiyələnməsi cəmiyyətimizin sağlam olmasını şərtləndirən əsas amildir. Təhsilli və savadlı qadınların çox olması cəmiyyətdəki zorakılıqların sayının azılmasına gətirib çıxaracq".
Aynur Camalqızını hirsləndirən olmayıb
"Qadın
kişiyə o vaxt zor tətbiq edir ki, ona qarşı edilən haqzıslıqlar və
işgəncələr dözülməz hala çatır". Millət vəkili Aynur Camalqızı dedi bu
fikri. Amma Aynur xanım indiyə qədər kiməsə zor tətbiq etməyib: "Nə
orta məktəbədə oxuduğum vaxtlar, nə tələbəlik illərində, nə də sonralar
belə situasiya ilə üzləşməmişəm. Qadınlar yalnız dözülməz vəziyyət
yarandıqda zora əl atırlar. Çox təəssüf edirəm ki, son zamanlar belə
hallar bir qədər çoxalıb. Bunu statistik göstəricilər də sübut edir.
Heç bir qadın adi bir iş üstündə kiməsə zor tətbiq etməz".
Kifayət Qasımova xariciləri yerə sərib
Azərbaycanın ən titulu qadın cüdoçusu, ikiqat Avropa çempionu Kifayət Qasımova da idmançı bacarığından yararlanaraq kişilərə yerini göstərib. Amma Kifayət xanım belə situasiya ilə xaricdə üzləşib: "Belarusiyada təlim-məşq toplanışında idik. Türkiyədən gəlmiş qadın idmançılarla birgə şəhəri gəzirdik. Sərxoş olan bir-neçə şəxs bizə söz atdı. Təbii ki, belə məqamda öyrəndiyimiz fəndləri işə saldıq. Yerə sərilmiş həmin şəxslər dərhal vəziyyətin kiritik olduğunu anlayıb, aradan çıxdılar. Ancaq Azərbaycanda heç vaxt belə halla üzləşməmişəm. İdmançı olduğumuz bilib, bizə həmişə hörmət və sayğı ilə yanaşıblar".
Xoşqədəm Hidayətqızı ya qorxaqdı, ya da...
"Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı indiyə qədər kiməsə zor tətbiq etdiyni xatırlamır: "Tam səmimi deyirəm, heç uşaq yaşlarımda da belə halla üzləşməmişəm. Hesab edirəm ki, kiməsə zor tətbiq etmək yolverilməzdir. Hər şeyi sözlə izah etməyin mümkün olduğu məqamda, zora əl atmaq düzgün deyil. İndiyə qədər kiməsə zor tətbiq etməməyimi iki məqamla izah etmək olar - görünür ya həddindən artıq qorxağam, ya da içimdəki insan sevgisi böyükdür".
Flora Kərimova: "Əlinə nə keçdisə, vızıldat onun təpəsinə"
Bir il bundan əvvəl öz həmkarı, xalq artisti Faiq Ağayevə sillə ilişdirən xalq artistimiz Flora Kərimova görünür, bunu döymək hesab eləmir. Flora xanım deyir ki, onu hələki zor tətbiq etmək həddinə çatdırmayıblar: "Düzü, indiyə qədər hansısa kişini döyməmişəm. Çünki bu şəraiti yaradacaq vəziyyətlə üzləşməmişəm, kimsə məni bu həddə çatdırmayıb. Amma kişilərə zor tətbiq edən xanımları da qınamıram. Qadın yalnız dözülməz həddə çatdırıldıqda belə üsula əl atır. Əgər sən kişini sözlə başa sala bilmirsənsə, onun təhqir və işgəncələri həddini aşırsa, onda əlinə nə keçirsə vızıldat onun təpəsinə. Beləsi döyülməyə layiqdi!"
Arzu Abdullayeva rəfiqəsini qorumaq üçün zora əl atıb
Hüquq müdafiəçisi Arzu Abdullayevə sakit xarakterə malik olsa da, bir neçə dəfə kişilərə zor tətbiq edib: "Belə hadisələr orta məktəbdə oxuduğum vaxtlarda olub. Mən 3 qardaşın tək bacıçsı olmuşam. Qardaşlarım idmanla məşğul olduqlarından özümü müdafiə etmək üçün mənə də bəzi fəndləri öyrədirdilər. Məsələn, bir dəfə məktəbdən qayıdarkən gördüm ki, yeniyetmə birsi mənimlə bir sinifdə oxuyan rəfiqəmi bıçaqla hədələyərək, ondan nəsə tələb edir. Bu yazıq da qorxusundan büzüşərək, divara qısılmışdı. Onlara yaxınlaşdım, oğlanın biləyindən yapışıb qəfil fənd işlətdim, bıçaq əlindən yerə düşdü. Həmin oğlanı da məcbur etdim ki, qızdan üzr istəsin".
Hüquq müdafiəçisi azərbaycanlı kişiləri daha centlmen hesab edir: "Sizi əmin edirəm, Gürcüstan və Ermənistan cəmiyyətinə nisbətən Azərbaycanda kişilər daha centlmendi. Bizim kişilər qadınlara daha sayğılı münasibət bəsləyirlər. Apardığımz sorğular bu yöndə Tibilisi və Yerevana nisbətən Bakıda vəziyyətin daha yaxşı olduğunu göstərdi. Amma təəssüf ki, ölkənin bütün ərazisini əhatə edən sorğu fərqli nəticələr ortaya çıxartdı. Hesab edirəm ki, bölgələrdə qadın zorakılığna son qoymaq üçün maarifləndirmə işlərini artırmaq lazımdı".
Aydın A.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Kişilərimiz zorakılığa məruz qalırmı?
16 Fevral 2010 11:49
Baxış: 302

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qazaxıstanda hərbi helikopter itkin düşdü - 11 gündür tapılmır - FOTO
-
ABŞ və Fransa ali diplomatları Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını müzakirə ediblər
-
“Qapalı geyinirsən” dedilər, bir soyundu ki... - FOTOlar
-
Baş prokuror yeni şöbə rəisi təyin etdi
-
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
-
Hegemoniyanın sonu: Amerika necə dünyanı itirir
-
Sevil Mikayılova BMT-nin Avazadakı LLDC3 konfransında Parlamentlərarası İttifaq adından məruzə ilə çıxış edib - VİDEO - FOTO
-
"Ən yaxın adamım məni YIXDI"
-
Azərbaycanda “WhatsApp”a giriş problemi - Nə baş verir?
-
Mülki silahı necə əldə etmək olar?- Polisdən AÇIQLAMA
-
Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki üz verdi - FOTO
-
Bu ölkədə yenə güclü zəlzələ oldu
-
Avqust ayının ulduzları - Bu bürclər üçün şans qapıları açılır!
-
Növbəti tədris ilində tələbə yataqxanalarında qiymət artımı olacaq?
-
İki valyuta ucuzlaşdı
-
"Liverpul" ispan klubunu darmadağın etdi
-
Nazir Rza Məmmədova vəzifə verdi
-
Ad gününə 2 gün qalmış xəstəlikdən vəfat etdi
-
Başınıza soyuq su tökməzdən əvvəl düşünün - mütəxəssislər xəbərdarlıq edir
-
Bu ölkə bel soyuqluğu əleyhinə peyvənd proqramını işə salır
-
Qazlı içkilər uşaqların orqanizmində hansı fəsadları törədir?
-
Populyar arıqlama dərmanı Ozempic yan təsirləri ilə yenidən gündəmdə
-
Sürücü qadınlar üçün özəl parkinq: Ayrı-seçkilik, yoxsa təhlükəsizlik?
-
Psixoloqa getmək üçün "həyəcan siqnalları" nələrdir?