Ölkə

Fuad Xəlilova yeni vəzifə verildi

4 Avqust 2025 18:35
Baxış: 534
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fuad Xəlilov "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, Fuad Xəlilov əmək fəaliyyətinə ölkənin aparıcı banklarında başlamış, 17 il ərzində maliyyə sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışaraq zəngin peşəkar təcrübə qazanıb.

Bank sektorundakı fəaliyyətindən sonra sığorta sahəsində çalışaraq sığorta şirkətində Müşahidə Şurasının sədri vəzifəsində fəaliyyət göstərib.

Daha sonra "NEQSOL Holding"in tərkibinə daxil olan, telekommunikasiya sahəsində ixtisaslaşmış bir sıra şirkətlərdə rəhbər vəzifələrdə çalışmışdır. Dövlət Məşğulluq Agentliyində İdarə Heyətinin müşaviri vəzifəsində fəaliyyət göstərərək, bununla da dövlət idarəçiliyi sahəsində də təcrübə qazanıb.

2025-ci ilin aprel ayından etibarən Fuad Xəlilov "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində aparat rəhbəri vəzifəsində fəaliyyət göstərir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2025-ci il tarixli sərəncamı ilə Fuad Xəlilov "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.