Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı yoxlnıldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 1-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Bakı qarnizonunun hərbi hissələrində olublar.
Nazirliyin rəhbərliyi raket, tank və mexanikləşdirilmiş hərbi hissələrdə vəziyyətlə yerində tanış olub, onların döyüş hazırlığı, hərbi texnikanın döyüş imkanları, idarəetmə və qərargahlar tərəfindən tapşırıqların icrası, həmçinin hərbi qulluqçuların gününün nizam qaydalarına uyğun fəaliyyəti və sosial-məişət şəraiti ilə maraqlanıblar.
Reaktiv artilleriya divizionundakı "Smerç" reaktiv yaylım atəş qurğularının döyüş hazırlığı vəziyyəti, onlara xidmət göstərən şəxsi heyətin ümumi hazırlığı və məşqlərdə iştirakı izlənilib.
Sonra mexanikləşdirilmiş hərbi hissədə hərbi texnikanın vəziyyəti yoxlanılıb, zirehli texnikaların heyət şəklində hazırlanması üçün komandir, sürücü, tuşlayıcı operatorların hazırlığı məqsədilə yaradılmış təlim-məşq trenajorları şəhərciyinə baxış keçirilib.
Zirehli texnikalar parkında hərbi döyüş texnikasına baxış keçirən nazir texnikalara qulluq göstərən hərbi qulluqçuların xidmətləri ilə maraqlanıb və xidmətin spesifik xüsusiyyətləri haqqında onlarla söhbət edib.
Xidmətə yenicə başlayan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi hissələrdə işlə və yüksək əməkhaqqı ilə təmin olunduqlarına görə minnətdarlıqlarını bildiriblər.
Bundan sonra Müdafiə nazirliyinin rəhbərliyi Ali Baş Komandanın tapşırığına əsasən yeni salınan hərbi şəhərciyin perspektiv tikinti-quruculuq planı ilə tanış olub və işlərin gedişatını yoxlayıblar.
Qərargah, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərciyi, avtopark, sıra meydanı, yeməkxana, əsgər klubu, tibb məntəqəsi, idman meydançası, qazanxana-camaşırxana-hamamxana kompleksi, transformator yarımstansiyası və tikinti gedən digər obyektlərdə olan Müdafiə naziri görülən işlərlə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
İnşa edilən yeni tipli hərbi şəhərcikdə zəruri hərbi infrastrukturlarla yanaşı müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə təmin edilmiş, həmçinin ailəli hərbi qulluqçuların ehtiyacları da nəzərə alınmaqla geniş mənzillər, eləcə də gizirlər üçün yataqxana kompleksi də tikilir.
Görülən işlərin 2015-ci ilin yay ayları ərzində başa çatdırılması planlaşdırılır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin




















DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye





