Cəmiyyət

Daha 5 qəzetin adı “qara siyahı”ya salındı

14 Oktyabr 2010 18:19
Baxış: 3 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şuradan Milli.Az xəbər portalına daxil olan məlumata görə, İdarə Heyəti qərarın qəbulunda "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının 28 sentyabr 2010-cu il tarixli iclasının rəylərini əsas götürüb. "Rəsmi Azərbaycan" və "Vedi inform" qəzetlərinini adları Şuranın "qara siyahı"sına salınarkən bu nəşrlərin əməkdaşlarının yol verdikləri hüquqa zidd hərəkətlərə istinad edilib. Eyni zamanda nəzərə alınıb ki, bu KİV-lərdə jurnalist adından sui-istifadə halları üstünlük təşkil edir. Oxşar motivlər "Həftəlik Azərbaycan" və "Azad yeni fikir" qəzetlərinin də "qara siyahı"ya salınmasına səbəb olub.

"Bizim dövr" qəzeti ilə bağlı məsələnin müzakirəsi zamanı bildirilib ki, bu nəşr Şuranın "qara siyahı"sında yer alan "Yeni dövr" qəzetinin yolunu davam etdirir. Belə ki, birincinin təsisçisi və baş redaktoru Hikmət Nəcəfli ikincidə də eyni postları tutur. "Bizim dövr" nəinki jurnalist adına ləkə gətirir, üstəlik, məqsədlərinə çatmaq üçün insanların əsəblərini daimi gərginlik içərisində saxlamaq yolu tutur. Şuraya daxil olan çoxsaylı şikayətlərdə də qəzetin belə fəaliyyəti vurğulanır. İdarə Heyəti bu KİV-in adının "qara siyahı"ya salınması ilə bağlı qərar qəbul etməklə yanaşı, mətbu orqan barəsində toplanmış materialların inzibati orqanlara göndərilməsini məqsədəuyğun sayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.