Bakıda bir qrup həkim vərəm təhlükəsi ilə bağlı həyəcan təbili çalır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin sakinləri vərəm təhlükəsi ilə üz-üzə qalıb. Buna səbəb Zığ qəsəbəsində yerləşən vərəm poliklinkasının Günəli qəsəbəsi, AB massivindəki 31 satlı Şəhər Poliklinikasına yerləşdirilməsidir.
Polikilinkanın həkimləri Bakı baş Səhiyyə İdarəsinin qərarına etiraz edirlər
Poliklinkanın əməkdaşlarının Milli.Az xəbər portalına ünvanladıqları müraciətdə bildirilir ki, 300 nəfərə yaxın əməkdaşı olan tibb ocağının işçiləri buna etiraz edirlər. Həkimlər hesab edirlər ki, vərəmli xəstələrin poliklinikada olması onlar üçün, o cümldədən xəstələri üçün təhlükəlidir.
"Pasientlərimiz açıq vərəmli xəstələrlə təmasda olurlar"
Şikayətçilərin bildirdiyinə görə, poliklinidaka artıq vərəm disponseri üçün fizoterapiya şöbəsində yer ayrılıb və onlar açıq vərəmli xəstələri qəbul edirlər: "Poliklinikamız bütün şöbələri özündə birləşdirən 7 mərtəbəli böyük binadan ibarətdir. Bizə hamilə qadınlar, uşaqlar, qocalar müraciət edirlər. Ancaq hazırda həmin pasientlər vərəmli xəstələrlə təmasda olmaq məcburiyyətində qalıblar. Həmin xəstələr üçün xüsusi izolyasiyalı yer olmalıdır, axı bu xəstəlik keçicidir. Biz etirazımızı Baş həkim Şərəbanu Yusifzadəyə də bildirmişik. O da bildirib ki, bu, yuxarı rəhbərliyin qərarıdır" - deyə şikayətdə qeyd olunur.
Baş həkim: "Mən özbaşıma qərar verməmişəm"
Poliklinikanın baş həkimi Şərəbanu Yusifzadə Milli.Az xəbər portalına bildirdi ki, Bakı Baş Səhiyyə İdarəsinin sərəncamı ilə Zığ qəsəbəsində yerləşən Vərəm Xəstəxanasının Dispanser şöbəsi və həkim-tibb bacıları poliklinikaya birləşdirilib. Onun sözlərinə görə, Zığda yerləşən həmin xəstəxananın profilli dəyişdirilərək daha ağır xəstələr üçün hazırlanıb: "Mən özbaşına qərar verməmişəm. Bakı baş Səhiyyə İdarəsinin sərəncamı var. Ona görə də, poliklinikamızdan bir hissəni ayırıb onlara vermişəm. Həmin şöbə üçün ayrıca giriş açılıb. Hazırda vərəm disponseri üçün ayrılmış şöbənin otaqları təmir olunur".
Ş.Yusifzadə bu qərarın hansı zərurətdən yaranmasının səbəbini isə həmin polikilinikanın böyük olması və ərazi üzrə əhalinin çoxluğu ilə əsaslandırdı: "Bizim ərazidə 50-51 min əhali var, həmçinin boş yerlərimiz çoxdur. Ona görə də, vərəm disponserinin bizim poliklinikada yerləşdirilməsi qərara alınıb".
Həkimlərin bu qərara etiraz etməsinə gəlincə, baş həkim bunu əsassız hesab etdiyini dedi: "Baş idarənin rəhbəri Leyla Seyidbəyova burada olanda, həkimlərə bildirdim ki, narazılığınız vasa, onun özünə deyin. Amma onlar heç bir etiraz etmədilər".
Bakı Baş Səhiyyə İdarəsinin baş ftiziatrı Yavər Şıxəliyev Milli.Az xəbər portalına açıqlamasında dedi ki, Zığ qəsəbəsində yerləşən vərəm dispanseri stasionar xəstəxana ilə əvəz olunduğundan oradakı ambulator dispanser 31 saylı şəhər poliklinikasına yerləşdirilib. Bunun üçün 31 saylı şəhər poliklinikasında xüsusi yer hazırlanıb və orada 5 həkimdən ibarət heyət fəaliyyət göstərəcək. O, dispanserin məhz 31 saylı şəhər poliklinikasına yerləşdirilməsini həmin sahənin əhalisinin çox olması ilə izah etdi. Y.Şıxəliyev dedi ki, sıx əhalisi olan bir neçə sahə poliklinikalarında ambulator vərəm hissələri yaradılacaq.
"Məqsəd vərəmli xəstənin qeyri-peşəkar həkimlərlə rastlaşmasının qarşısını almaqdır"
Y.Şıxəliyevin sözlərinə görə, vərəm dispanserinin poliklinikaya köçürülməsində məqsəd, xəstəliyin poliklinikalarda aşkarlanması və bu xəstəliyə yoluxan şəxslərin qeyri-peşəkar həkimlərlə rastlaşmasının qarşısını almaqdır: "Poliklinikada vərəm bölməsinin açılması nəticəsində sahələrdə bu tip xəstələrlə həkim arasında əlaqə yaradılacaq. Vərəm dispanserinin sahələrdə olması - xəstəliyin elə poliklinikada, sahə həkimi tərəfindən aşkarlanmasına zəmin yaradacaq. Bu, həm də vərəmə yoluxan şəxslərin xəstəliyi digər insanlara yoluxdurma ehtimalını azaldacaq. Çünki sahə poliklinikasında aşkarlanmış xəstə şəxs dərhal xüsusi kameralı maşınla ixtisaslaşdırılmış xəstəxanaya çatdırılacaq. Ancaq bu, poliklinikadan kənarda aşkar olunarsa, həmin xəstə lazımi həkimə çatdırılanadək digər insanları yoluxdurma riski daha böyük olur".
"Etiraz edən həkimlərin vərəmdən məlumatı yoxdur"
Baş ftiziatr 31 saylı şəhər poliklinikasının həkimlərinin etirazını isə onların vərəm barədə məlumatsız olması ilə əsaslandırdı: "Həmin həkimlər hesab edir ki, vərəm disponserinin sahələrdə olması yoluxma hallarına yol aça bilər. Amma hesab edirəm ki, həmin həkimlərin vərəm xəstəliyi barədə məlumatları yoxdur. Özüm yaxın günlərdə həmin poliklinikaya gedib onlarla söhbətlər aparacam".
Anar Məmmədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tofiq Paşayeva ağır itki
-
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
-
Bakının bu ərazilərində ilanlar AKTİVLƏŞİB
-
Meteohəssas insanların DİQQƏTİNƏ
-
Tiflisdə Azərbaycan vətəndaşı saxlanıldı
-
“Azərbaycanlı qadınlar ölkəmizə eşq məsələləri üçün GƏLMƏYİBLƏR" - VİDEO
XƏBƏR LENTİ
-
Kabab sevənlər oxusun
-
Tofiq Paşayeva ağır itki
-
“Bu, İsrail üçün tələyə çevrilib”
-
SEPAH ABŞ-yə ultimatum verdi
-
Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır - Bəyanat
-
Starmer də İrəvana gəldi
-
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
-
ABŞ hərbçiləri bu ölkədə itkin düşdülər
-
Bakının bu ərazilərində ilanlar AKTİVLƏŞİB
-
Təyyarə qəzasında piklbol komandasının bütün heyəti həlak olub
-
Zelenski İrəvana səfər etdi
-
Meteohəssas insanların DİQQƏTİNƏ
-
Oktay Çubukun vəziyyəti necədir?
-
Əkiz bacılar DNT testi hər kəsi təəccübləndirdi
-
Bir reklamdan 5 milyon manat qazandı - Rekord
-
Sürücülərin nəzərinə!
-
Belə bərbərxana görmüşdünüz? - Oriental rəqqasələrin müşayəti ilə saç qırxırlar - VİDEO
-
Tiflisdə Azərbaycan vətəndaşı saxlanıldı
-
"Heç öz ad günümdə tort YEMİRƏM"
-
“Azərbaycanlı qadınlar ölkəmizə eşq məsələləri üçün GƏLMƏYİBLƏR" - VİDEO
-
"Real"ın keçmiş ulduzunun son halı ÜZDÜ: Tanınmaz haldadır - FOTOlar
-
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər - FOTO
-
"Ürəyimi açdım, arxamdan VURDU"
-
Dünya çempionatından əvvəl "ZƏLZƏLƏ": Futbol azarkeşləri ŞOKDA





