Peyğəmbərin qızı Həzrət Fatimə (ə) də Əhli-beytə aid olduğu üçün məsumdur. Beləliklə, şiə inancına görə 14 məsum Həzrət Mühəmməd Peyğəmbərdən (s), Fatimədən (ə) və aşağıda adları çəkilən 12 imamdan ibarətdir: İmam Əli ibn Əbu Talib, İmam Həsən, İmam Hüseyn, İmam Əli Zeynül-abidin, İmam Mühəmməd Baqir, İmam Cəfər Sadiq, İmam Musa Kazim, İmam Əli Riza, İmam Mühəmməd Təqi, İmam Əli Nəqi, İmam Həsən Əskəri və İmam Mehdi (ə).
Milli.Az