Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri müvafiq hallarda təhsil məzuniyyətlərindən istifadə etməkdir. Ödənişli məzuniyyətlərin bir növü hesab edilən təhsil məzuniyyətləri işləməklə yanaşı təhsil alan işçilərə verilir.
Trend xəbər verir ki, Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Cavid Alıyev bildirib ki, ödənişli təhsil məzuniyyətlərinin verilməsi qaydaları Əmək Məcəlləsi ilə tənzimlənir.
Həmin Məcəlləyə əsasən, ödənişli təhsil məzuniyyətləri aşağıdakı hallarda verilir:
a) müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;
b) dövlət imtahanlarını vermək üçün;
c) diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.
Göstərilən təhsil məzuniyyətlərinin müddətləri barədə məlumat verən C.Alıyev bildirib ki, qanunvericilikdə bu müddətlər işçinin hansı təhsil müəssisəsində oxumasından və məzuniyyətin hansı məqsədlə verilməsindən asılı olaraq müəyyən edilib.
Onun sözlərinə görə, ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30, qalan kurslarda 40 təqvim günü müddətində, diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə 4 təqvim ayınadək məzuniyyət verilir. Orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 20, digər kurslarda 30 təqvim günü müddətində, diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə 2 təqvim ayınadək məzuniyyət verilir. Dövlət imtahanları dövründə isə həm ali, həm də orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 30 təqvim günü müddətində məzuniyyət verilir:
"Peşə məktəblərində, peşə liseylərində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü, ümumtəhsil müəssisələrinin qiyabi qruplarında təhsil alan işçilərə isə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir".
Hüquqşünas bildirib ki, qeyd olunan məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə istifadə olunmalıdır. Həmin məzuniyyətlərdən istifadə oluna bilməsi üçün təhsil müəssisəsinin verdiyi arayış tələb olunur.
Adıçəkilən məzuniyyətlərə görə ödənişlərlə əlaqədar C.Alıyev deyib ki, ödənişli təhsil məzuniyyəti müddətində işçiyə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əməkhaqqı ödənilir.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ödənişli təhsil məzuniyyətləri kimlərə verilir?
3 Dekabr 2013 16:15
0 Şərh
Baxış: 2 435

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sahil Babayev bəzi şöbələri ləğv etdi
-
ABŞ-də iki israilli diplomat qətlə yetirildi - VİDEO - FOTO
-
Bakıya eniş edən Rusiya təyyarəsində ÖLÜM
-
Böyük dəyişikliklər gəlir - Bu bürclərin bəxti gətirdi
-
Şəmkirdə milyonluq yeyinti - Direktor həbs edildi - FOTO
-
Süni intellekt hər kəs üçün: Samsung, Galaxy A56 5G, A36 5G və A26 5G modellərini təqdim edir
-
Əhalinin DİQQƏTİNƏ! - Saat 10:00-da...
-
ZAMANIN ƏLƏYİ - Rafael Hüseynov yazır
-
Egey dənizində güclü zəlzələ oldu - Əhali təşviş içində
-
Rubl bahalaşdı, avro ucuzlaşdı - Dolların qiyməti də... - RƏSMİ
-
Xəzərdə zəlzələ oldu
-
Bu plastik əməliyyatlara icazə verilməyəcək
-
Ramiz Rövşənin səhhətində problem yarandı
-
“Kontrabas” festivaldan mükafatlarla qayıtdı - FOTOlar
-
UEFA Avropa Liqasının qalibi bəlli oldu
-
Həyatda iki məqsədim var: Bakıdan onları almaq… - Sərkisyan
-
Azərbaycanda stomatoloqlara 1800 manat "plan" qoyulub? - VİDEO
-
Çirkli hava bu xəstəliyi inkişaf etdirir
-
2025-ci ildə Yer kürəsini 50-yə qədər maqnit fırtınası gözləyir
-
Manafla Pərvin efirdə QIRĞINA ÇIXDI: "Adını çəkin görək..."
-
Azərbaycanda iş tapmaq niyə çətinləşib? - VİDEO
-
İkibaşlı ilan hər kəsi təəccübləndirdi
-
Tələbənin kəşfi Ginnesin Rekordlar kitabına düşdü
-
140 min illik tapıntılar dünyanı şoka saldı