Cəmiyyət

"Mən azərbaycanlıyam" yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTO

29 Noyabr 2013 15:02
Baxış: 684
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bu gün Bakı Şəhər Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin birgə qərarı ilə ümumullli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə keçirilən "Mən azərbaycanlıyam" yaradıcılıq müsabiqəsinin qalibi olan 5 məktəbliyə ATİAHİ Respublika Komitəsinin təqaüdü təqdim edilib.

Trend-in məlumatına görə, təqaüdün hər ay 50 manat olmaqla 6 ay müddətində verilməsi nəzərdə tutulur.

Məktəbliləri təbrik edən ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev qeyd edib ki, bu cür müsabiqələr şagirdlərin biliklərinin artırılmasına öz töhfəsini verir.

S.Mehbalıyev müsabiqələrin gələcəkdə də davam etdiriləcəyini və müsabiqədə iştirak edən məktəblərin sayının artırılacağını diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən üzv təşkilatlar arasında keçirilən "Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi" baxış-müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi də keçirilib.

S.Mehbalıyev qeyd edib ki, digər həmkarlar təşkilatları qalib olan həmkarlar təşkilatlarının işi ilə tanış olub onlardan nümunə götürməlidirlər. Onun sözlərinə görə, müsabiqənin keçirilməsində əsas məqsəd həmkarlar ittifaqlarının fəaliyyətini gücləndirmək, ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını daha yaxşı müdafiə etmək, təşkilatların nüfuzunu qaldırmaq, təhsil işçilərini, tələbə və şagirdləri ittifaqa geniş cəlb etmək, daha yaxşı fəaliyyət göstərən həmkarlar ittifaqı fəallarının əməyini stimullaşdırmaq, onların müsbət iş təcrübəsini yaymaq, sağlam rəqabət mühiti yaratmaqdır.

Baxış-müsabiqənin ikinci turunda 37 təşkilat iştirak edib, onlardan ilk 12 yerin sahibi qalib adını qazanıb. Təqdimat mərasimində müsabiqənin qalibi olan ilk təşkilatlara kompüter, təşkilat sədrlərinə isə fotoaparat və diplomlar təqdim edilib. Həmçinin ikinci turun digər iştirakçılarına da diplomlar təqdim edilib.

Eyni zamanda, S.Mehbalıyev mövcud problemlərdən danışıb və bir sıra ilk təşkilat sədrlərinə iradlarını çatdırıb.

S.Mehbalıyev bildirib ki, bəzi təşkilatlar müsabiqənin ikinci turunda iştirak etmək üçün sənədlərini təqdim etməyiblər: "Görünür, bu, onların işini düzgün qurmamasından və ya məsuliyyətsizliklərindən irəli gəlir. Müsabiqədə iştirak etmək o demək deyil ki, qalib gələsən. Ən azı müsabiqədə iştirak etməklə bilik və bacarıqları inkişaf etdirmək olar".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.