Cəmiyyət

Bakı avtovağzalında onlayn bileti necə sifariş etmək olar? - VİDEO

13 Noyabr 2013 10:03
1 Şərh     Baxış: 24 970
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biletləri şəhərləarası marşurutlarda reysin yola düşməsinə 30, beynəlxalqda isə 1 saat qalmış kassadan əldə etmək lazımdır

Bundan sonra şəhərlərarası və beynəlxalq marşurutlarda biletlərin satışı onlayn şəkildə həyata keçiriləcək.

Anspress yazır ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlərə xidməti yüksək və keyfiyyətli aparmaq üçün bilet satışı və avtobusların yola salınma proseslərini avtomatlaşdırıb.

Onlayn gediş biletini əldə etmək üçün sadəcə, avtovağzalın rəsmi saytına girmək yetərlidir. Qeydiyyatdan keçdikdən sonra onlayn bilet satışı bölməsini tuşlayıb, login və parolu daxil etmək lazımdır. Açılmış yeni səhifədə isə vətəndaş gedəcəyi məkanı, onun tarixini və sərnişin sayını qeyd etməlidir. Daha sonra plastik kartlarla ödəniş həyata keçirilməlidir ki, bununla da bilet sifariş vermiş olur.

Onlayn rejimdə biletlərin satışı zamanı istifadəçi bir əməliyyatla ən çoxu 4 bilet sifariş edə bilər. Biletlərin onlayn satış sistemi ilə əlaqədar sifarişlər hər gün səhər 07:00-dan axşam 23:00 dək aparılır. Gediş biletlərini şəhərləarası marşurutlarda reysin yola düşməsinə 30 dəqiqə, beynəlxalq marşurutlarda isə 1 saat qalmış avtovağzalın kassasından əldə etmək lazımdır.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.