Azərbaycan Beynəlxalq Universitetinin (ABU) fəaliyyəti dayandırıldı. Bununla bağlı sentyabrın 1-də təhsil naziri Misir Mərdanov əmr imzalayıb.
Əmrə əsasən 1997-ci il oktyabrın 17-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınan ABU, 1998-ci ildə Təhsil Nazirliyinin 04.12.1997-ci il tarixli 48-11-4058/16 nömrəli qərarı ilə ilk dəfə, 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə yenidən lisenziya alıb. Bu il iyulun 8-də ABU-nun lisenziya müddəti bitdiyi üçün bu məsələyə yenidən baxılıb. Ali məktəbdə tədris prosesinin təşkili vəziyyətinin araşdırılması məqsədi ilə yaradılan ekspert qrupu ABU-da ciddi pozuntular aşkarlanıb. Hazırlanmış arayış Təhsil Nazirliyi Lisenziya Komissiyasının iclasında müzakirə olunub. Lisenziya Komissiyasının yekdil qərarı ilə qeyd olunan nöqsanlar nəzərə alınaraq Təhsil Nazirliyi tərəfindən ABU-nun fəaliyyətinə verilmiş 30.06.2005-ci il tarixli 003283 №-li xüsusi razılığın (lisenziya) müddətinin uzadılmaması barədə qərar qəbul olunub.
Tələbələr ümidsidir
Universitenin bağlanması ilə orada təhsil alan 2400 tələbənin taleyi sual altına düşdü. Həmin şəxslərin arasında universiteti bitirib diplom ala bilməyən, eyni zamanda hazırda təhsil alan tələbələr də var. Universiteti 2004-cü ildə bitirən Cəfər adlı şəxs Millii.Az-a bu günə qədər diplom ala bilmədiyini bildirib. Onun sözlərinə görə, diploma görə ondan 3000 manat da alıblar.
Universitetin 3-cü kurs tələbəsi Cavid isə aqibətinin necə olacağını bilmir. ABU-ya test üsulu ilə daxil olduğunu deyən tələbə taleyi barədə ona dəqiq məlumat verən olmadığı vurğuladı.
"Tələbələr və valideynlər universitetə qeyri-qanuni qəbul olunduqları gözəl bilir"
Hüquq müdafiəçiləri də ABU-nun tələblərinə haqq qazandırmır. Vəkil İradə Cavadova Milli.Az xəbər portalına açıqlamasında bildiridi ki, tələbələr, o cümlədən onların valideynləri övladlarının universitetə qeyri-qanuni qəbul olunduğunu gözəl bilirlər: "Onlar unuiversitetin rəhbərləri ilə hansısa sövdələşmə aparır və qeyri-qanuni olaraq universitetlərə daxil olurlar. Yəni, onlar bilərəkdən bu qanunsuz hərəkətləri edirlər. Həmin şəxslər öncədən bilməlidilər ki, universtetlərə qəbul test imtahanları ilə mümkündür. Onlar buna görə də, kimlərləsə sövdələşməyə getməməli idilər".
Məhkəmə mübahisəsi hansı halda mümkündür?
İ.Cavadovanın deyir ki, 1400 tələbə testdən kənar ABU-ya daxil olmaq üçün müəyyən məbləğdə pul ödəyib. Onun sözlərinə görə, tələbələr yalnız bunu mübahisələndirə bilərlər: "Kiminlə sövdələşməyə gediblərsə və əgər əllərində qəbz varsa, bu halda məhkəmə vasitəsilə mübahisələndirilə bilər. Məhkəmə yolu ilə ödənilmiş pullarını geri ala bilərlər. Burada mənəvi zərər də çox önəmlidir. Onlar bunu da tələb edə bilrərlər. Çünki pul ödəyib, qəbzlərini alıblar. Çox zaman isə heç qəbz də verilmir. Əgər qəbzləri yoxdursa, bu halda məhkəmə mübahisəsi ola bilməz".
Hüquq müdafiəçisi hesab edir ki, əgər zərərçəkmiş şəxslərdə qəbz varsa, bu halda məmuru həmin pulu mənimsəyərək dələduzluq etdiyinə görə günahlandra bilərlər: "Bunun üçün prokurorluğa müraciət edib pullarının mənimsənilməsi ilə bağlı onlar barəsində cinayət işi qaldırılmasına nail ola bilərlər. Bunun üçün şikayətçi həmin pulu bilməyərəkdən verdiyini, yəni məqsədli şəkildə "rüşvət" vermədiyini subut etməlidir".
Təhsil Nazirliyinin rəsmisi: "ABU-nun tələbələri fərdi qaydada hüquq-mühafizə orqanlarına müraciət edə bilər"
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə Milli.Az xəbər portalına açıqlamasında bildiridi ki, ABU-ya qanuni yolla qəbul olunan və köçürülmə prosesi düzgün aparılan tələbələr üçün heç bir problem yoxdur. Nazirlik rəsmisinin sözlərinə görə, ABU-da təhsil alan 2700 tələbədən 1300 nəfəri qanuni yolla qəbul olanlardır. Həmin tələbələr digər qanuni özəl məktəblərə köçürüləcək.
B.Hüseynzadə Təhsil Nazirliyi test imtahanlarından kənar qəbul olan tələbələrə heç bir köməklik edilməyəcəyini vurğuladı. Onun fikrincə, bu işlərdə hüquq-mühafizə orqanlarının araşdırmalarına ehtiyac olacaq: "Ancaq bu, yəqin ki, tələbələrin fərdi qaydada ediləcək müraciəti əsasında olmalıdır. Kimin kiməsə pul verməsi Təhsil Nazirliyi vasitəsilə edilməyib ki... Onlar hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər".
Anar Məmmədov
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
ABU-ya qanunsuz qəbul olmuş tələbələrə çıxış yolu tapıldı
6 Sentyabr 2010 10:50
Baxış: 16 202

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda 16 yaşa qədər qızların dünyaya gərtirdikləri uşaqların sayı açıqlandı
-
Məhərrəmlə Siracın medalları ailələrinə təqdim edildi
-
Bakının üç rayonunda söküntü olacaq - Ünvanlar
-
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək - VİDEO
-
Tanınmış eks-hakim: “Uşağı boğaraq öldürən şəxsə ömürlük cəza verdim”
-
Müavinət və pensiya alanların DİQQƏTİNƏ
XƏBƏR LENTİ
-
Əməkdar artistin oğlu nişanlandı - FOTO
-
Azərbaycanda tələbə vəfat etdi - FOTO
-
Qurban Qurbanovdan qələbə şərhi
-
Gəncədə ağır qəza - xəsarət alanlar var - YENİLƏNİB
-
Xəzərdən böyük təhlükə yaxınlaşır
-
Azarkeşlər tarixi uğuru belə qeyd edir - VİDEO
-
"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi - YENİLƏNİB
-
Ağdamda iki yaşlı uşaq döyülüb - Atası saxlanıldı - YENİLƏNİB - FOTO
-
Guardiola bu dəfə “Qalatasaray”dan istəyir – gənc ulduz “Mançester Siti”nin hədəfində - FOTO
-
Seda Sayanı aldadıb 35 minini aldılar
-
Duzlu yeməklər beyinə ciddi zərər vurur
-
Azərbaycan səhiyyəsinə ağır itki - FOTO
-
Sosial media trendi faciə ilə bitdi - 13 yaşlı fenomen öldü
-
Azərbaycanda 16 yaşa qədər qızların dünyaya gərtirdikləri uşaqların sayı açıqlandı
-
Alla Puqaçova bu hüquqlarını itirə bilər
-
Ərdoğanla Putin Çində görüşə bilərlər
-
Nurlan Hacıyevə yüksək vəzifə verildi
-
Afaq plastik əməliyyat keçirib? - FOTO
-
Ermənistanın ABŞ-dəki yeni səfiri
-
Xanım Qafarovanın qızı illər sonra - o, da tələbə oldu - FOTO
-
ABŞ-də katolik məktəbində atışma olub - 2 ölü və onlarla yaralı var
-
"Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır"
-
Aytəkinin ailəsində sevincli GÜN - FOTO
-
Məhərrəmlə Siracın medalları ailələrinə təqdim edildi