Cəmiyyət

Qiyabi şöbədə ən çox tələbəsi olan universitet hansıdır?

19 İyul 2013 17:10
Baxış: 3 268
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda qiyabi şöbədə ən çox tələbəsi olan ali məktəblərin adları açıqlanıb

Azərbaycanın ali təhsil müəssisələrinin qiyabi şöbəsində 2011-2012-ci tədris ilində bakalavr səviyyəsində 18941, magist səviyyəsində 3164 nəfər tələbə təhsil alıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, onlardan bakalavr səviyyəsini 3164, magistr səviyyəsini isə 950 nəfər tələbə bitirib. 2012-2013-cü tədris ilinin nəticələri isə yaxın vaxtlarda məlum olacaq.

Qiyabi təhsil alan tələbələrin sayının daha çox hansı ali məktəblərdə çox olması da açıqlanıb. Belə ki, qiyabi şöbədə ən çox tələbəsi olan ali məktəb Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.