İradəmizin və ağlımızın yetişə bilmədiyi məfhumdur eşq. Bizə Füzulini, Leylinin gözlərində Rəhmanın təcəllisini görən Məcnunu qazandırmışdır.
Doğrudan, nədir eşq? Tərif verə bilərikmi varlığımızın ən dərin qatlarına kök salıb bizi kölə, ya da sultan edən bu hissə? Gözlərinin daldığı yerdə sevdiyini görə bilməkmi, yoxsa sevdiyinin gözlərində Sevgilini görə bilməkmi? Bir şəhidin qanımıdır, yoxsa həsrətlə döyünən iki qəlbin vüsalımıdır? Nədir? Qaranlıq gecələri bürüyən ana laylasımı, yoxsa ölən qumrunun son nəğməsimi? Bəlkə də, iki rükət nafilə namazdır. Yox, mən kiçiltdim eşqi. Eşq daha böyükdür. Böyükdür, güclüdür, tabeedicidir, ancaq İ. Əfəndiyev demişkən, qızıl gül ləçəyi qədər zəif, kövrək, şəfqətlə əzizlənməyə möhtacdır.
Eşq o qədər güclüdür ki, ölümün dəhşəti, zülmətin qulaq batıran sükutu onun qarşısında acizdir. Eşqin hökm sürdüyü mühiti böyüdüm biraz. Bəlkə də, Günəşin ətrafında planetlərin dönməsidir, ya da bir atom nüvəsinin ətrafında dövr edən elektronla nüvənin cazibəsidir eşq. Yox, bu eşqdir təbii ki, ancaq eşqin tərifi olmağa qadir deyil.
Eşq qanaddır. İtirilmiş Cənnətimizə yetişmək üçün verilən bir qanaddır. Bəlkə də, Burakdır. Sevdiyinin üzünə hər baxanda, onun üçün göz yaşlarını hər axıdanda bizi Meraca yüksəldən Burakdır. Məhəmmədin üzündə Ayın işığından çox nuru görən Ayşənin təbəssümüdür. Bəlkə də, bir nur üzlünü sevməkdir. Bu qədər çalışıram, eşqə tərif axtarmaq üçün. Bəlkə də, o ölüm kimi deyilməməli danışılmamalı bir mövzudur. Ancaq yaşamaq olar onu. Ancaq hiss etmək olar. Ancaq mən tərif axtarıram. Olmalıdır da mütləq. Bülbülün nəğməsimidir, məşuqun cilvəsimidir, yoxsa aşiqin çiləsimi? Ya da özündən uzaqlaşmaqdır yəqin. Başqa bir bədəndə özünü axtarmaqdır yəqin.
Mən məntiqlə eşqə tərif axtarıram. Məntiqimin bir insanın bir labirintdə azdığı kimi yolunu itirdiyini hiss edirəm. H. Menken deyib ki, eşq duyğunun məntiq üzərindəki qələbəsidir. Üzümdə təbəssüm var. Mən "qələbə çalmış" bir məfhumu araşdırıram. Qulun öz sahibini incələmək hüququ varmi? Ancaq düşünürəm ki, bir tərəfdən eşq azadlıq deməkdi. Mən zindan içində aşiq gördüm ki, azadlıqda gəzənlərdən daha azaddır.
Mən eşqi zindan divarları arasında Azadlıq aşiqinin eşq qəzəllərində gördüm. O qəzəllərin Nəsimini xatırladan ruhunda gördüm. Qürub edən Günəşə baxıb o aşiqin səsində Nəsimi qəzəlini və Nəsiminin səsində Azadlıq aşiqinin qəzəlini dinləyirdi. Bəlkə də, eşq elə əbədiyyət üfüqlərində doğan Günəşdir. Eşq Nəsimidir, Fəzlullahdır, Ənəlhəqq deyənlərin sevgisini qəlbində daşıyan nemətlərdir. Mən aşiq gördüm ki, səcdə halında əlləri dərgaha açılmış şəkildə belə dua edirdi:
Rumiyəm, İlahi, Şəmsə möhtacam.
Nəsimiyəm, Fəzlullaha möhtacam.
Aşiqəm, İlahi Yara möhtacam.
Nemət deyir, bir Allaha möhtacam.
Ulu Tanrım, imdad eylə amandır.
Mən o eşqi başqa yerdə də gördüm. Yenə dizləri üstə Rəbbə yalvarırdı.
Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni.
Bir dəm bəlayi-eşqdən etmə cüda məni.
Mən eşqi Nəsiminin, Xətainin "Ənəlhəqq" sözündə gördüm.
Eşqi axtarmaq nə qədər çətinmişsə, o qədər də asanmış. Yenə təbəssüm qondu həyəcanlı üzümə. Mövlananı xatırladım. Nə gözəl deyib: "Eşqin şəhərində ağıl palçığa batmış ulaq kimi yatdı qaldı. Eşqi, aşiqliyi yenə eşq şərh etdi".
Bəlkə də, eşq mənəm. Nəsimi dili ilə desəm:
"Mən atəşi-eşqi nuri həqqəm.
Musayə zəban, zəban mənəm mən".
Bəli, eşq mənəm. Rəbbimin eşqinin simgəsi olan mən. Aşiqin şərhinə bax. Bax gör ki, O zərrəni insan edib qüdrət qələmi ilə nə gözəl çəkib.
Çox çətinlik çəkdim. Qısa müddət də olsa, beynim sanki eşqin selinə qapılıb yox olacaqdı. Amma hədər getmədi. Eşqə tərif tapdım. Eşq Allahdır. Bayaqdan sadaladığım bütün eşqlərin birləşmə nöqtəsi olan Allahdır. Eşq Bəqabillah məqamına yüksəlmək istəyən aşiqin bu yolda çəkdiyi cəfadır.
O zaman nə mutlu bu cəfanı çəkənlərə. Nə mutlu Yusif kimi zindanın dörd divarı arasında azadlığın son zirvəsi olan Allaha qovuşanlara... Nə mutlu!
"Zaman Azərbaycan"
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Aşiqəm, ilahi yara möhtacam
21 İyun 2013 22:05
0 Şərh
Baxış: 1 523
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Bu rəng var-dövlət və uğur GƏTİRƏCƏK - Dekabr üçün pul manikürü
-
Yeni il gecəsində hansı rənglərdə geyinmək xoşbəxtliyi, pulu və sevgini UZAQLAŞDIRIR?
-
Yeni yolun istifadəyə veriləcəyi tarix açıqlandı - VİDEO
-
Ağakərimin dostu: "Oğlu dedi ki, tez özünü bizə çatdır"
-
Abşeronda 22 yaşlı oğlanın ölümünün təfərrüatı məlum oldu - FOTO
-
AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib? - Açıqlama
XƏBƏR LENTİ
-
Rəngi ilə cəlb edir: Çuğundur mürəbbəsi resepti
-
"Məni 19 yaşımda əqli qüsurlu oğlana ƏRƏ VERDİLƏR" - VİDEO
-
Bu rəng var-dövlət və uğur GƏTİRƏCƏK - Dekabr üçün pul manikürü
-
Niyə gündə üç dəfə yemək vacibdir? - Diyetoloqdan xəbərdarlıq
-
Yeni il gecəsində hansı rənglərdə geyinmək xoşbəxtliyi, pulu və sevgini UZAQLAŞDIRIR?
-
"Dedi ki, gözəl görünüşün var, canlı oxuya bilməsən də, MÜĞƏNNİ OL" - VİDEO
-
Yeni il süfrələrinin sevilən içkisi: Eggnog resepti
-
Yeni yolun istifadəyə veriləcəyi tarix açıqlandı - VİDEO
-
Ağakərimin dostu: "Oğlu dedi ki, tez özünü bizə çatdır"
-
Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-nin rolundan danışıb
-
Türkiyə gözəli seçildi - FOTO
-
Rusiyada pansionatda 30 nəfər zəhərlənib, ölən var
-
Artıq qalan qatıqdan nə hazırlamaq olar? Həm yüngül, həm də zərif desert resepti
-
Günün qoroskopu: Gözlənilməz xəbər planlarını dəyişə bilər
-
Qaynanmış yumurtanı tezbazar soymağın ən asan üsulu
-
"Qu gölü" baleti "Mariinskiy" teatrının aparıcı solistləri tərəfindən ifa olundu - FOTO
-
Direktoru divara itələyən müəllimlə bağlı rəsmi açıqlama - VİDEO
-
Tanınmış aktrisa ilə bağlı qərar verildi - YENİLƏNİB - FOTO
-
Sürücülərin NƏZƏRİNƏ: 40 manat cərimələnə bilərsiniz
-
Abşeronda 22 yaşlı oğlanın ölümünün təfərrüatı məlum oldu - FOTO
-
Ronaldo əzələlərini nümayiş etdirdi - FOTO
-
Vüsalə sarışın oldu - FOTO
-
AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib? - Açıqlama
-
Asəf Zeynallı. Seçilmiş əsərlər” kitabının təqdimatı keçirilib - FOTO





