Cəmiyyət

Cərimə və balı öyrənə bilməyən sürücülərin nəzərinə

19 İyun 2013 03:00
0 Şərh     Baxış: 2 133
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sürücülük vəsiqəsini Rusiyada alan oxucu Milli.Az-a yazdığı məktubda bildirir ki, cərimə və balı necə yoxlamaqla bağlı problemi var. O, cərimə və balı necə öyrənməyin yolunu bilmək istəyir.

Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəsi Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, həmin sürücülük vəsiqələrinin cərimə və balını Daxili İşlər Nazirliyinin (DİN) saytından öyrənmək mümkün deyil. Saytda proqram milli sürücülük vəsiqələri üçün yığılıb. Rusiyada alınmış sürücülük vəsiqəsi ilə avtomobil idarə edən sürücünün özünə cərimə və bal yazılır. Orada inzibati xətanın qanunvericilikdə nəzərdə tutulan maddəsi, tarixi və digər qeydlər göstərilir.

K.Əliyev qeyd etdi ki, DİN-in saytında nəinki Rusiyada, o cümlədən bütün xarici ölkələrdə alınmış sürücülük vəsiqələrinin cərimə və balını öyrənmək mümkün deyil.

Qeyd edək ki, Azərbaycan vətəndaşları sürücülük vəsiqələrinin seriya nömrəsini DİN-in saytında müvafiq bölmədə yazmaqla cərimə və balı öyrənə bilirlər.

Anar Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.