Cəmiyyət

Kişilərin sevdiyi, qadınların nifrət etdiyi sarışın qızlar: onlar haqqında niyə çox danışılır?

31 May 2013 11:40
66 Şərh     Baxış: 22 763
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Çünki bu gün dünyanın bütün sarışın qızları öz günlərini qeyd edirlər. May ayının 31-i Ümumdünya Sarışın Qızlar Günüdür. Bu gün təqvimdə elə də qədim tarixə malik deyil.

2006-cı ildə "Brilyant sancaq" mükafatının təqdim olunma mərasimi keçirildi. Bu mərasimdə yalnız sarışın qızlar iştirak etdilər. Ən gözəl, ən uğurlu və ən dəbli sarışınlar mükafat aldılar. Bu mükafatın təqdim olunması həm də yeni bayramın - Ümumdünya Sarışın Qızlar Gününün təsis olunması və keçirilməsi üçün bəhanə oldu. İndi dünyanın hər yerində Ümumdünya Sarışınlar Günü kimi qeyd olunur.


*    *    *

İki sarışın qız söhbət edir:

- Mənim kompüterim printeri görmür. Hətta monitoru da printer tərəfə çevirdim, yenə də yazılır ki, kompüter printeri görmür. Necə edim?

- Barmağınla göstər.

*    *    *

Sarışın qız DYP-yə sürücülük vəsiqəsi almaq üçün imtahana gedir:
 
- Siz nəyə görə piyada keçidində piyadaya yol vermədiniz?

- Sürücülük məktəbində olanda maşın piyada keçidinin önündə özü dayanırdı. Burada isə dayanmadı.

*    *    *

Yuxarıda yazdıqlarımızdan da gördüyünüz kimi, sarışın qızlar bütün dünyada yaradılan lətifələrin əsas qəhrəmanlarındandırlar. Bu lətifələrdə sarışın qızlar olduqca gözəl, dəblə geyinən, eyni zamanda dayaz zəkalı insanlar kimi təsvir edilirlər. Onlar həmişə özlərini pullu kişilərlə münasibətdə olmağa layiq bilirlər. Bəlkə də, bu cür lətifələrin qoşulması sarışın qızların gözəlliklərinə qısqanclıqla yanaşan əsmər qızların məkrli planlarıdır? Bəlkə onlar heç də belə pulgir deyillər və çox ağıllıdırlar?

Nə qədər paxıllıq etsələr də, dünyanın hər yerində təbii sarışın qızlara oxşamağa çalışan qızlar da az deyil. Qızlar-qadınlar saçlarını, qaşlarını müxtəlif vasitələrlə sarı rəngə boyayırlar. Çünki orta statistik dünya kişisinin sarışın xanımdan daha çox xoşu gəlir.

Dünya tarixinə baxsaq, sarışın xanımların gözəl görünməklə yanaşı, çox uğurlu fəaliyyətlərinin olduğunu da görərik. Son dövrlər Azərbaycanda və dünyanın bir çox ölkələrində həvəslə izlənilən "Möhtəşən yüz il" serialındakı Hürrəm Sultan da hamıya tanışdır. Bu sarışın və ukraynalı gözəl cahan padşahı Sultan Süleyman Qanuninin ağlını başından almış, köləlikdən kraliçalıq mərhələsinə qədər yüksəlmişdi. Müasir dünyamızda da uğurlu sarışın qadınlar az deyil. Ötən əsrdə dünya şöhrəti qazanmış, bir müraciəti ilə müharibəni dayandırmış Merilin Monro, ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun timsalında bu qadınların nə qədər uğurlu olduğunu göstərmək olar.

Bakılı kişilər də sarışın xanımlara biganə qala bilmirlər. Küçədə sarı saçlı, hündür boylu bir xanım keçərkən hər kəs gözucu da olsa, ətrafdakılara hiss etdirmədən həmin xanıma baxmağa çalışır.

Alimlər iddia edirlər ki, ötən əsrdə dünyada təbii sarışın saçları olan qızların sayı 49% idi. İndi isə cəmi 14%-dirlər. Alimlərin statistikasına inansaq, sarışın qızların sayı azalan istiqamətdə gedir. Buna görə narahat olmağa dəyərmi?

Bəs siz necə düşünürsünüz, əziz oxucular? Sarışın qızlar daha gözəldir, yoxsa əsmər qızlar? Nəyə görə sarışın qızlar haqqında bu qədər lətifələr qoşulur? Bunun səbəbi paxıllıqdır?

Fikirlərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.