Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Salam verməyin əhəmiyyətini bilirsinizmi?
27 May 2013 20:15
0 Şərh
Baxış: 7 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Salam vermək əslində dua etməkdir: Allah səni əmin-amanlıq içində saxlasın, xətadan, bəladan qorusun, şərdən, pis əməldən uzaq tutsun. Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, salam verib salam almaq insanlar arasında sevgini, səmimiyyəti artırır. Ona görə də, təkcə salam verib salam almaq yox, salam verib salam almağı təbliğ etmək lazımdır.
Salam verməyin ən qısa şəkli belədir: "əs-Salamu-Aleykum", yəni sizə salam olsun. Salam almağın ən qısa şəkli isə belədir: "və Aleykum Salam", yəni sizə də salam olsun. "əs-Salamu-Aleykum" deyənə eyni cavabı qaytarmaqdansa, "və Aleykum Salam" demək daha doğrudur.
Bəzən birisi "əs-Salamu-Aleykum və Rəhmətullah" deyir. Yəni Allahın salamı və mərhəməti sizin üzərinizə olsun. Peyğəmbərimiz buyurur ki, salama ya eyni dərəcədə, ya da daha çox söz və ya daha çox dua ilə cavab vermək lazımdır, yəni bu cür salam verən birisinə ya "və Aleykum Salam və Rəhmətullah" kimi, ya da "və Aleykum Salam və Rəhmətullah və Bərəkətihu" kimi cavab verilməlidir.
Yuxarıda ifadə etdiyimiz kimi, salam vermək Peyğəmbərimizin bizə buyuruğudur. Əgər ciddi bir səbəb varsa, onda salam verməmək günah deyil, əgər ciddi bir səbəb yoxsa, onda salamı almamaq günahdır. Çünki salamı almamaq həm salamı verənə, həm də salamın Sahibinə, yəni Allaha qarşı hörmətsizlikdir. Əgər birisi otağa daxil olub oradakı hər kəsə "əs-Salamu Aleykum" deyərsə, içəridəkilərdən bir nəfərin o salamı alması kifayətdir. Təbii ki, əgər istəsə, hər kəs cavab verə bilər. Ədəbə görə, müsəlmanlar görüşəndə də, ayrılanda da salamlaşmalıdırlar. Görüşərkən salamdan əvvəl heç bir şey deyilməməlidir. Əvvəlcə salam verilib-alınmalı, sonra məsələyə keçilməlidir. Görüşüb salamlaşarkən əl sıxmaq da Peyğəmbərimizin buyurduğu xoş əməllərdəndir.
Yuxarıda dediyimiz kimi, salam verib, salam almaq Peyğəmbərimizin buyuruğudur. Yəni, salamda hər şey gözəldir. Salamlaşmaq sevgidir, salamlaşmaq səmimiyyətdir, salamlaşmaq xeyirxahlıqdır. Salamlaşmaq xeyir-dua etməkdir, salamlaşmaq əmin-amanlıq arzulamaqdır, salamlaşmaq xeyir-bərəkət diləməkdir.
Bir yerdə rastlaşarkən adətən kiçiyin böyüyə salam verməsini gözləyirik. Əslində isə kiçiyin birinci salam verməsi ədəb, böyüyün birinci salam verməsi isə təvazökarlıqdır. Kim birinci salam versə, o, daha çox qazanar. İslam əxlaqında dillə salam vermək mümkün olduğu halda, əllə, başqa sözlə əl işarəsi ilə salam vermək doğru hesab olunmur. Ancaq salam verdiyin adam səndən uzaqdadırsa və verdiyin salamı eşitməyəcəyindən əminsənsə, dillə salam verməklə yanaşı, əllə, başqa sözlə, əl işarəsi ilə də salam vermək olar. Salam verin, salam alın, salamı həyatınızın ayrılmaz parçasına çevirin ki, elə bu duada buyurulduğu kimi onun əmin-amanlığını, mərhəmətini, xeyir-bərəkətini görəsiniz...
"Zaman Azərbaycan"

DİGƏR XƏBƏRLƏR
-
Xırdalanda biabırçı mənzərə ürək bulandırdı - FOTO
-
Şəkinin iki kəndində qaz kəsiləcək
-
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
-
Ölkəmizdə Ebola riski varmı? - Rəsmi açıqlama
-
“Daçnik”də istirahət edənlərə vacib XƏBƏRDARLIQ
-
Bakıda taksi parkları satışa çıxarılır - Taksiyə maraq niyə azalıb?
XƏBƏR LENTİ
-
Xırdalanda biabırçı mənzərə ürək bulandırdı - FOTO
-
Toralın transfer olunduğu "Bursaspor"un milyonlarla borcu var
-
"Kızılcık şerbeti"ndə yeni aktrisa - FOTO
-
Millimizin üzvünə Avropadan yüksək maaşlı təklif gəlib
-
Nəvəsi ilə FOTOlar paylaşdı
-
Şəkinin iki kəndində qaz kəsiləcək
-
37 yaşlı kişi bıçaqlandı - Qaynı saxlanıldı
-
Bakıda qayınata gəlinini öldürüb
-
"Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsi qəbul edilib
-
Röya bayramda onlarla bir araya gəldi - VİDEO
-
Marneuli Meriyası Nizami Gəncəvinin abidəsinə zərər vurulmasını sərt qınadı
-
Şumaxerin qardaşı həmcinsi ilə evləndi - Fotolar
-
Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
-
Ölkəmizdə Ebola riski varmı? - Rəsmi açıqlama
-
Tanınmış müğənni konsertini yarımçıq qoyub səhnəni tərk etdi
-
“Daçnik”də istirahət edənlərə vacib XƏBƏRDARLIQ
-
Bakıda taksi parkları satışa çıxarılır - Taksiyə maraq niyə azalıb?
-
Ayağı amputasiya edilən "Survivor" yarışmaçısının son halı - FOTO
-
1715-ci ilin Quarneri skripkası Elvin Hoca Qəniyevin sehrli əllərində – Bakıda möhtəşəm musiqi axşamı - VİDEO - FOTO
-
Bakıda 5001 qızıl gül kimə verilib? - VİDEO
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
-
2026-cı il Dünya Kubokunda İLK DƏFƏ