Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nəyi və necə geyinməli? - REPORTAJ - FOTO
6 İyun 2013 03:30
1 Şərh
Baxış: 30 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mən geyim seçərkən pis vəziyyətə düşürəm. Aldığım paltarların heç birini yaxınlarım bəyənmir. Çox vaxt məni ələ salırlar. Lakin mən geyim alarkən hansısa paltarı səhv aldığımı hiss etmirəm. Aldıqdan sonra isə peşmançılıq hissi keçirirəm. Səbəb isə bədən ölçülərimin istədiyim kimi olmamasıdır", - 24 yaşlı həmsöhbətim Leyla Həmidova deyir.
L.Həmidova gənc olmasına baxmayaraq, mağazadan paltar almaq onun üçün işgəncədir.
Fəsil dəyişdikcə geyimlərimiz də dəyişir. Geyimlərə xüsusilə də yaz və yay aylarında daha çox diqqət yetirirlər. Lakin bu gün xanımlarımızın əksəriyyəti geyim seçimində çətinlik çəkir. Bəziləri isə nəyi və necə geyinməyi belə bilmirlər.
Bəzi qadınlar bədən ölçülərinə uyğun geyinmirlər
Stilist Samir Əliyevin fikrincə, kök xanımlar geyim seçərkən hər şeyi əksinə edirlər:
"Qadınlarımız elə bilirlər ki, onlar dar geyinməklə arıq görünəcəklər. Bu, səhv fikirdir. Kök insan dar geyindikdə lap pis görünür. Artıq çəkini gizlətməyin düzgün yollarından biri də rahat paltarlar geyinməkdir. Bədənə yapışan paltar insanı olduğundan da kök göstərir.
Düzdür, qara rəng istənilən şəxsi arıq göstərir. Amma bu o demək deyil ki, hamı qara geyinsin. Onsuz da nədənsə əksəriyyətimiz bu rəngə üstünlük veririk. Sanki rəngarəng geyinməkdən qorxuruq. Kök insanlar bilməlidirlər ki, onlar doğru geyinərlərsə, paltarlarını bir-birinə uyğunlaşdırarlarsa, heç də kök görünməzlər. Hər şey düzgün seçimdən asılıdır. Misal üçün, ağ şalvar və qısa köynək istənilən şəxsi kök göstərəcək. Amma bu şalvarı uzun bir köynəklə geyindikdə artıq ətlər görünməyəcək.
Xanımların etdiyi səhvlərdən biri də hündürdaban ayaqqabı seçimində olur. Dolu xanımlar hündür ayaqqabılarda bir az kobud görünürlər. Yaxşı olardı ki, xanımlarımız ayaqqabı seçərkən diqqətli olsunlar".
Rənglərin rolu olduqca önəmlidir
Bəzən kök qadınlar qara rəngə üstünlük verərək bu rəngdə daha incə göründüklərini düşünürlər. Əslində, bu düzgün deyil. Stilistlərin fikrincə, elə rənglər var ki, insan düzgün geyinərkən arıq görünə bilər. Sadəcə, rəngləri düzgün kombinasiya etmək lazımdır.
Bu ilin ən dəbdə olan rəngləri isə bunlardır: zümrüd yaşılı - bu rəng bu il dəb aləminə öz damğasını vuracaq. Stilistlərin fikrincə, 2013-cü il yaz-yay kolleksiyalarında narıncı rəngə xüsusi önəm veriləcək. Bu iki rəngi xüsusən pencək və bluzlarda görmək olacaq.
Kök qadınlar üçün dəb yoxdur?
Brend mağazalardan birinə daxil olub, 11 ildir satıcı işləyən Vüsalə Xəlilova ilə söhbət etdik. Onun sözlərinə görə, mağazaya gələn xanımların əksəriyyəti brend sözünün mənasını heç bilmir.
"Elə müştərilərimiz var ki, dəbdə olan paltarı nə olursa-olsun, almaq istəyir. Amma başa düşmür ki, bu onun bədən ölçüsünə görə deyil. Mən demirəm ki, kök qadınlar üçün dəb yoxdur. Sadəcə, insan hər şeyin həddini bilməlidir.
Qadınlar geyim seçərkən daha diqqətli olmalıdırlar. Bəzən dəbə uyğunlaşmaq üçün qadınlar onlara yaraşmayan geyimlərə üstünlük verirlər. Lakin bu düzgün deyil. İnsan ona yaraşanı geyinməlidir. Bəzən mağazamıza gələn xanımlar onlara yaraşmayan paltarlar alırlar. Sanki özlərini güzgüdə görmürlər. Dəbə uyğunlaşmaq olar, amma bu o demək deyil ki, yaraşmayan paltarları geyinməlisən".
Milli.Az-a açıqlama verən modelyer Fəxriyyə Xələfova isə qadınların geyimi haqda bunları dedi:
"Hər yerin öz geyimi olduğu kimi, hər ilin, hər mövsümün öz dəbi var. Psixoloji amildir ki, yeniliyə daxildən gələn bir istək var. Çağırış var. Buna görə də xanımlar yeniliyə üstünlük verirlər. Geyim, təbii ki, hər zaman köhnəlir, heç bir geyim yeni qalmır. Və ya zaman keçdikcə bədən ölçüsünə uyğun gəlmir, dəblə uyğunlaşmır. Bu səbəbdən də geyimlər hər zaman seçilir və qarderob yenilənir.
Geyim seçərkən ilk növbədə onun təyinatını müəyyən etmək lazımdır. Yəni bu geyim alındıqdan sonra harada istifadə olunacaq. Əsasən xanımlar burada səhvə yol verirlər. Geyimi aldıqdan sonra düşünürlər ki, bunu haraya geyinmək olar. Əslində, bu düzgün deyil. Biz aldığımız paltarı həvəsimizi öldürmək üçün deyil, onu hansısa bir məqsədlə almalıyıq.
Elə geyim ala bilərsiz ki, onu ümumiyyətlə heç yerə geyinə bilməzsiniz. Geyimin öz funksiyası var. Bunu unutmaq olmaz".
Geyinərkən stili unutmaq olmaz
Modelyerin fikrincə, bir neçə stil var ki, xanımlar onlara üstünlük verirlər. Bunlar klassik, romantik və idman üslubudur. Bu üç üslub ən populyar üslublardır ki, xanımlarımız onlara üstünlük verirlər. Stil dedikdə bu zaman xanımlar öz həyat tərzlərini fikirləşməlidirlər. Özlərinə elə paltar almalıdırlar ki, onların həyat tərzinə uyğun gəlsin, özlərini rahat hiss edə bilsinlər.
Geyimin estetik funksiyası da var. Yəni görünüşü. Bütün bunlar üst-üstə düşməlidir. Bu isə estetik görünüş, paltarın düzgün seçilməsi, onun zövqlü görünüşü, hər şeylə uyğunlaşması deməkdir.
Xanımlar yaşlarına uyğun geyinmirlər
Unutmaq lazım deyil ki, paltar zahiri görünüşə uyğun, yaşa uyğun olmalıdır. Bu gün dəb aləmində yaş məsələsi artıq problemə çevrilib. Xanımlarımız çalışırlar ki, yaşlarını qabartmasınlar, buna görə də bir çoxu geyimləri ilə cavan görünmək istəyir və bununla da gülünc vəziyyətə düşür. İnsan geyinərkən yaşı nəzərə alanda daha gözəl gürünür. Geyimin həm funksional baxımdan, həm də estetik görünüşcə düzgün seçilməsi onu mükəmməl edir. Hər hansısa bir funksiyanı qeydə almadıqda isə artıq yalnış geyim çıxır ortaya.
Geyimlərin üstündə etiket başqa dildə yazılır
"Geyim etiketində yazılar var, yəni ölçülər. Bəzən geyimlər üzərində yazılan ölçülər müştərilər tərəfindən heç nəzərə alınmır. Bədən ölçüsü mütləqdir. Ölkəmizdə istifadə olunan geyimlərin 90 faizi xaricdə istehsal olunduğuna görə geyimin üstündə yazılan ölçülər xarici dildə olur. Əslində, bu bir problemdir. Necə ki, qida məhsullarının üzərində etiketlər Azərbaycan dilinə tərcümə olunur, eynilə də geyimlərin üzərində hər şey ətraflı yazılmalıdır ki, alıcı nə aldığını bilsin. İstifadəçi məcbur deyil axı xarici dili bilsin. İstifadəçilərin özləri də geyimlərin üzərindəki etiketlərə biganə yanaşırlar. Çox zaman elə olur ki, geyimlərin üzərindəki etiketlərdə belə məlumat səhv olur. Bilmirəm, bunu bilərəkdən belə edirlər, yoxsa yazanlar məlumata sahib deyillər. Lakin bütün bu sadaladıqlarım geyimlərdən istifadə edən müştərilərə problem yaradır", - Fəxriyyə Xələfova dedi.
Türkan Nadirqızı
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Ölkə birinciləri oldular (Foto)
-
3 nəfər 400 bal toplayıb, 12 nəfər imtahandan kənarlaşdırılıb
-
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib
-
Təhsil Tələbə Krediti Fondu açıqladı: Kredit alanların 64 faizini qızlar təşkil edir - (Foto)
-
Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi
XƏBƏR LENTİ
-
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
-
Mətbəx çanağına tökdüyünüz mayelər boruları məhv edir
-
"Mirkamilə görə məni qınayırlar"
-
Messinin atasının vəziyyəti ağırdır
-
Zidanın oğlunun maska ilə oynamasının səbəbi məlum olub
-
"Taşacak bu deniz"də gözlənilməz ayrılıq - (Foto)
-
İlanların aktivlik dövrü başladı: Evinizi və bağınızı sürünənlərdən necə qorumalı?
-
"Səbail"in yeni prezidenti açıqlandı
-
ABŞ və İran sazişi 48 saat ərzində imzalana bilər
-
Günün qoroskopu: Gözlənilməz mənbədən gəlir əldə edə bilərsiniz
-
Ronaldodan antirekord gəldi
-
Ölkə birinciləri oldular (Foto)
-
Obamanın qızlarının son görüntüsü - (Foto)
-
Portuqaliya Konqo DR ilə heç-heçə edib - Yenilənib
-
Mayklın həyat yoldaşının son halı – Foto
-
Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
-
İçərişəhərdə Argentina Bayrağı Gününə həsr olunmuş El Calor en Baku – Azerbaijan Tango Festivalının təntənəli açılışı keçiriləcək
-
Yasamaldakı binaya dəyən ziyanın məbləği açıqlandı
-
Bakının 2 rayonunda qaz kəsiləcək - Yenilənib
-
ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib
-
Paytaxt nəqliyyatında kart oxuyucular sıradan çıxdı — Rəsmi qurumdan açıqlama
-
Fərhad Mehdiyev qızının ölümündən danışdı: Nasaz maşını niyə sürürsən axı?!
-
Acunun klubunun xalları silinə bilər