Qax rayonu ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələri çoxdur. Belə abidələrdən biri də Ulu körpüdür.
Bu körpü dağlar qoynunda yerləşən İlisu kəndinə gedən yolda, Kürmük çayının üzərində salınıb. Ulu körpünün tikintisi üçün olduqca əlverişli bir yer seçilib. Şıltaq dağ çayının gətirdiyi coşqun sel-sulara mərdliklə sinə gərən bu körpü çayın yatağının daraldığı yerdə, sal qayalar üzərində çay daşı, əhəng məhlulu və bişmiş kərpicdən inşa edilib.
Dörd kərpic qalınlığındakı tağbəndin aşırımı 14,6 metrdir. Hörgüdə üfüqi və şaquli tikişlərin dəqiq bağlanması sayəsində körpünün tağbəndi vahid monolit konstruksiya təəssüratı yaradır. Körpünün gündoğana yönəlmiş fasadında tağbəndin əyrisi çayın axarı istiqamətində çəpinə kəsilərək sanki bir qədər yumurlanmış forma alıb. Həmin zonada tağbənd həm dərinliyi istiqamətində, həm də aşırım boyunca ikiqat əyriliyə malikdir. Bu növ konstruksiyaların yüksək möhkəmliyi elmi cəhətdən də sübut olunub. Körpünün bu xüsusiyyəti onun güclü selə qarşı möhkəmliyini və dayanıqlığını təmin edib, suyun tağbəndin altından və dayaqların arasından daha sürətlə axıb getməsinə şərait yaradıb.
Ulu körpünün inşa tarixi barədə irəli sürülən mülahizələrə aydınlıq gətirən rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Mahir Əfəndi AzərTAc-a bildirib ki, çox güman ki, körpü İlisu sultanlığının mərkəzinə çevrildikdən sonra, yəni XVII əsrin sonu, XVIII əsrin əvvəllərində tikilib.
Kənd ağsaqqallarının söylədiklərinə görə, körpü el sənətkarı usta Ömər tərəfindən inşa edilib. Deyilənlərə görə, Ulu körpünün tikintisində inşaat materialı kimi yumurta sarısından da istifadə olunub. Tağbəndin hörgüsündə istifadə olunan kərpic körpüdən bir qədər yuxarıda, Kürmük çayının sol sahilində, İlisu kəndinin ərazisində yerləşən və XVII-XVIII əsrlərə aid edilən "Sumuq qala" adı ilə tanınan müdafiə qülləsinin tikintisində işlənən tikinti materialı ilə eynilik təşkil edir.
Körpünün yan divarları daşdandır. Burada müxtəlif dövrlərdə aparılmış təmir işlərinin izləri aydın görünür. Kərpic tağbəndin üzərində kəsmə çaylaq daşından səliqə ilə hörülmüş divarın qalıqları nəzərə çarpır.
El arasında Ulu körpü ilə bağlı maraqlı xatirələr yaşayır. Onlardan biri diqqəti daha çox cəlb edir. Deyilənlərə görə, 1844-cü ilin iyununda çar Rusiyasının qoşunları İlisuya hücum edərkən sonuncu İlisu hakimi Danyal Sultan Ulu körpünü dağıtmaq fikrindən daşınıb. Körpünün dağıdılması bəlkə də rus qoşunlarının uğursuzluğuna səbəb ola bilərdi. Rus tarixçiləri Danyal Sultanın bu hərəkətinə heç cür qiymət verə bilməyərək, sadəcə təəccüblənib. Ulu körpü İlisu sultanlığını düzənlik ərazilərlə birləşdirən yeganə körpü idi. Danyal Sultan bu qərarı verməsəydi, körpü uçurular, kəndin əhalisi çətinlik çəkərdi. Bəlkə də, sultan el sənətkarlarının yaratdığı bu nadir abidəni uçurmağa qıymayıb. Digər ehtimala görə, körpü dağılsa belə, rus qoşunlarının kəndi tutacaqlarına əmin olduğundan onu uçurmaqdan çəkinib.
Hər halda, üç əsrdən artıq tarixə şahidlik edən Ulu körpü zəmanəmizə qədər sağ-salamat gəlib çatıb. 1980-ci ildə Ulu körpünün yanında yeni, müasir körpünün tikilməsinə baxmayaraq, bugünkü nəsillər, eləcə də rayona gələn turistlər bu nadir abidəni seyr etməklə onun üzərindən keçib getmək imkanına malikdirlər.
Hazırda Ulu körpü tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qax abidələri: əsrlərin yadigarı Ulu körpü - FOTO
23 Aprel 2013 19:51
0 Şərh
Baxış: 13 863

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda ən çox qazanan müğənnilər - SİYAHI
-
İran İsrail zərbələri fonunda neft ixracını artırır
-
Ürək-damar xəstəlikləri üçün gözlənilməz risk faktoru açıqlandı
-
Stress yuxunu və yaddaşı necə pozur?
-
Alimlər əvvəllər məlum olmayan gen tapdı
-
Alimlər yırtıcıların ölümcül virusları yarasalardan insanlara necə ötürdüyünü aşkar etdi
-
Kimlərə şokolad olar, kimlərə isə olmaz?
-
Sonsuzluğa səbəb nədir?
-
“Liverpul”un 150 milyon avroluq transferi
-
“Bütün Ukrayna bizimdir” - Putin
-
İsraildən şok XƏBƏRDARLIQ: “Kameraları söndürün, İran izləyir”
-
Günün qoroskopu: Dəqiqlik vacibdir
-
İran və ABŞ arasında hansı danışıqlar baş verib?
-
Ərdoğan Paşinyanla nə danışıb? - yenilənib
-
İsti havalarda necə qidalanmalıyıq? – Həkimdən vacib tövsiyə
-
Eskalatorlar niyə işləmir? - QURUMDAN AÇIQLAMA
-
Ermənistan hava məkanını Rusiyaya bağlaya bilər
-
İranda güclü zəlzələ oldu
-
Rusiya bazası Ermənistandan çıxarılır? - Zaxarovadan AÇIQLAMA
-
Abşeronda axund Quran kursuna gələn 16 yaşlı qızı qaçırdı
-
İrana qarşı hərbi qərar iki həftə ərzində verilə bilər
-
"Anam niyə ailəmə müdaxilə etməsin?"
-
Paşinyan Türkiyədə məscidə getdi - VİDEO
-
"Qarabağ" daha bir braziliyalını transfer etdi