Milli.Az-a müraciət edən oxucunun da sualı texniki baxışla əlaqədar məlumatsızlıqdır. Oxucu texniki baxışın dövlət rüsumunun nə qədər olduğunu bilmək istəyir.
Baş Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a verilən məlumata görə, Azərbaycanda Nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə аvtonəqliyyаt vаsitələri üçün - 20 mаnаt, motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 10 mаnаt ödənilməlidir.
Minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələrinin mühərrik həcminin hər kubsantimetrinə görə - 1 qəpik, mühərrikin həcmi 2000 kubsantimetrdən 3000 kubsantimetrədək olduqda 20 manat + mühərrikin həcminin 2000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 2 qəpik, mühərrikin həcmi 3000 kubsantimetrdən 4000 kubsantimetrədək olduqda 40 manat + mühərrikin həcminin 3000 kub santimetrdən çox olan hissəsinin hər kubsantimetrinə görə 3 qəpik, mühərrikin həcmi 4000 kubsantimetrdən 5000 kubsantimetrədək olduqda 70 manat + mühərrikin həcminin 4000 kubsantimetrdən çox olan hissəsinin hər kubsantimetrinə görə - 4 qəpik, mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 110 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsinin hər kubsantimetrinə görə 5 qəpik yol vergisi tutulur.
Texniki baxış üçün avtomobillərin markalarına görə müəyyən vaxtlar təyin olunub. Nəqliyyаt vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəхslər 50, vəzifəli şəхslər 100, hüquqi şəхslər 300 mаnаt miqdаrındа cərimə edilirlər.
Anar Məmmədov
Milli.Az